Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Azercell “Qələbə ili”-nin nəticələrilə bölüşüb

05 Mart 2021, 16:10 (GMT +4)

Bakı, 5 mart, SalamNews. Sınaq və çağırışlarla dolu 2020-ci ildə lider mobil operator bütün sahələrdə ölkəyə dəstəyini əsirgəməyib.

Hələ bir il bundan öncə Azercell Telekom-un öz müştərilərinə rəqəmsal gələcəyi əlçatan etmək və dinamik şəkildə yenilənən dünyanın tələblərinə daha çevik reaksiya vermək vədəsi 2020-ci ilin qlobal cəmiyyətə gətirdiyi transformasiyada, heç şübhəsiz ki, özünü müvəffəqiyyətlə doğrultdu. Bəşəriyyəti bürümüş özünütəcrid şəraitində yeni yaşam və çalışma üsullarına ahəngdar şəkildə uyğunlaşan Azercell-in rəqəmsallaşma strategiyası həm təhsil, həm əyləncə, həm də işgüzar həyatda müxtəlif yaş katergoriyalarından olan insanlara rahat və cəld rabitə imkanı təklif etdi. Azercell-in aparıcı mobil operator olaraq innovativ xidmətlər və texnoloji həllər vasitəsilə müştərilərinin gündəlik həyatını daha da rahat etmək məqsədi şirkəti 2020-ci ildə özünün 5 milyonuncu abunəçisinə qovuşdurdu.

Həm ölkə, həm də bütün dünya iqtisadiyyatı üçün ağır sınaq dövrü olan 2020-ci ili Azercell Telekom itkisiz və ciddi nailiyyətlərlə başa vurmağı bacardı. 2020-ci ildə ölkənin mobil kommunikasiya bazarında 49% faiz pay sahibi olan Azərbaycanın qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi Azercell 2020-ci ildə dövlət büdcəsinə 111.9 milyon AZN, 24 il ərzində isə ümumilikdə təxminən 2 milyard AZN vergi ödəyib. Mobil operator Azərbaycanda telekommunikasiyanın inkişafına 2020-ci ildə 58 milyon ABŞ dolları, 1996-2020-ci illər ərzində isə 1.7 milyard ABŞ dolları həcmində sərmayə yatırıb.

Azərbaycan xalqı üçün həm də şanlı qələbə ilə tarixə düşən 2020-ci ildə Azercell işğaldan azad olunmuş bölgələrimizdə, o cümlədən Qarabağın mirvarisi sayılan Şuşada ilk rabitə və mobil internet şəbəkəsini qurdu. İndi şirkətin coğrafi əhatə dairəsi ölkəmizin işğaldan azad olunmuş əraziləri də daxil olmaqla 94.8% əhali əhatəsi isə 98.8% təşkil edir. Keyfiyyətli və sürətli mobil internet xidmətləri ilə daim öndə olan “Azercell Telekom” il ərzində ölkəmizdə 4G şəbəkəsinin təkmilləşdirilməsi layihəsini uğurla həyata keçirib. Ötən il boyu Azercell-in 4G şəbəkəsinin əhatəsi dairəsi 74,2%-dən 85,1%-ə yüksəlib. Bununla yanaşı, 2020-ci ildə 4G texnologiyası üzərindən çalışan 784 yeni radio baza stansiyası quraşdırılıb, 4G şəbəkəsi üzərində çalışan stansiyaların ümumi sayı 2679-a çatdırılıb. Azercell şəbəkəsi üzərindən ötürülən məlumatın həcmi 2.25 dəfə artıb. Ümumilikdə, 2020-ci il ərzində yalnız 4G şəbəkəsi üzrə internet trafikində isə 60% artım müşahidə olunub.

2020-ci il ərzində Bakı metropoliteninin stansiya və tunellərinin də 4G şəbəkəsinin təmin edilməsi üzrə işlər uğurla davam etdirilib və hazırda paytaxtın artıq 14 metro stansiyasında Azercell 4G şəbəkəsi aktivdir.

