DİN: Zəngilanda təhlükəsizlik tədbirləri gücləndirilib (VİDEO)
08 Mart 2021, 13:15 (GMT +4)
Bakı, 8 mart, SalamNews. Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları xidməti fəaliyyətini bərpa edib.
Bu barədə SalamNews-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Zəngilan rayonunun ərazisində Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları xidməti fəaliyyətini davam etdirir:
"Rayon ərazisində postlar qurulub, təhlükəsizlik tədbirləri gücləndirilib".
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.