Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

ARDNF dünyanın ən şəffaf suveren fondları siyahısının ilk beşliyinə düşüb

06 Mart 2021, 14:20 (GMT +4)

Bakı, 6 mart, SalamNews. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) dünyanın ən şəffaf suveren fondları siyahısında ilk beşlikdə qərarlaşıb.

ARDNF-dən SalamNews-a verilən məlumata görə, Dövlət Neft Fondu fəaliyyətə başladığı müddətdən bəri ölkənin sosial-iqtisadi həyatında önəmli rol oynamaqla bərabər, vəsaitlərin idarə edilməsi, idarəçilik, institusional quruculuq, hesabatlılıq və şəffaflıq kimi istiqamətlərdə beynəlxalq səviyyədə örnək qurum kimi tanınaraq ən ali mükafatlara layiq görülüb və ölkəmizin nüfuzunun yüksək səviyyədə qorunub saxlanılmasında əhəmiyyətli töhfə verib.

Suveren fondların şəffaflıq və hesabatlılıq istiqamətində fəaliyyətinin dəyərləndirməsini həyata keçirən Beynəlxalq İqtisadiyyat üzrə ABŞ-ın nüfuzlu Peterson İnstitutunun (PIIE) tərtib etdiyi və cari ilin fevral ayında nəşr olunan 2019-cu il üzrə Suveren Fondların Şəffaflıq və Hesabatlılıq üzrə qiymətləndirmə cədvəlində Dövlət Neft Fondu 64 suveren fond arasında 92 xal toplayaraq 5-ci yerdə qərarlaşıb.

Fondu 64 suveren fond arasında 92 xal toplayaraq 5-ci yerdə qərarlaşıb.

2019-cu il üzrə qiymətləndirmə cədvəli qlobal suveren fondların vəsaitlərinin idarə edilməsi, idarəçilik, dayanıqlılıq, şəffaflıq və hesabatlılıq, və eləcə də Santyaqo Prinsiplərinin tətbiqi kimi müxtəlif istiqamətlərin dəyərləndirilməsi əsasında formalaşmışdır. ARDNF 2019-cu il üçün qiymətləndirmədə hər bir kateqoriya üzrə demək olar ki, maksimuma yaxın bal toplayıb.

Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutu, eyni zamanda, suveren fondlar üçün vahid beynəlxalq standartlar toplusu olan Santyaqo Prinsiplərinin tətbiqi ilə bağlı da qiymətləndirmə cədvəli tərtib edib. Bu cədvəl 24 Santyaqo Prinsipindən suveren fondların qiymətləndirmə cədvəlinə uyğun gələn 16 prinsipin tətbiqi və eləcə də onların elementlərin dəyərləndirilməsi əsasında formalaşıb. Dövlət Neft Fondu Santyaqo Prinsipilərinin tətbiqi üzrə qiymətləndirmə cədvəlində də 5-ci mövqedə qərarlaşıb.

ABŞ-ın Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutu 1981-ci ildə təsis edilib və bu qurum özəl və qeyri-kommersiya təşkilatı olub beynəlxalq iqtisadiyyatın araşdırılması sahəsində ixtisaslaşıb. Birləşmiş Ştatların ən nüfuzlu universitetlərindən biri sayılan Pensilvaniya Universitetinin Beynəlxalq elmlər şöbəsinin rektoru Ceyms Makqann tərəfindən hazırlanmış 2020-ci il “Global Go to Think Tank Index” hesabatına əsasən, Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutu ABŞ-ın bir nömrəli “Think Tank”ı statusunu qazanıb və eləcə də 2020-ci il üzrə dünya “beyin mərkəzləri” reytinqində 9-cu mövqedə qərarlaşıb. Eyni zamanda, PIIE 2016-2019-cu illər üzrə dünyada Beynəlxalq İqtisadi Siyasət üzrə ən mükəmməl beyin mərkəzi sayılır və bu institut eləcə də 2020-ci ildə ən mükəmməl idarəçilik kateqoriyasında birincilik statusuna malikdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ARDNF bu il AÇG və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb

ARDNF AÇG və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb

ARDNF-in 2020-ci il üzrə gəlir və xərcləri açıqlanıb

Bu il karbohidrogenlərin satışından ARDNF-nin xalis gəliri 39 % azalacaq

ARDNF AÇG və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb

ARDNF valyuta hərraclarındakı satışını 17% artırıb

ARDNF-in aktivləri bu ilin əvvəlindən cüzi azalıb

ARDNF valyuta satışı ilə bağlı açıqlama yayıb

ARDNF AÇG və “Şahdəniz”dən gəlirlərini açıqlayıb

ARDNF  “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə 2,2 milyard dollar qazanıb

