Bu gün İrəvanda Paşinyanın müxaliflərinin mitinqi keçiriləcək06 Mart 2021, 11:12 (GMT +4) Bakı, 6 mart, SalamNews. İrəvanda müxalifət respublikanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə növbəti dəfə mitinq keçirəcək.
SalamNews Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, 6 mart saat 15:00-da Baqramyan prospektində "Vətənin Qurtuluşu Naminə" hərəkatının mitinqi keçiriləcək.
Xatırladaq ki, parlamentin, prezident iqamətgahının və Konstitusiya Məhkəməsi binalarının yerləşdiyi prospekt fevralın 25-dən bəri bağlanıb, nümayişçilər burada qurulmuş çadırlarda gecələyir.
|