Azərbaycanda indiyə qədər koronavirusa yoluxanların sayı açıqlanıb06 Mart 2021, 12:21 (GMT +4) Bakı, 6 mart, SalamNews. Martın 5-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 27 073 nəfər vaksinasiya olunub.
Bu barədə SalamNews-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Qeyd olunub ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 390 489 nəfər peyvəndlənmə prosesində iştirak edib: "Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir".
|