Son dörd ildə ilk dəfə olaraq Səudiyyə Ərəbistanın XİN rəhbəri Qətərə gedib08 Mart 2021, 16:01 (GMT +4) Bakı, 8 mart, SalamNews, B.Samid. Səudiyyə Ərəbistanın xarici işlər naziri Feysəl bin Fərhan bin Abdullah Dohaya gedib.
SalamNews Əlcəzirəyə istinadla xəbər verir ki, Qətərin əmiri Təmim bin Həmd Ali-Sani son 4 ildə ilk dəfə olaraq, Dohaya gələn Səudiyyə Ərəbistanın xarici işlər nazirini qəbul edib.
Məlumata görə, Səudiyyə XİN rəhbəri ölkə kralı Salman bin Əbdüləzizin xüsusi məktubunu əmir Təmim bin Həmd Ali-Saniyə çatdırıb.
Məktubda iki ölkənin əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində rəsmi ər-Riyad tərəfinin istəkləri əks etdirilib.
Qeyd edək ki, başda Səudiyyə Ərəbistanı olmaqla bir sıra qonşu və region ərəb dövlətləri 2017-ci ildə Qətərlə siyasi, iqtisadi və mədəni əlaqələri dayandırıb, bu ölkəni blokadaya salmaq istiqamətində bir sıra sanksiyalar tətbiq etməyə başladılar. Ötən ilin sonlarından etibarən gərgin əlaqələrə son qoymaq üçün tərəflər ciddi addımlar atmağa başlayıbar.
|