Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

İlham Əliyev 2003-2020-ci illəri münaqişənin həllinə hazırlıq dövrü kimi səciyyələndirib

05 Mart 2021, 17:00 (GMT +4)

Bakı, 5 mart, SalamNews. "Əgər tarixi prizmadan yanaşsaq, 2003-2020-ci illər hazırlıq dövrü idi. Biz hazırlaşmalı idik və mən bunu gizlətmirdim. Mən deyirdim ki, bu məsələ sülh yolu ilə həll olunmasa, müharibə yolu ilə həll edəcəyik. Buna görə mənə qarşı nə qədər təzyiqlər oldu. Böyük ölkələrin nümayəndələri məni nə qədər ittiham etdilər ki, İlham Əliyev sülh istəmir, müharibə istəyir. Kimisə hədələyir. Müharibə mümkün deyil, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur".

SalamNews xəbər verir ki, bu fikirləri Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında söyləyib.

Göstərilən təzyiqlərdən danışan dövlətimizin başçısı deyib: “Mən buna razılıq verdimmi? Xeyr. Məni necə deyərlər, inandırmağa çalışırdılar, Ermənistan ilə hər hansı bir formada bir protokol imzalansın, və məsələ ancaq sülh yolu ilə həll olunsun. Yəni, hərbi yol istisna edilsin. Mən buna razılıq verməmişdim. Ondan sonra məni ittiham etməyə başlamışdılar ki, əgər Prezident buna razılıq vermirsə, deməli müharibəyə hazırlaşır. Deyirdim, bəli, hazırlaşıram, xalq hazırlaşır, dövlət hazırlaşır. Demişdim ki, əgər məsələ həll olunmasa, bunu müharibə yolu ilə həll edəcəyik. Açıq demişdim, mən bunu gizlətmirdim”.

Həmin illəri hazırlıq dövrü kimi xarakterizə edən Prezident İlham Əliyev bildirib ki, biz ilk növbədə mənəvi cəhətdən hazır olmalı idik. “Bütün başqa amillərlə bərabər bax, bu amil həlledici rol oynamışdır. Müharibənin ilk günündən mənəvi üstünlük bizdə idi. Təkcə ona görə yox ki, biz haqlı idik, onlar nahaq. Ermənistanın rəsmi təbliğatı erməni xalqının beynini elə zəhərləyib ki, onların bəlkə bir çoxu hesab edirdi ki, bizim torpaqlarımızı zəbt etməkdə haqlıdırlar”, - deyə dövlətimizin başçısı qeyd edib.

Prezident əlavə edib ki, millətçi və irqçi, azərbaycanafob, islamafob erməni siyasətçiləri bax buna gətirib çıxardılar. Təkcə ona görə yox ki, biz haqlı idik. Biz mənəvi üstünlüyü ona görə əldə etdik ki, bütün bu illər ərzində bir amalla - ərazi bütövlüyümüzün bərpa edilməsi, düşmənlərin torpaqlarımızdan qovulması amalı ilə yaşamışıq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident Formula 1-ə görə viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb

Prezident kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı fərman imzalayıb

Prezident İlham Əliyevin fikirləri İtaliya mətbuatında dərc edilib

Prezident İlham Əliyev Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb

Prezident və xanımı Pirşağıda təməlqoyma mərasimində iştirak ediblər

Gürcüstan Prezidenti: Qafqazın inkişafı üçün sülhə alternativ yoxdur

Gürcüstan prezidenti Ukraynaya səfər edəcək

"Toshiba" prezidenti istefa edib

Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Prezident İlham Əliyev: “Azərbaycan-Belarus münasibətləri hər hansı problemlərdən tamamilə uzaqdır”

İran prezidenti uranın 60 faizədək zənginləşdirilməsi qərarından geri addım atmağın şərtini açıqlayıb

Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb

ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı baş tutub

Prezident İlham Əliyev azad olunmuş ərazilərə köçkünlərin nə zaman qayıdacağı sualını cavablandırıb

Prezident: “Ermənistan Birinci Qarabağ müharibəsində törətdiyi bir çox müharibə cinayətlərini gizlədə bilmişdi”

Prezident Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə bağlı sərəncam imzalayıb

Sergey Lavrov İran prezidenti Həsən Ruhani ilə görüşüb (FOTO)

