Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » HADİSƏLƏR

FHN: Badamdarda sürüşmə hadisəsi baş verib

08 Mart 2021, 13:00 (GMT +4)

Bakı, 8 mart, SalamNews. Martın 8-i səhər saatlarında Bakı şəhəri, Səbail rayonu, Badamdar-20-ci sahə avtomobil yolunun üst hissəsində lokal torpaq axıntısı baş verib.

Bu barədə SalamNews-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, hadisə zamanı yaxınlıqdakı tikililərə ziyan dəyməyib.

"Məlumat verildiyi kimi, Fövqəladə Hallar Nazirliyi tərəfindən yaponiyalı mütəxəssislərlə birgə işlənilmiş layihə əsasında hazırda torpaq axıntısı baş vermiş yamacın yuxarı hissəsində hər birinin diametri 3,5 metr, dərinliyi 30 metr olan 3 ədəd drenaj quyusu qazılmaqdadır. Həmin quyulardan birində artıq işlər yekunlaşıb, digər 2 quyuda isə işlərin yaxın zamanlarda tamamlanması nəzərdə tutulur. Bildiririk ki, drenaj quyularında işlər bitdikdən sonra ərazidən sürüşməyə səbəb olan qrunt suları tamamilə kənarlaşdırılacaq. Bundan sonra isə yamacda başlanılmış terraslaşdırma işləri davam etdiriləcək, avtomobil yolu boyu dəmir-beton istinad divarı inşa ediləcək. Bununla da ərazidə sürüşmə-uçqun proseslərinin qarşısı alınacaq. Bu gün baş vermiş lokal axıntı gözlənilən idi. Məhz bu səbəbdən əvvəlki sürüşmələr zamanı yola yığılmış torpağın sahədən operativ kənarlaşdırılması həyata keçirilmir.

Drenaj quyularının hər üçünün mümkün qədər qısa müddətdə istismara verilməsi üçün əraziyə kifayət qədər texnika və işçi qüvvəsi cəlb olunub və işlər qrafik üzrə davam etdirilir", - Mətbuat xidmətindən bildirilib.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

FHN: Ötən gün 21 yanğına çağırış olub, 2 nəfər xilas edilib - VİDEO

FHN: Ötən gün 23 yanğına çağırış olub, 14 nəfər xilas edilib (VİDEO)

FHN-nin əməkdaşı koronavirusdan vəfat edib

FHN: Ötən gün 32 yanğına çıxış olub, 5 nəfər xilas edilib

FHN: Lerikdə torpaq sürüşməsi olub, evlərdə ciddi təhlükə yaranıb (VİDEO)

FHN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

FHN: Ötən sutka 21 yanğına çıxış olub, 6 nəfər xilas edilib

FHN: Ötən sutkada 23 yanğına çıxış olub, 5 nəfər xilas edilib

FHN yanğın hadisəsinin görüntülərini yayıb (VİDEO)

Rusiya FHN-in növbəti pirotexniklər qrupu Azərbaycana gəlib (VİDEO)

FHN: Ötən sutkada 30 yanğına çıxış olub, 3 nəfər xilas edilib

FHN gücləndirilmiş iş rejimində çalışacaq

FHN əməliyyat görüntülərini yayıb (VİDEO)

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

FHN ötən gün baş verən hadisələrin əməliyyat görüntülərini yayıb (VİDEO)

FHN: Hacıqabulda istixana yanıb

FHN: Ötən sutka ərzində 35 yanğına çıxış olub

FHN: 300-dən artıq əməkdaş vaksinasiya olunub

FHN: Ötən sutka ərzində 8 nəfər xilas edilib

FHN hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edib

21 Aprel 2021, 09:51 (GMT +4)
ABŞ generalı: İranın PUA-ları Yaxın Şərq əməliyyatlarında üstünlüyümüzü əlimizdən alıb

21 Aprel 2021, 09:46 (GMT +4)
Türkiyədə zəlzələ baş verib

21 Aprel 2021, 09:17 (GMT +4)
Zelenski Putini Donbasda görüşməyə dəvət edib

21 Aprel 2021, 09:15 (GMT +4)
Rusiya Federasiyası Hökumətinin sədri Əli Əsədovu Rusiyaya rəsmi səfərə dəvət edib

21 Aprel 2021, 09:04 (GMT +4)
Əfqanıstanla bağlı İstanbulda keçirilməsi nəzərdə tutulan konfrans təxirə salınıb

21 Aprel 2021, 09:00 (GMT +4)
İlham Əliyev: Azərbaycan xalqı 101 il əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacaq

