Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

QMİ sədri: Bir əlində xaç, bir əlində avtomat işğalçı müharibə təbliğatı aparmaq din xadimlərinə yaraşmaz

19 Mart 2021, 14:55 (GMT +4)

Bakı, 19 mart, SalamNews. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Fransanın Azərbaycandakı səfiri Zakari Qrossu qəbul edib.

Bu barədə SalamNews-a QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

Səfiri səmimi salamlayan QMİ sədri A.Paşazadə Azərbaycanda müxtəlif din nümayəndələrinin dostluq, qardaşlıq, qarşılıqlı anlaşma mühitində yaşamalarını böyük nemət kimi dəyərləndirdiyini və ölkəmizin xristian dünyası ilə əlaqələrinin dərinləşməsini müsbət hal kimi qeyd edib.

A.Paşazadə Azərbaycanda dinlər və məzhəblər arasında mövcud yüksək səviyyəsinin təmini və davamlılığında dövlət siyasətinin, şəxsən ölkə rəhbərinin səy və fəaliyyətinin böyük rolu olduğunu fəxarətlə vurğulayıb. O, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdən sonrakı müddətdə Azərbaycanla Fransa arasında münasibətlərdə müsbət meyllərdən məmnunluğunu bildirib: "Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz torpaqlarını işğaldan azad etmək uğrunda ədalətli mübarizəsinin bəzi dairələr tərəfindən dünyaya qərəzli şəkildə xristianlarla qarşıdurma kimi təqdim edilməsi iftiradan başqa bir şey deyil".

QMİ sədri bu təbliğatın daha çox Erməni Apostol kilsəsi tərəfindən aparıldığına təəssüf etdiyini deyib: "Birmənalı şəkildə vurğulayıram ki, bir əlində xaç, bir əlində avtomat işğalçı müharibə təbliğatı aparmaq din xadimlərinə yaraşmaz. Digər tərəfdən, erməni dini liderləri ilə 1988-ci ildən başlayaraq dəfələrlə şəxsən görüşdüyünü, Ümumdünya Kilsələr Şurası, Rus Pravoslav Kilsəsi, Gürcü Pravoslav Kilsəsinin vasitəçiliyi ilə baş tutmuş görüşlərin nəticəsi olaraq imzaladıqları birgə bəyannamələrdə münaqişənin dini səciyyə daşımadığı təsbit olunub Bu baxımdan, erməni kilsəsinin bu gün ermənilərin xristian olduqlarına görə sıxışdırılmaları barədə yalanlar yayması, işğal etdikləri ərazidən çıxarılmalarını guya öz ərazilərindən qovulmaları kimi təbliğ etmələri saxtakarlıq və dünya ictimaiyyətini aldatmaqdır.

Beynəlxalq hüquqa zidd işğal və təcavüzlərini, törətdikləri terror və vandalizm hallarını ört-basdır etməyə çalışan erməni kilsəsi ümumxristian həmrəyliyinə nail olmaq, din qardaşlarının dəstək və yardımından sui-istifadə etmək niyyətilə Azərbaycanda guya xristian dini abidələrinə təhlükə mövcud olduğunu iddia edir. Əslində isə ermənilər Azərbaycanın işğal altında 30 ilə yaxın işğalda saxladığı ərazilərində minlərlə müsəlman məscid, ziyarətgah və qəbirstanlıqlarını, xristian, qədim alban, yəhudi məbədlərini dağıtmışlar".

QMİ sədri bölgədə sülh naminə erməni kilsəsinin qarşılıqlı anlaşma, dinc yanaşı yaşama prinsiplərini təbliğ etməli olduqlarını fransalı səfirin diqqətinə çatdırıb: "Xalqlar arasında davamlı sülh üçün erməni kilsəsi nifrət çağırışlarından birmənalı şəkildə imtina etməlidir. MDB Dinlərarası Şurasının həmsədri kimi Katolikos II Qaregini II Bakı Sammitində iştirak üçün Azərbaycana dəvət etmişdi və erməni dini lideri Bakıda şəhərin ən mərkəzi yerində bərpa olunaraq abad şəkildə qorunan erməni kilsəsini şəxsən ziyarət etmiş, burada ölkəmizdə yaşayan erməni əsilli vətəndaşlarımızla görüş keçirmiş, erməni dilində kitabların qorunub saxlanıldığı kitabxana ilə tanış olmuşdu. Buradakı təəssüratlarından heyranlığını gizlətməyən dini liderin indi azərbaycanlıları qeyri-tolerantlıqda qınamağı yersizdir. Monoetnik Ermənistandan fərqli olaraq multikultural Azərbaycanda müxtəlif millət və dinlərin nümayəndələri mehribanlıq, qarşılıqlı ehtiram və anlaşma şəraitində əsrlərlə dinc yanaşı yaşayırlar. Azərbaycanın dövlət rəhbərinin siyasi iradəsi bundan ibarətdir ki, erməni vətəndaşlarımız da bizimlə birlikdə əmin-amanlıqda yaşaya bilərlər".

Fransalı səfir QMİ sədri A. Paşazadəyə qəbula görə təşəkkürlərini bildirib, istər bölgədə, istərsə dünya miqyasında böyük nüfuz və ehtiram sahibi olan Şeyxülislamla görüşməkdən şərəf duyduğunu ifadə edib.

