Ayətullah Sistani və Roma Papasının görüşdüyü gün İraqda tolerantlıq günü kimi qeyd ediləcək08 Mart 2021, 14:31 (GMT +4) Bakı, 8 mart, SalamNews, B.Samid. İraq hökuməti Ayətullah Sistani və Roma Papasının görüşdüyü günün bundan sonra ölkədə tolerantlıq və dözümlülük günü kimi qeyd edilməsilə bağlı qərar qəbul edib.
SalamNews xəbər verir ki, bu barədə İraqın baş naziri Mustafa əl-Kazimi rəsmi tvitter səhifəsində yazıb.
İki dini liderin görüşünə toxunan baş nazir bildirib ki, bu görüşün baş tutduğu altı mart İraqda bundan sonra milli tolerantlıq və dözümlülük günü kimi qeyd ediləcək.
Qeyd edək ki, Roma Papası İraqa səfəri çərçivəsində Bağdada, Nəcəfə, Mosula, Ərbilə və Ziqar əyalətinə baş çəkib. Papanın Ayətullah Sistani ilə görüşü və Mosul səfəri maraqlı anlarla yadda qalıb.
|