ARDNF-nin gəlir və xərclərinə dair məlumat açıqlanıb

ARDNF-nin 2019-cu ildə fəaliyyətinə dair qərarlar qəbul edilib

ARDNF-in ABŞ dollarında olan aktivlər üzrə nağd gəlirləri 4 mlrd. dollara çatıb

ARDNF-ə bu il 2,2 mlrd. dollardan çox vəsait daxil olub

Bu il ARDNF-ə “Şahdəniz”dən 100 mln. ABŞ dollarınadək vəsait daxil olub

ARDNF ötən ay 543,4 milyon dollar valyuta satıb

ARDNF-in icraçı direktoruna müavin təyin edilib

ARDNF-in investisiya portfelinin gəlirliliyi kəskin artıb

ARDNF-in vəsaitləri 90% artıb

ARDNF-nin 2020-ci il büdcəsi təsdiqlənib

17 Aprel 2021, 17:00 (GMT +4)
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd olunacaq

17 Aprel 2021, 16:55 (GMT +4)
"Azərenerji"nin ixrac gəlirləri 10 % azalıb

17 Aprel 2021, 16:52 (GMT +4)
Ərdoğan Turqut Özalın məzarı başında Quran oxuyub (VİDEO)

17 Aprel 2021, 16:50 (GMT +4)
Azərbaycanda son sutkada 2 287 nəfər koronavirusdan sağalıb, 30 nəfər vəfat edib

17 Aprel 2021, 16:40 (GMT +4)
Balakəndə karantin rejimini pozanlar məsuliyyətə cəlb olunub

17 Aprel 2021, 16:30 (GMT +4)
Saatlıda narkotik yetişdirən keçmiş məhkum tutulub

17 Aprel 2021, 16:15 (GMT +4)
Saatlı sakinindən odlu silah götürülüb

17 Aprel 2021, 16:08 (GMT +4)
Kərkükdə neft yatağının iki quyusunda partlayış törədilib

17 Aprel 2021, 16:05 (GMT +4)
Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlanıb

17 Aprel 2021, 16:02 (GMT +4)
Türkiyədə bu gün ölkənin ən uzun körpülərindən birinin açılış mərasimi olacaq

17 Aprel 2021, 16:00 (GMT +4)
Masallıda yas mərasimi təşkil edən şəxslər cərimələnib

17 Aprel 2021, 15:45 (GMT +4)
Gəncədə polis reyd keçirib

17 Aprel 2021, 15:30 (GMT +4)
Avstriya kansleri Putin-Bayden görüşü üçün Vyananı təklif edib

17 Aprel 2021, 15:30 (GMT +4)
Azərbaycanda istehlak bazarı 4 %-dən çox azalıb

17 Aprel 2021, 15:15 (GMT +4)
Xaçmazda yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb

17 Aprel 2021, 14:55 (GMT +4)
Hindistanda koronavirusa yoluxanların sayı 14,5 milyona çatıb

17 Aprel 2021, 14:55 (GMT +4)
Prezident Formula 1-ə görə viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb

17 Aprel 2021, 14:46 (GMT +4)
İran Kəşfiyyatı nüvə obyektində təxribat törədən şəxsi müəyyənləşdirib (FOTO)

17 Aprel 2021, 14:45 (GMT +4)
Azərbaycanda külək enerjisinin istehsalı 12 % azalıb

17 Aprel 2021, 14:30 (GMT +4)
Azərbaycanda ictimai iaşə dövriyyəsi 2 dəfə azalıb

17 Aprel 2021, 14:26 (GMT +4)
Kiyev Ukraynanın Sankt-Peterburq konsulunun saxlanılmasına münasibət bildirib

17 Aprel 2021, 14:15 (GMT +4)
MN Cəbrayıl rayonunun Daş Veysəlli kəndindən videogörüntülər yayıb (VİDEO)

17 Aprel 2021, 14:07 (GMT +4)
Ayətullah Xamenei İran Ordusunu hazır vəziyyətə gəlməyə çağırıb

17 Aprel 2021, 14:00 (GMT +4)
Prezident kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı fərman imzalayıb

17 Aprel 2021, 13:57 (GMT +4)
Ukraynada son sutkada 14 mindən çox COVID-19-a yoluxma aşkar edilib

17 Aprel 2021, 13:45 (GMT +4)
Biləsuvarda qayda pozan sürücülərə qarşı reyd keçirilib

17 Aprel 2021, 13:30 (GMT +4)
Bakıda yeni marşrut xətti təşkil edilib

17 Aprel 2021, 13:22 (GMT +4)
Husilər BMT Təhlükəsizlik Şurasının Yəmənlə bağlı bəyanatını tənqid ediblər

17 Aprel 2021, 13:15 (GMT +4)
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb

17 Aprel 2021, 13:15 (GMT +4)
Rusiyada koronavirusdan ölənlərin sayı 105 mini keçib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66