30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızın azad olunması ilə 2020-ci ildə Azərbaycan xalqının tarixində tamamilə yeni səhifə açıldı. Bu səhifədə öz dəsti-xəttilə tarix yazan Azercell də yumruq kimi birləşən cəmiyyətimizin ən fəal üzvlərindən oldu. Şirkət Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat həcmində vəsait köçürdü. Eyni zamanda, Azercell-in “Kabinetim” mobil tətbiqində bu Fonda ianə etmək imkanı yaradıldı. Azercell müharibə dövründə kimsədən dəstəyini əsirgəmədi. Bərdə və Gəncə şəhərlərində baş verən terror aktları zamanı yerli sakinlərin balansını artırdı, o cümlədən cəbhə bölgələrinə ezam olunmuş bütün media nümayəndələrinin balansına 100 AZN köçürdü.

2020-ci ilin ilk yarısı isə digər düşmənimiz – bütün dünyanı cənginə alan COVID-19 virusu ilə mübarizə və sərtləşdirilmiş karantin rejiminin gətirdiyi çətinliklərlə yadda qaldı. Azercell Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat ianə etməklə bu cəbhədə də aktiv mübarizəyə qoşuldu. Şirkət həmçinin, hər kəsin bu fonda ianə etməsini asanlaşdırmaq üçün “Mobil ödəmə” xidmətini aktivləşdirdi. Bu dövrdə evdən çıxmaq qadağası ilə üz-üzə qalan yaşı 65-dən yuxarı abunəçilərə Mobil Müştəri Xidmətləri evində və tamamilə təmənnasız təqdim olundu.

Şirkətdən növbəti həmrəylik jesti karantinin tətbiq olunduğu ilk dövrdə xaricdə qalaraq ölkəyə qayıda bilməyən soydaşlarımıza yönəldi. Belə ki, Azercell rominqdə olan abunəçilərinin balansına 50 AZN yüklədi. Habelə, bütün Azercell abunəçiləri üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Qaynar xətt"inə pulsuz zənglər imkanı yaradıldı.

Koronavirusla mübarizə tədbirləri çərçivəsində Azercell virusla vuruşan 700-ə yaxın səhiyyə işçisinə 7 dəfə 50 AZN hədiyyə balans yüklədi. Həmçinin, sosial izolyasiya şəraitində onlayn tədris verən 30 000-ə yaxın müəllimə 5GB həcmində internet paketi təqdim olundu. Azercell karantin dövründə Abşeron yarımadası və bölgələrdə 11 000-ə yaxın aztəminatlı ailəyə və Böyük Vətən Müharibəsi veteranlarına Novruz, Ramazan bayramları və 28 may Respublika Günü münasibətilə ərzaq payı və bayram sovqatları çatdırdı.

2020-ci ilin böyük hissəsini əhatə edən sosial təcrid şəraitinə baxmayaraq, Azercell-in müxtəlif xidmət kanalları müştəri müraciətlərini daha intensiv və operativ cavablama sistemini tətbiq edərək bu sahədə yüksək göstəricilərə nail oldu. Beləliklə, 2020-ci ildə Azercell-in Telefon Mərkəzinə ümumilikdə təxminən 4 milyon zəng daxil olub, bunlardan 95%-i cavablandırılıb, onlayn müştəri xidmətləri üzərindən 449,337 sayda sorğu daxil olub və bunların 98%-i cavablandırılıb. Azercell şirkətinin il ərzində rəsmi Facebook, Instagram, Twitter, Youtube və Linkedin səhifələrindən toplam 135 min müraciət daxil olaraq əməkdaşlar tərəfindən cavablandırılıb. Bundan əlavə, 2020-ci il ərzində şirkətin Ön Masa, Azercell Ekspres, Azercell Eksklüziv ofislərində, eləcə də Mobil Müştəri Xidmətləri vasitəsilə təxminən 1 milyon nəfər abunəçiyə üz-üzə xidmət göstərilib.

Qeyd etmək yerinə düşər ki, 44 günlük Vətən Müharibəsi zamanı gücləndirilmiş və gərgin iş rejiminə baxmayaraq, Azercell əməkdaşlarının səyi nəticəsində bütün kanallar vasitəsilə xidmət keyfiyyəti ən yüksək səviyyədə saxlanıldı. Belə ki, ən son statistikaya əsasən onlayn kanallar vasitəsilə daxil olmuş müraciətlər 100% cavablama göstəricisinə qədər yüksəlib. Hətta, COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan uzunmüddətli sərt karantin rejimində Azercell Müştəri Xidmətləri fasiləsiz olaraq onlayn şəkildə fəaliyyət göstərib. 2020-ci ildə Azercell şirkəti ölkədə qurduğu Müştəri Xidmətləri sisteminin ən yüksək dünya standartlarına uyğun olduğunun nümunəsi kimi ISO 10002:2018 Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılmasına dair təlimatlar standartına uyğunluq sertifikatına layiq görülməsi oldu.

