Ərdoğan: Güclü donanma müasir dövrün tələbatıdır06 Mart 2021, 16:54 (GMT +4) Bakı, 6 mart, SalamNews. Türkiyə yalnız iqtisadi və siyasi cəhətdən deyil, həm də hərbi və müdafiə sahəsində güclü olmalıdır. Bunu ölkəmizin üzləşdiyi çətinliklər və təhdidlər tələb edir.
SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans yolu ilə "Mavi Vətən-2021" təlimlərinin iştirakçılarına müraciət edərək bildirib.
Onun sözlərinə görə, Türkiyə bir neçə dənizlə əhatə edilən bir ölkə olaraq tarix boyu dəniz qüvvələrinin gücləndirilməsinə xüsusi diqqət yetirib.
"Güclü donanma seçim məsələsi deyil, müasir dövrün tələbatıdır", Ərdoğan bildirib.
O, "Dənizə hakim olan bütün dünyaya hakimdir" ifadəsini xatırladıb:
"Bu fikrə əsaslanaraq, təhdidlərin qarşısının alınması üçün Türkiyə dəniz qüvvələrinin gücünü artırmağa xüsusi diqqət yetiririk".
|