Azərbaycan cüdo üzrə “Böyük dəbilqə” turnirində 14-cü olub08 Mart 2021, 15:08 (GMT +4) Bakı, 8 mart, SalamNews, R.Nadirli. Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirinə yekun vurulub.
SalamNews xəbər verir ki, yarışa 12 cüdoçu ilə qatılan Azərbaycan yığması 2 bürünc medala sahib çıxıb. Millimiz bu nəticə ilə komanda hesabında 14-cü olub.
Yaponiya cüdoçuları hamıdan çox medal qazanıb. “Gündoğan ölkə” təmsilçiləri 9 qızıl, 1 gümüş, 1 bürünc medalla birincidi. Monqolustan 2 qızıl, 2 gümüş, 1 bürünc medalla ikinci, Cənubi Koreya isə 1 qızıl, 1 gümüş, 4 bürünc medalla üçüncü olub.
Ölkəmiz Almaniya, Rusiya, Fransa, İsrail, Böyük Britaniya və Ukrayna kimi ölkələri qabaqlamağı bacarıb.
|