Ötən il Azercell-in yeni versiyada təqdim etdiyi “Kabinetim” mobil tətbiqi müxtəlif çeşiddə digər rəqəmsal xidmətlərdən istifadə etməyə şərait yaratdı. "Mobil Ödəmə" xidməti abunəçilərə kommunal, rabitə və bank xidmətlərilə yanaşı, milli orduya və COVİD-19 ilə mübarizə fonduna ianə etmək imkanı da yaratdı. Dünya miqyasında məşhur “Busuu” tətbiqi abunəçilərə xüsusi şərtlərlə təklif edildi. Azercell il ərzində mobil televiziya sahəsində bəzi yeniliklər tətbiq etdi. Belə ki, uşaqlar üçün “Mobil TV” xidməti istifadəyə verildi. “BluTV” xidməti çərçivəsində isə populyar türk kino və serialları Azercell-lilər üçün əlçatan oldu. “NNTV” tətbiqində televiziya kanallarının sayı artırıldı. Nəticədə, son bir il ərzində Azercell-in rəqəmsal həllərindən istifadə edən aktiv abunəçilərin sayı 18% artdı.

Azercell il boyunca abunəçilərini fərqli kampaniyalar, sərfəli tarif paketləri ilə sevindirib. Abunəçilərin yaxınları ilə ünsiyyətini daha da əlçatan edən “Yeni Hər Yerə” tarifi istifadəyə verilib. Bundan əlavə, lider mobil operator innovativ “Telegram Bot” xidmətini təqdim edib. Müxtəlif sərfəli aksiyalar çərçivəsində müştərilər əlverişli şərtlərlə ən son model Samsung və iPhone smartfonlarını əldə ediblər, onlara danışıq balansı və internet paketləri hədiyyə olunub. Keçirilmiş Smartfon kampaniyaları nəticəsində Azercell abunəçiləri arasında smartfon penetrasiyası 74%-dən yüksək oldu, Smartfon istifadəçilərinin sayı isə 3.9 milyon təşkil edir.

Qlobal pandemiya ilə əlaqədar sərt karantin rejimində iqtisadiyyata dəstək məqsədilə 12 000-dən artıq hüquqi şəxsə xidmət göstərən Azercell Biznes yenilənmiş Biznesim Veb həllini təqdim etdi ki, bu həll vasitəsilə öncədən ödəniş etmədən şirkətlər 3 gün ərzində öz saytını yarada bildi. Bizneslər üçün müxtəlif qurğularla rahat qoşulma və rabitə imkanlarının yaradılması ilə Azercell biznes abunəçiləri arasında mobil internet istifadəçilərini sayı ötən illə müqayisədə 14% artdı. Şirkətin korporativ müştərilərə istiqamətlənmiş fəaliyyəti Əşyaların interneti (IoT) ekosistemini ölkədə inkişaf etdirərək istifadəçi bazasının həcmini ötən illə müqayisədə 34% artırdı.

2020-ci ildə sosial layihələrə ümumilikdə 2.6 milyon ABŞ dollarından artıq vəsait sərf edilib ki, bu göstərici 24 il ərzində 21.8 milyon dolları keçib.

Qeyd edək ki, savaş ilində Azercell korporativ sosial məsuliyyət tədbirlərinə xüsusi diqqət ayırıb.

İlin əvvəlində “Azercell Telekom” Azərbaycan Milli Olimpiya Komitəsi tərəfindən Tokyo 2020 Olimpiya Oyunlarında Azərbaycan Milli Olimpiya və Milli Paralimpiya komandalalarının Qızıl tərəfdaşı seçildi. Qeyd edək ki, qlobal pandemiya ilə əlaqədar bu Olimpiya oyunları 2021-ci ilə keçirildi.

