Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Azercell “Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarının tətbiqinə artıq hazırdır

16 Mart 2021, 10:12 (GMT +4)

Bakı, 16 mart, SalamNews. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırığa əsasən azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyasına əsaslanmalı, dünyanın ən qabaqcıl texnologiyaları orada tətbiq olunmalıdır. Bu konsepsiya ilə bağlı “Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrində müxtəlif həllərdə istifadə ediləcək qurğuların internet bağlantılarının təmin olunması üçün lazım olan şəbəkə infrastrukturunu ilk olaraq sınaqlar həyata keçirərək hazır vəziyyətə gətirən Azercell şirkəti oldu.

Yeni texnologiyaların tətbiqi ilə istifadəçilərinin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağı hədəfləyən Azercell Telekom «Ağıllı şəhər» və "Ağıllı kənd" layihələrində iştirakı ilə də bu məqsədə xidmət edəcək. Qeyd olunan konsepsiyanın infrastrukturu yüksək texnologiyalar əsasında qurulur və bu layihələrdəki xidmətlərin çalışmasında istifadə edilən qurğuların bir qismi Azercell-in hal-hazırkı 2G/3G/LTE şəbəkəsi üzərindən fəaliyyət göstərə bilər, lakin bəzi həllərdə az enerji tələbatı olan (məsələn, kiçik batareyalarla çalışan) xüsusi sensor və qurğuların (məsələn, su/qaz sayğacı, kənd təsərrüfatında istifadə edilən sensorlar və s.) istifadəsi ilə rəqəmsal məlumatların mərkəzi sistemə ötürülməsi lazım gəlir. Mobil operatorlar bu tipli sensor və qurğuları dəstəkləmək üçün LTE şəbəkəsində “az enerji tələbatlı şəbəkə” funksiyasını (NB-IoT – Narrow-Band Internet of Things) təklif edir. Azercell Telekom da bu imkanı şəbəkəsinə tətbiq edərək lazımi sınaq testlərini keçirərək, abunəçilərinə xidmət və əməkdaşlığa hazır vəziyyətə gətirmişdir.

Bu gurğulara dünyada geniş tətbiq edilən aşağıdakı cihazları misal çəkmək olar:

Qapı sensorları - bəzən maqnit sensorlar və ya giriş sensorları olaraq da adlandırılır. Bu sensorlar izləmə sistemlərində bir qapının açıq olub-olmadığını bildirən və ya təhlükəsizlik sistemlərini daha da təkminləşdirilməsində və yüksək keyfiyyətinin təmin olunmasında əhəmiyyətli rol oynayan cihazlardır.

Su və ya yanacaq səviyyəsini ölçən sensorlar - açıq və ya yeraltı rezervuarlar üçün xüsusilə uyğundur. Çənin üst hissəsi ilə su və ya yanacaq səviyyəsi arasındakı maye səviyyəsini ölçməyə imkan verir.

Qaz sensoru - az enerji sərfiyyatı tələb edən qaz sensorları qaz aşkarlama sistemi, sızıntını aşkar etmək və istifadəçini sızıntının qarşısını almaq üçün xəbərdar etmək üçün istifadə olunur.

Dayanacaq yerlərini, ayrılmış yerlərin doluluğuna nəzarət etməyə imkan verən “ağıllı” park sensoru.

“Ağıllı” izləyici sensor - IoT-a əsaslanan texnoloji həllər vasitəsilə malların və istehsal aktivlərinin izlənməsi, xərclərin azalması və qənaət baxımından şirkətlər üçün çox əlverişlidir.

Yalnız dolmuş tullantı qutularının toplanmasına və nəticədə real vaxt monitorinqi və daha əlverişli marşrut planlamağa şərait yaradan "ağıllı" tullantı qutuları sensoru.

«Ağıllı şəhər» və "Ağıllı kənd"də enerji resurslarından daha səmərəli istifadə olunduğundan proseslərin ətraf mühitə və insan sağlamlığına verdiyi mənfi təsir minimuma endirilir. Bu sistemlərin əsas ideyası inzibati ərazilərin bütün mümkün xidmət və obyektlərini vahid kompüterləşdirilmiş sistemdə birləşdirib idarə etməkdir. Müxtəlif elektronik və rəqəmsal metodlardan, sensorlardan istifadə olunaraq toplanılmış məlumatlardan istifadə edərək aktivlərin və resursların səmərəli istifadəsi təşkil olunur.

«Ağıllı şəhər» və "Ağıllı kənd" konsepsiyası özünün müxtəlif üstünlükləri və müsbət cəhətləri sayəsində gələcəkdə sözsüz ki, meqapolislərin, habelə orta və kiçik şəhərlərin ayrılmaz hissəsinə çevriləcəkdir. “Ağıllı” sistemlərin tətbiqi ekologiya mühitinin yaxşılaşdırması, vaxta qənaət, təhlükəsizlik xərclərin azalması, ümumiyyətlə şəhərin daha effektiv fəaliyyəti, kənd təsərrüfatının ən müasir texnologiyalar əsasında inkişafı, yüksək məhsuldarlıq deməkdir.