21 Aprel 2021, 04:40 (GMT +4)
Ramazanın səkkizinci gününün duası – iftar və imsak vaxtı

20 Aprel 2021, 18:03 (GMT +4)
İsmayıllıda məclis keçirilməsinin qarşısı alınıb

20 Aprel 2021, 17:57 (GMT +4)
İqtisadiyyat Nazirliyi ilə NEXI arasında Anlaşma Memorandumu imzalanıb

20 Aprel 2021, 17:51 (GMT +4)
Gürcüstan Aİ-yə Batumidə sammit keçirməyi təklif edib

20 Aprel 2021, 17:49 (GMT +4)
Rüşvətə görə həbs edilən icra başçısının əmlakına həbs qoyulub

20 Aprel 2021, 17:44 (GMT +4)
Şəmkirdə yol polisi reyd keçirib

20 Aprel 2021, 17:34 (GMT +4)
Hərbi Prokurorluq: İndiyədək 2 889 şəhidin nəşi müayinə edilərək şəxsiyyəti müəyyən olunub

20 Aprel 2021, 17:29 (GMT +4)
Qasim Süleymaninin silahdaşlarından olan iranlı general koronavirusdan vəfat edib

20 Aprel 2021, 17:22 (GMT +4)
Təhsil Nazirliyi: Gələn həftədən birinci sinfə şagird qəbulu başlayır

20 Aprel 2021, 17:13 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

20 Aprel 2021, 17:03 (GMT +4)
Kreml xarici tərəfdaşları "Rusiyaya qarşı psixozdan" əl çəkməyə çağırır 

20 Aprel 2021, 16:58 (GMT +4)
AQTA vaxtı keçən məhsulları satışdan çıxarıb

20 Aprel 2021, 16:45 (GMT +4)
Türkiyə XİN-ə yeni mətbuat katibi təyin edilib

20 Aprel 2021, 16:42 (GMT +4)
Azərbaycanda son sutkada 2 197 nəfər koronavirusa yoluxub, 34 nəfər vəfat edib

20 Aprel 2021, 16:39 (GMT +4)
Həyətində narkotik becərən şəxs saxlanılıb

20 Aprel 2021, 16:35 (GMT +4)
Netanyahu İsraildə davamlı siyasi böhrana görə seçki sisteminin dəyişdirilməsini istəyib

20 Aprel 2021, 16:28 (GMT +4)
Fransa Səhiyyə naziri ölkədə karantinin mərhələli şəkildə ləğvinin tərəfdarı olduğunu açıqlayıb

20 Aprel 2021, 16:21 (GMT +4)
ETSN Bakıda ağac kəsilməsi ilə bağlı prokurorluğa müraciət edəcək

20 Aprel 2021, 16:10 (GMT +4)
Cəlilabadda avtoxuliqanlıq edən sürücülər saxlanılıb

20 Aprel 2021, 15:58 (GMT +4)
Rusiya Bolqarıstanın iki diplomatını persona non-qrata elan edib

20 Aprel 2021, 15:50 (GMT +4)
Daha 4 koronavirus xəstəsinə cinayət işi başlanılıb

20 Aprel 2021, 15:37 (GMT +4)
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib

20 Aprel 2021, 15:27 (GMT +4)
Çexiya Rusiya ilə bağlı yeni “cavab addımlarını" istisna etməyib

20 Aprel 2021, 15:21 (GMT +4)
Çad prezidenti döyüş cəbhəsində aldığı yaradan ölüb – Çad Ordusu

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66