Müasir Azərbaycan qadının cəmiyyətdəki əhəmiyyətini layiqincə əks etdirmək üçün Azercell Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin və Milli Olimpiya Komandasının məğrur tərəfdaşı olaraq idmançı qadınların simasında #Qadın Dediyin layihəsini ərsəyə gətirdi. Layihə sosial media kanallarında yayımlanaraq cəmiyyətdə geniş əks-səda yaratdı.

Şirkətin ən sevilən sosial layihələrindən biri olan Mobil Göz və Mobil Diş səyyar Klinikalarında il ərzində Bakı və bölgələrdən 400 nəfərə yaxın kimsəsiz, aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan insan pulsuz müayinədən keçdi.

10 ildən çoxdur yaradılan Azərbaycan Uşaq Qaynar Xətt Xidməti Azercell-in dəstəyilə karantin dövründə fəaliyyətini davam etdirib və ümumilikdə 6657 uşağa psixoloji yardım göstərilib.

Ölkədə təhsilin inkişafı, yüksək ixtisaslı kadrların yetişdirilməsi, insan kapitalının formalaşması işinə xüsusi diqqət ayıran Azercell ADA Universitetinin təqaüd proqramına, informatika müəllimləri üçün xüsusi təlimin təşkilinə dəstəyini davam etdirib. Şirkət Beşinci Buktreyler Festivalının rəqəmsal tərəfdaşı qismində çıxış edib. Azercell-in Rəqəmsal Tərəfdaşlığı ilə 7-ci “womENcourage” beynəlxalq virtual toplantısı keçirilib. Eyni zamanda, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə partnyorluq çərçivəsində Azercell-in dəstəyilə İnformatika üzrə təlim keçən məktəblilərimiz 32-ci Beynəlxalq İnformatika Olimpiadası, 16-cı Beynəlxalq Jautikov Olimpiadası, Asiya Pasifik İnformatika Olimpiadası, İnformatika üzrə 12-ci Beynəlxalq Payız Turniri kimi nüfuzlu yarışmalarda il ərzində müxtəlif kateqoriyalı 10 medal qazanıblar. SABAH qruplarının “Qış Məktəbi” layihəsinin gənc iştirakçıları üçün Azercell master-klassların təşkilini dəstəkləyib. “Azercell Telekom” yeni dərs ilinin başlanması münasibətilə imtahanlarda fərqlənən 300 abituriyentə və şəhid övladlarına Busuu dilöyrənmə tətbiqinə pulsuz kodlar, ən çox bal yığan abituriyentlərə və şəhid övladlarına planşetlər və pulsuz kodlar hədiyyə edib, təqaüdlər ayırıb. Eyni zamanda, 100-dən çox xüsusi qayğıya ehtiyacı olan uşaq da Azercell-dən dilöyrənmə tətbiqi üçün pulsuz kodlar və nömrələr alıb.

Ölkədə peşəkar kadrların inkişaf etdirilməsinə hər zaman xüsusi önəm verən Azercell 2020-ci ildə İnsan kapitalının inkişafına təxminən 700 min ABŞ dolları, 1996-2020-ci illər ərzində isə 26 milyon ABŞ dolları həcmində vəsait sərf edib. Şirkət güclü korporativ idarəçilik və mədəniyyətin, insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafı kimi 2020-ci il ərzində keçirilmiş audit nəticəsində bu ilin əvvəlində MDB məkanında ilk olaraq İnsana Sərmayə standartının ən yüksək Platin sertifikatına yiyələndi (IIP Platinum).

Azercell-in 2020-ci ildə əldə etdiyi nailiyyətlər sırasında nüfuzlu “STEVIE ” Beynəlxalq Biznes Mükafatının üçqat laureatı olmasını da qeyd etmək lazımdır. Belə ki, 2020-ci ildə lider operator yüzlərlə şirkət arasında “İlin telekommunikasiya şirkəti” qızıl mükafatını, “İlin ən innovativ şirkəti” və “Ən dəyərli korporativ məsuliyyətli şirkət” nominasiyaları üzrə bürünc mükafatını qazanıb.

Bundan əlavə, Azercell-in #QadınDediyin sosial layihəsi nüfuzlu beynəlxalq Red Jolbors festivalında Gümüş və Bürünc medal qazanıb.

