Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Hava şəraiti ilə əlaqədar Azərbaycan avtomobil yollarındakı vəziyyət açıqlanıb

12 Mart 2021, 10:30 (GMT +4)

Bakı, 12 mart, SalamNews. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı saat 10:00-a olan vəziyyət açıqlayıb.

AAYDA-dan SalamNews-a verilən məlumata görə, Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda hazırda marşrut boyu qar yağır, yolun Quba və Qusar ərazisindən keçən hissəsində 8 dərəcə şaxta var. Nəqliyyatın hərəkəti təmin olunması istiqamətində yol qardan təmizlənir, enişlərə, həmçinin yoxuşlara duz qum səpilir.

Xınalıq istiqamətində yol boyu qar yağır, səhər saatlarından 15 dərəcə şaxta var. Yol boyu hərəkətin təmin olunması məqsədilə yolun hərəkət hissəsindən qar təmizlənir və nəqliyyatın hərəkəti təmin olunur.

Giləzi – Xızı yolunda marşrut boyu əraziyə qar yağır, 5-8 dərəcə şaxta var. Nəqliyyatın hərəkətinin təmin edilməsi istiqamətində müvafiq işlər, qardan təmizləmə, həmçinin tələb olunan yerlərə duz-qum qarışığı səpilmə işləri həyata keçirilir.

Bakı – Qobustan yolunda güclü küləklə müşayiət olunan qar yağır, Qobustan rayonu ərazisində 10-12 sm qar var, şaxta 4-5 dərəcə təşkil edir. Yolun 90-109 km hissəsində buzlaşma əmələ gəlib. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Qobustan - Şamaxı – Muğanlı yolunda qar yağır, İsmayıllı rayonu ərazisində 15-20 sm qar var. Şaxta 2-3 dərəcə təşkil edir. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Muğanlı - Ağsu – Yevlax yolunda da qar yağır, Yolun Muğanlı-Ağsu hissəsində 5-6 sm qar var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, hazırda yolda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir. Muğanlı ərazisində 2-3 dərəcə şaxta var.

Bakı - Ələt – Hacıqabul yolunun Bakı-Ələt hissəsində zəif çiskin var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul – Ucar – Yevlax yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Yevlax – Gəncə - Qazax – Gürcüstan Respublikası ilə dövlət sərhədi yolunun Gəncə-Qazax hissəsində qar yağır, Səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı – İsmayıllı yolunda qar yağır, qarın qalınlığı 15-20 sm arasında dəyişir. Gecə saatlarından başlayaraq yol qardan təmizlənir, qum-duz səpilir. 3-4 dərəcə şaxta var. Yolda maillik çox olan yerlərdə, körpülərdə və əsasən yolun meşə zolağından keçən hissələrində buzlaşma olduğundan nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir.

İsmayıllı - Qəbələ - Oğuz - Şəki yolunda marşrut boyu qar yağır, İsmayıllı və Qəbələ rayonları ərazisinə 3-4 dərəcə şaxta, 10-20 sm qar, Oğuz və Şəki rayonları ərazisində 4-5 sm qar var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənir, qum-duz səpilir. Hazırda yolda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir.

Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhəd yolunda qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Şaxta yoxdur.

Yevlax – Şəki (Göybulaq) yolunun Şəki rayonu ərazisində qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Gəncə-Daşkəsən-Xoşbulaq yolunun Daşkəsən rayonu ərazisinə möhkəm qar yağır, yol qardan təmizlənərək qum-duz səpilir. 7-8 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Şəmkir - Gədəbəy yolunda marşrut boyu əraziyə qar yağır, 3-4 dərəcə şaxta var. Nəqliyyatın hərəkətinin təmin edilməsi istiqamətində müvafiq işlər, qardan təmizləmə, həmçinin tələb olunan yerlərə duz-qum qarışığı səpilmə işləri həyata keçirilir.

Ələt – Astara – İran İslam Respublikası ilə dövlət sərhədi yolunda sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Masallı – Yardımlı yolunun Yardımlı rayonu ərazisinə qar yağır, yol qardan təmizlənərək qum-duz səpilir. 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Lənkəran – Lerik yolunun Lerik rayonu ərazisinə qar yağır, yol qardan təmizlənərək qum-duz səpilir. 5-6 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Hacıqabul – Bəhramtəpə – Horadiz yolunda sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

Xəbərdarlıq: Azərbaycanda iki gün hava şəraiti qeyri-sabit keçəcək

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

Azərbaycan ərazisində bu həftə ərzində gözlənilən hava şəraiti açıqlanıb

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

FHN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Aprelin 3-də gözlənilən hava şəraiti açıqlanıb