Azercell gələcək texnologiyalar dünyasında istifadəçilərinin bələdçisi olaraq müasir zamanda IoT (Əşyaların İnterneti) tərəfindən təqdim olunan məhdudiyyətsiz imkanlar və telekommunikasiya texnologiyaları vasitəsilə onlara daha rahat, “ağıllı” mühitdə işləmək və yaşamaq imkanı açır.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 89.3%; ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Azercell Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl mükafatı əldə edib. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

16 İyun 2021, 14:20 (GMT +4)
I sinfə qəbulla bağlı onlayn müsahibələr başa çatıb

16 İyun 2021, 14:09 (GMT +4)
Sumqayıtda ağacların gövdəsi süni örtükdən təmizlənib

16 İyun 2021, 13:59 (GMT +4)
"Qarabağ" klubu "Arsenal"la qarşılaşacaq

16 İyun 2021, 13:56 (GMT +4)
KİV: Kim Çen In KXDR-də aclıq təhlükəsinin olduğunu açıqlayıb

16 İyun 2021, 13:45 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

16 İyun 2021, 13:34 (GMT +4)
Fransa - Almaniya oyununun ən yaxşısı seçilib

16 İyun 2021, 13:32 (GMT +4)
TSQ Şimali İraqda keçirilən əməliyyatda 5 terrorçunu zərərsizləşdirilib

16 İyun 2021, 13:28 (GMT +4)
DSX: Sərhədçilərimizə atəş açan cinayətkar zərərsizləşdirilib

16 İyun 2021, 13:18 (GMT +4)
Vüsal Qasımlı: Şuşa bəyannaməsi milli iqtisadiyyata yeni imkanlar açır

16 İyun 2021, 13:08 (GMT +4)
Bu il Azərbaycan neft ixracını 13 %-dən çox azaldıb

16 İyun 2021, 13:00 (GMT +4)
"Rəqibin bizi 1-2 məqamda üstələdiyini demək olar" - Samir Abasov

16 İyun 2021, 12:55 (GMT +4)
Xaçmazda 15 qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlanıb

16 İyun 2021, 12:46 (GMT +4)
Çavuşoğlu: Dünya birliyi Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir

16 İyun 2021, 12:38 (GMT +4)
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

16 İyun 2021, 12:27 (GMT +4)
KİV: Kolumbiyada hərbi hissədə törədilən terror hücumu nəticəsində 30-dan çox əsgər yaralanıb

16 İyun 2021, 12:21 (GMT +4)
Türkiyə-Uels matçı ilə bağlı bəzi küçələrdə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulur

16 İyun 2021, 12:12 (GMT +4)
Əfqanıstan Ordusu bir rayon mərkəzini Talibandan geri alıb

16 İyun 2021, 12:01 (GMT +4)
Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi - TAM MƏTN

16 İyun 2021, 11:54 (GMT +4)
İran Mədəniyyət Mərkəzinin sədri: İranda prezident seçkiləri dünyada dini-demokratik seçki nümunəsidir 

16 İyun 2021, 11:52 (GMT +4)
Gürcüstanda 811 yeni koronavirusa yoluxma qeydə alınıb

16 İyun 2021, 11:40 (GMT +4)
Nadir və nəsli kəsilməkdə olan bitkilərin monitorinqi aparılıb

16 İyun 2021, 11:27 (GMT +4)
Yəmən münaqişəsilə bağlı sülh danışıqları Qətərdə ola bilər

16 İyun 2021, 11:24 (GMT +4)
XİN: Qonşu ölkələrin rəhbərlərinin səfərini şərh etmək Ermənistanın həddi deyil 

16 İyun 2021, 11:18 (GMT +4)
Kaxaber Sxadadze: "Neftçi" Azərbaycanda futbol markasıdır"

16 İyun 2021, 11:15 (GMT +4)
Sabiq deputat İbrahim İbrahimli dünyasını dəyişib

16 İyun 2021, 11:05 (GMT +4)
BNA: Türkiyə-Uels oyununa azarkeşlər ekspress marşrutlarla daşınacaq

16 İyun 2021, 10:55 (GMT +4)
Həsən Ruhani iranlıları prezident seçkilərinə aktiv şəkildə qatılmağa çağırıb

16 İyun 2021, 10:51 (GMT +4)
Azərbaycan avtomobil idxalını 32% artırıb

16 İyun 2021, 10:43 (GMT +4)
Levon Ter-Petrosyan: Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi hesab edir

16 İyun 2021, 10:40 (GMT +4)
"Neftçi"nin oyunlarının tarixi açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66