Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

DGK və ÜGT gömrük fəaliyyətinin pandemiyaya uyğunlaşdırılmasını müzakirə edib

19 Mart 2021, 18:00 (GMT +4)

Bakı, 19 mart, SalamNews. Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi və Şura sədri, eyni zamanda Şuranın sədr müavinlərinin iştirakı ilə onlayn formatda görüş keçirilib.

Bu barədə SalamNews Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, görüşdə komitə sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev ÜGT-nin Avropa Regionu üzrə sədr müavini qismində iştirak edib.

Görüş ÜGT-nin Siyasi Komissiyasının və Şurasının iclaslarının nəticələrinə əsasən həyata keçirilən fəaliyyətlərin davam etdirilməsi üçün növbəti tədbirlərin planlaşdırılması, xüsusilə də iş metodlarının və prioritetlərin müəyyənləşdirilməsi məqsədilə keçirilib.

İclasda çıxış edən ÜGT-nin Baş katibi Kunio Mikuriya COVID-19 pandemiyasının dünyada yaratdığı mürəkkəb şəraitdən danışıb, pandemiya zamanı gömrük orqanlarının oynadığı əhəmiyyətli rolun fonunda fəaliyyətlərin fasiləsizliyinin təmin etdirilməsi məsələlərinə diqqət çəkib, gömrük orqanlarının gələcək fəaliyyətinin prioritetləri barədə fikirlərini bölüşüb.

Bildirilib ki, ÜGT-nin müvafiq strukturları fəaliyyətlərini virtual formatda həyata keçirir, prioritetlər də mövcud fəaliyyətə uyğunlaşdırılır. Baş katib COVID-19 pandemiyası ilə bağlı vaksinlərin daşınması və təhlükəsizliyi məsələlərinin xüsusi əhəmiyyət daşıdığını bildirib.

ÜGT-nin Şura sədri Əhməd Əl Xəlifə çıxış edərək müzakirələrin səmərəli keçəcəyinə əminliyini bildirib, pandemiyanın yaratdığı çətinliklərdən, fəaliyyətin pandemiyaya uyğunlaşdırılmasından, təşkilatın maliyyələşməsi məsələlərindən danışıb. O da qeyd olunub ki, pandemiya şəraitində onlayn ticarətin həcmi artıb və buda gömrük orqanlarının iş yükünü artıran amillərdəndir.

Görüşdə çıxış edən digər iştirakçılar pandemiyanın yaratdığı çətin şəraitdə gömrük orqanlarının fəaliyyəti ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, ÜGT-nin Avropa Regionu üzrə sədr müavini Səfər Mehdiyev gələcək fəaliyyətin səmərəli şəkildə qurulması, pandemiyanın yaratdığı çətinliklərə uyğunlaşdırılması istiqamətində fikirlərini dilə gətirib.

Komitə sədri hazırda Avropa regionunda peyvəndləmə prosesinin sürətlə həyata keçirildiyini, Azərbaycanda da bu istiqamətdə xüsusi tədbirlərin reallaşdırıldığını bildirib.

Görüşdə, həmçinin ÜGT-nin 2021/2022-ci illər üçün iclasların təqvimi, prioritetlərin müəyyən edilməsi və iş metodları barədə məsələlər də müzakirə edilib.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 Sentyabr 2021, 17:01 (GMT +4)
Avstraliyada karantinlə bağlı etiraz aksiyalarında 260-dan çox insan həbs edilib

18 Sentyabr 2021, 16:52 (GMT +4)
Gəncədə 600-dən yuxarı bal toplayan məzunlarla görüş keçirilib

18 Sentyabr 2021, 16:40 (GMT +4)
Pentaqon Rusiyanın ABŞ üçün Çindən daha böyük təhlükəyə çevrilə biləcəyi qənaətindədir

18 Sentyabr 2021, 16:36 (GMT +4)
“Bursaspor”un baş məşqçisi Namik Ələskərovla xüsusi görüş keçirib

18 Sentyabr 2021, 16:35 (GMT +4)
Suriyada enerji xəttinin partladılması nəticəsində əksər əyalətlər işıqsız qalıb

18 Sentyabr 2021, 16:28 (GMT +4)
Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

18 Sentyabr 2021, 16:16 (GMT +4)
Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

18 Sentyabr 2021, 16:06 (GMT +4)
İƏT OA faktaraşdırıcı missiyanın yekunlarına dair bəyanat qəbul edib 

18 Sentyabr 2021, 15:54 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

18 Sentyabr 2021, 15:42 (GMT +4)
Azərbaycanda son sutkada 2042 nəfər COVID-19-a yoluxub, 29 nəfər ölüb

18 Sentyabr 2021, 15:35 (GMT +4)
Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 7 terrorçunu məhv edib

18 Sentyabr 2021, 15:26 (GMT +4)
Suriya ordusu 10 ildən sonra Təfas qəsəbəsini nəzarətə götürüb

18 Sentyabr 2021, 15:21 (GMT +4)
MN: Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir (VİDEO)

18 Sentyabr 2021, 15:10 (GMT +4)
“Azneft”in bir qrup işçisi təltif edilib

18 Sentyabr 2021, 14:58 (GMT +4)
Çində yol qəzasında 6 nəfər ölüb, 13 nəfər yaralanıb

18 Sentyabr 2021, 14:52 (GMT +4)
Əfsanəvi futbolçu Pelenin səhhəti yenidən pisləşib

18 Sentyabr 2021, 14:51 (GMT +4)
Anar Kərimov: Ruhumuzu və mədəniyyətimizi Şuşaya qaytarmışıq

18 Sentyabr 2021, 14:41 (GMT +4)
Pakistanın baş naziri Talibanla danışıqlar apardığını bildirib

18 Sentyabr 2021, 14:30 (GMT +4)
Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib

18 Sentyabr 2021, 14:27 (GMT +4)
Rusiya Xəzər flotiliyasının iki hərbi gəmisi Bakıya gəlib (FOTO)

18 Sentyabr 2021, 14:15 (GMT +4)
Rusiyada COVID-19-dan ölənlərin sayı 197 mini keçib

18 Sentyabr 2021, 14:06 (GMT +4)
Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb

18 Sentyabr 2021, 13:54 (GMT +4)
Yəmən paytaxtında hökumət başçısının terrorunda əli olanlar mərkəzi meydanda edam ediliblər

18 Sentyabr 2021, 13:51 (GMT +4)
Şuşada ilk dəfə Milli Musiqi Günü keçirilir

18 Sentyabr 2021, 13:38 (GMT +4)
"Qəbələ" - "AZ Alkmar" matçının hakimləri açıqlanıb

18 Sentyabr 2021, 13:37 (GMT +4)
Tokayev Talibanla qeyri-rəsmi dialoqa başlamağı təklif edib

18 Sentyabr 2021, 13:30 (GMT +4)
Narkotik vasitələrdən istifadə edən taksi sürücüsü saxlanılıb

18 Sentyabr 2021, 13:20 (GMT +4)
Mədəniyyət xadimləri Qala divarları, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edib

18 Sentyabr 2021, 13:09 (GMT +4)
MMA döyüşçüsü Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəlib

18 Sentyabr 2021, 13:08 (GMT +4)
Gürcüstanda 1 997 yeni COVID-19-a yoluxma qeydə alınıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66