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Xəbərdarlıq: Azərbaycanın rayonlarında hava şəraiti qeyri-sabit keçəcək

Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

06 May 2021, 18:03 (GMT +4)
Azərbaycanda 4 məktəb direktoru işdən çıxarılıb, daha 3-nə şiddətli töhmət verilib

06 May 2021, 18:00 (GMT +4)
Qazaxıstan və Azərbaycan “ağıllı şəhər” layihəsi üzrə saziş imzalayıb

06 May 2021, 17:55 (GMT +4)
Caspian Energy Club Mustafa Abbasbəylinin iştirakı ilə Onlayn B2G Forum təşkil edib

06 May 2021, 17:48 (GMT +4)
Baş Prokurorluğun xəbərdarlıq etdiyi Xalidə Bayramova vəzifəsindən azad olunub

06 May 2021, 17:45 (GMT +4)
TƏBİB: Azərbaycanda koronavirusun Britaniya ştammından başqa yeni növ qeydə alınmayıb

06 May 2021, 17:30 (GMT +4)
Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıb

06 May 2021, 17:22 (GMT +4)
Səbinə Əliyeva Ermənistan ombudsmanı barədə BMT və Avropa Şurasının komissarlarına məktub göndərib

06 May 2021, 17:12 (GMT +4)
İraq Səudiyyə Ərəbistanı ilə İran arasında danışıqlara ev sahibliyi etdiyini bildirib

06 May 2021, 17:10 (GMT +4)
Vergi və gömrük güzəştləri ilə bağlı Elektron Reyestr Sistemi yaradılıb

06 May 2021, 17:02 (GMT +4)
Son 12 ildə 162 308 nəfər Azərbaycan vətəndaşlığı alıb

06 May 2021, 17:00 (GMT +4)
Regional rəqəmsal hökumətin formalaşdırılmasına başlanılıb

06 May 2021, 16:50 (GMT +4)
Tacikistanla sərhəddə yaralananlara kompensasiya ödəniləcək - Japarov

06 May 2021, 16:48 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

06 May 2021, 16:37 (GMT +4)
Azərbaycanda son sutkada 2 057 nəfər COVID-19-dan sağalıb, 844 nəfər yoluxub

06 May 2021, 16:35 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxma ilə bağlı son məlumatlar açıqlanıb

06 May 2021, 16:26 (GMT +4)
Tovuz rayon sakininin həyətyani sahəsindən çətənə kolları aşkarlanaraq götürülüb

06 May 2021, 16:15 (GMT +4)
Ukrayna XİN rəhbəri Kiyevdə ABŞ Dövlət Katibi ilə görüşüb

06 May 2021, 16:12 (GMT +4)
İqtisadiyyat Nazirliyi: 16 obyektdə epidemiya əleyhinə rejim pozulub

06 May 2021, 16:00 (GMT +4)
100 nəfər gənc hüquqşünas prokurorluq orqanlarına qulluğa qəbul edilib

06 May 2021, 15:50 (GMT +4)
Bakıda piyada keçidinin üzərində yeni işıqlandırılma sistemləri tətbiq edilib 

06 May 2021, 15:39 (GMT +4)
Türkiyənin Ermənistanla sərhədində antiterror əməliyyatı keçirilir

06 May 2021, 15:34 (GMT +4)
Kazım Qurbanov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib

06 May 2021, 15:23 (GMT +4)
Bu günədək 121 milyon manatdan çox əkin subsidiyası ödənilib

06 May 2021, 15:12 (GMT +4)
Zinəddin Zidan: “Çelsi” qələbəyə layiq idi

06 May 2021, 15:09 (GMT +4)
Türkiyə Latviya parlamentinin 1915-ci il hadisələri ilə bağlı qərarını pisləyib

06 May 2021, 15:05 (GMT +4)
ABŞ sanksiyaların dayandırılması üçün İranın yeni nəsil sentrifuqa cihazlarının məhv edilməsini istəyib

06 May 2021, 15:01 (GMT +4)
Ruhani Hacı İlham Əliyevə 16 il iş verilib

06 May 2021, 14:53 (GMT +4)
Tomas Tuxel Çempionlar Liqasının tarixinə düşüb

06 May 2021, 14:52 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 1,82 milyon manat ayrılıb (SƏRƏNCAM)

06 May 2021, 14:40 (GMT +4)
Kolumbiya paytaxtında etiraz aksiyalarına görə peyvəndləmə məntəqələrinin işi dayandırılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66