Bəşər Əsəd və xanımı koronavirusa yoluxublar08 Mart 2021, 17:16 (GMT +4) Bakı, 8 mart, SalamNews, B.Samid. Suriya prezidenti Bəşər Əsəd və xanımı Əsma əl-Əsəd koronavirusa yoluxublar.
SalamNews SANA-a istinadla xəbər verir ki, bu barədə Suriyanın Prezident Administrasiyasının Mətbuat xidməti məlumat verib.
Bildirilib ki, prezident və xanımı son günlərdə narahatçılıq hiss etdikdən sonra Covid-19 testi veriblər və onların koronavirusa yoluxması təsdiqini tapıb.
Əlavə edilib ki, onların hazırki vəziyyəti stabil və qənaətbəxşdir.
|