Şirkət ötən il ölkəmizdə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatını alan ilk mobil operator olub.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 89.3%; ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Azercell Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl mükafatı əldə edib. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

15 Aprel 2021, 12:45 (GMT +4)
MN: Orduda gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir (VİDEO)

15 Aprel 2021, 12:15 (GMT +4)
Azərbaycanda 19 şəhər və rayonda reydlər keçirilib, sürücü və piyadalar cərimələnib

15 Aprel 2021, 12:00 (GMT +4)
Müdafiə Nazirliyi ordunun ərzaq təminatı ilə bağlı məlumat yayıb (VİDEO)

15 Aprel 2021, 11:58 (GMT +4)
İranın daxili işlər naziri və iki müavini koronavirusa yoluxublar

15 Aprel 2021, 11:44 (GMT +4)
Rusiyada yanğın zamanı dörd uşaq həyatını itirib

15 Aprel 2021, 11:30 (GMT +4)
Fərid Şəfiyev Paşinyanın “Dağlıq Qarabağı qaytarmaq” iddialarına münasibət bildirib

15 Aprel 2021, 11:26 (GMT +4)
ABŞ-dan sonra NATO da Əfqanıstandan çıxacağı vaxtı açıqlayıb

15 Aprel 2021, 11:15 (GMT +4)
“Azəriqaz” payız-qış mövsümünə hazırlıq işlərinə start verib

15 Aprel 2021, 11:15 (GMT +4)
Bayden Putini önümüzdəki həftələrdə görüşməyə dəvət edib

15 Aprel 2021, 11:00 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

15 Aprel 2021, 10:52 (GMT +4)
Ayətullah Xamenei nüvə sazişi danışıqlarının uzanması ilə bağlı xəbərdarlıq edib

15 Aprel 2021, 10:46 (GMT +4)
Ərdoğan: İstanbul Kanalı Türkiyənin müstəqilliyi və suverenliyini möhkəmləndirəcək

15 Aprel 2021, 10:45 (GMT +4)
ƏƏSMN: Aprel ayının pensiyaları tam ödənilib

15 Aprel 2021, 10:30 (GMT +4)
Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun növbəti iclası keçirilib

15 Aprel 2021, 10:27 (GMT +4)
Ermənistan baş naziri Paşinyan istefa edəcəyi tarixi açıqlayıb

15 Aprel 2021, 10:15 (GMT +4)
Bu gündən Azərbaycanda istilik təchizatı dayandırılır

15 Aprel 2021, 10:00 (GMT +4)
MN Zəngilan rayonunun Ağ oyuq qəsəbəsindən videogörüntülər yayıb (VİDEO)

15 Aprel 2021, 09:52 (GMT +4)
Husilər Səudiyyənin neft və hərbi obyektlərini 11 PUA və ballistik raketlə hədəfə aldıqlarını bildiriblər

15 Aprel 2021, 09:46 (GMT +4)
Bloomberg: ABŞ on rusiyalı diplomatı ölkədən çıxaracaq

15 Aprel 2021, 09:45 (GMT +4)
BNA: Nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var

15 Aprel 2021, 09:25 (GMT +4)
Türkiyənin keçmiş baş naziri vəfat edib

15 Aprel 2021, 09:15 (GMT +4)
Balakəndə qaydaları pozan sürücülər cərimələnib

15 Aprel 2021, 09:07 (GMT +4)
Ərbildə ABŞ qüvvələrinin olduğu hava limanına hücum edilib

15 Aprel 2021, 09:00 (GMT +4)
DİM bu gün 8 124 şagird üçün buraxılış imtahanı keçirəcək

15 Aprel 2021, 05:15 (GMT +4)
Ramazanın ikinci gününün duası - İmsak və iftar vaxtı

14 Aprel 2021, 18:02 (GMT +4)
Əməyin mühafizəsi üzrə ilk milli standart təsdiqlənib

14 Aprel 2021, 17:58 (GMT +4)
Səlcuq Bayraktar Kanadanın sanksiya qərarını şərh edib

14 Aprel 2021, 17:55 (GMT +4)
“Bakı Metropoliteni” daha bir ilkə imza atıb

14 Aprel 2021, 17:44 (GMT +4)
Binəqədidə 1 500 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb

14 Aprel 2021, 17:35 (GMT +4)
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Hərbi Qənimətlər Parkını ziyarət ediblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66