Azərbaycan Prezidenti: “Biz Prezident Vladimir Putinlə “İsgəndər-M” raketi ilə bağlı məsələni müzakirə etmişik”

Prezident İlham Əliyev ADA Universitetində keçirilən konfransda çıxış edir (CANLI)

Prezident: “Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik”

17 Aprel 2021, 17:00 (GMT +4)
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd olunacaq

17 Aprel 2021, 16:55 (GMT +4)
"Azərenerji"nin ixrac gəlirləri 10 % azalıb

17 Aprel 2021, 16:52 (GMT +4)
Ərdoğan Turqut Özalın məzarı başında Quran oxuyub (VİDEO)

17 Aprel 2021, 16:50 (GMT +4)
Azərbaycanda son sutkada 2 287 nəfər koronavirusdan sağalıb, 30 nəfər vəfat edib

17 Aprel 2021, 16:40 (GMT +4)
Balakəndə karantin rejimini pozanlar məsuliyyətə cəlb olunub

17 Aprel 2021, 16:30 (GMT +4)
Saatlıda narkotik yetişdirən keçmiş məhkum tutulub

17 Aprel 2021, 16:15 (GMT +4)
Saatlı sakinindən odlu silah götürülüb

17 Aprel 2021, 16:08 (GMT +4)
Kərkükdə neft yatağının iki quyusunda partlayış törədilib

17 Aprel 2021, 16:05 (GMT +4)
Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlanıb

17 Aprel 2021, 16:02 (GMT +4)
Türkiyədə bu gün ölkənin ən uzun körpülərindən birinin açılış mərasimi olacaq

17 Aprel 2021, 16:00 (GMT +4)
Masallıda yas mərasimi təşkil edən şəxslər cərimələnib

17 Aprel 2021, 15:45 (GMT +4)
Gəncədə polis reyd keçirib

17 Aprel 2021, 15:30 (GMT +4)
Avstriya kansleri Putin-Bayden görüşü üçün Vyananı təklif edib

17 Aprel 2021, 15:30 (GMT +4)
Azərbaycanda istehlak bazarı 4 %-dən çox azalıb

17 Aprel 2021, 15:15 (GMT +4)
Xaçmazda yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb

17 Aprel 2021, 14:55 (GMT +4)
Hindistanda koronavirusa yoluxanların sayı 14,5 milyona çatıb

17 Aprel 2021, 14:55 (GMT +4)
Prezident Formula 1-ə görə viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb

17 Aprel 2021, 14:46 (GMT +4)
İran Kəşfiyyatı nüvə obyektində təxribat törədən şəxsi müəyyənləşdirib (FOTO)

17 Aprel 2021, 14:45 (GMT +4)
Azərbaycanda külək enerjisinin istehsalı 12 % azalıb

17 Aprel 2021, 14:30 (GMT +4)
Azərbaycanda ictimai iaşə dövriyyəsi 2 dəfə azalıb

17 Aprel 2021, 14:26 (GMT +4)
Kiyev Ukraynanın Sankt-Peterburq konsulunun saxlanılmasına münasibət bildirib

17 Aprel 2021, 14:15 (GMT +4)
MN Cəbrayıl rayonunun Daş Veysəlli kəndindən videogörüntülər yayıb (VİDEO)

17 Aprel 2021, 14:07 (GMT +4)
Ayətullah Xamenei İran Ordusunu hazır vəziyyətə gəlməyə çağırıb

17 Aprel 2021, 14:00 (GMT +4)
Prezident kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı fərman imzalayıb

17 Aprel 2021, 13:57 (GMT +4)
Ukraynada son sutkada 14 mindən çox COVID-19-a yoluxma aşkar edilib

17 Aprel 2021, 13:45 (GMT +4)
Biləsuvarda qayda pozan sürücülərə qarşı reyd keçirilib

17 Aprel 2021, 13:30 (GMT +4)
Bakıda yeni marşrut xətti təşkil edilib

17 Aprel 2021, 13:22 (GMT +4)
Husilər BMT Təhlükəsizlik Şurasının Yəmənlə bağlı bəyanatını tənqid ediblər

17 Aprel 2021, 13:15 (GMT +4)
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb

17 Aprel 2021, 13:15 (GMT +4)
Rusiyada koronavirusdan ölənlərin sayı 105 mini keçib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66