Səfir Azərbaycanda mövcud dinlərarası səmimi münasibətlərin, məzhəblərarası qarşılıqlı ehtiram mühitinin təkcə Qafqaz bölgəsi üçün deyil, Avropa məkanı, o cümlədən, Fransa üçün böyük maraq və əhəmiyyət kəsb etdiyini vurğulayıb. Azərbaycanın dinlərarası harmoniya modelinin Fransada təşviqi baxımından postpandemiya dövründə bu mövzuda tədbirlərin vacibliyinə diqqəti çəkən Z.Qross səfirlikləri tərəfindən bu işə hərtətəfli təşkilati dəstək verəcəklərini vurğulayıb.

A.Paşazadə rəhbərlik etdiyi QMİ nəzdində Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Mərkəz xəttilə bugünədək həyata keçirdikləri təşəbbüs və tədbirlər barədə səfir Z. Qrossa ətraflı məlumat verdi və yaxın gələcəkdə Fransa ilə də dini-mənəvi əlaqələr müstəvisində münasibətlərin yüksək səviyyəsi üçün səy göstərəcəklərini, dinlərarası əməkdaşlıq yönündə əməli fəaliyyətdən məmnun olacaqlarını bildirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

QMİ sədri II Qareginin Xankəndiyə səfərini pisləyən bəyanat verib

QMİ sədri: Ermənistan soyqırım siyasətini ört-basdır etmək üçün Azərbaycana qarşı yalan ittihamlar irəli sürür

QMİ sədri Allahşükür Paşazadə və dini konfessiya rəhbərlərinin Bərdə və Ağdama səfəri başlayıb

QMİ sədri patriarxı Qarabağdakı məscidləri və kilsələri birlikdə ziyarətə dəvət edib

QMİ sədri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

QMİ sədri: Bu gün Türkiyənin 90 min məscidində şəhidlərimizin ruhu yad edilir

QMİ sədri: Ölkə dindarları dövlət rəhbərimizin qətiyyətli addımlarını dəstəkləyirlər 

QMİ sədri Allahşükür Paşazadə beynəlxalq təşkilatlara müraciət edib

QMİ sədri Gürcüstan səfiri ilə II İliyanın Keşikçidağla bağlı məktubunu müzakirə edib

QMİ sədri: Azərbaycanda Aşura günü ənənəsi hələ də yaşadılır

QMİ sədri Allahşükür Paşazadə Səudiyyə kralı ilə görüşüb (FOTO)

QMİ sədri Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

QMİ sədri İslam dünyasına töhfələrinə görə Qahirədə mükafata layiq görülüb

QMİ sədri Allahşükür Paşazadə BƏƏ-yə gedib

QMİ sədri Moskvanın və bütün Rusiyanın Patriarxı ilə görüşüb

Həcc ziyarətinə­ gedən zəvvarların he­ç bir çətinlikləri yo­xdur - QMİ sədri

QMİ sədrinin 1-ci müavini Misirin səfirini qəbul edib

QMİ sədri KAİCİİD Dialoq Mərkəzinin Direktorlar Şurasının 18-ci sessiyasında iştirak edib

QMİ sədri Dağıstana səfər edib

QMİ sədri İranın mədəniyyət naziri ilə görüşüb

18 İyun 2021, 21:10 (GMT +4)
İranda prezident seçkilərinin vaxtı saat 22.00-a qədər uzadılıb

18 İyun 2021, 18:24 (GMT +4)
"Grand Chess Tour": Teymur Rəcəbov Levon Aronyanla heç-heçə edib 

18 İyun 2021, 18:02 (GMT +4)
AMB uçot dərəcəsini sabit saxlayıb

18 İyun 2021, 17:50 (GMT +4)
"Qəbələ" klubu növbəti transferini reallaşdırıb

18 İyun 2021, 17:48 (GMT +4)
Peskov: Türkiyə ilə uçuşların bərpası məsələsinə qərargah baxır

18 İyun 2021, 17:45 (GMT +4)
İsrail qüvvələri İordan çayının Qərbində daha səkkiz fələstinlini həbs edib

18 İyun 2021, 17:35 (GMT +4)
Prezident İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarını təltif edib

18 İyun 2021, 17:20 (GMT +4)
Bakıda avtobusla minik avtomobili toqquşub, yaralanan var

18 İyun 2021, 17:10 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxanların sayı 357 min nəfəri keçib

18 İyun 2021, 17:01 (GMT +4)
"Çukariçki" - "Sumqayıt" matçının vaxtı dəyişdirilib

18 İyun 2021, 16:57 (GMT +4)
Azərbaycan Türkiyənin aparıcı şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

18 İyun 2021, 16:47 (GMT +4)
Əhmədinejad İran prezident seçkilərində səsverməyə qatılmayacağını bildirib

18 İyun 2021, 16:40 (GMT +4)
UEFA milli komandalara xəbərdarlıq edib

18 İyun 2021, 16:37 (GMT +4)
Azərbaycanda son sutkada 148 nəfər COVID-19-dan sağalıb, 60 nəfər yoluxub

18 İyun 2021, 16:27 (GMT +4)
Lavrov Rusiya və ABŞ səfirlərinin geri dönməsini vacib addım adlandırıb 

18 İyun 2021, 16:14 (GMT +4)
XİN başçısı: Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması vacibdir

18 İyun 2021, 16:10 (GMT +4)
Boksçumuz Avropa çempionatında erməniyə qalib gəlib 

18 İyun 2021, 16:03 (GMT +4)
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçılara müraciət edib

18 İyun 2021, 15:54 (GMT +4)
Əfqanıstanın Hərat əyalətində 150 hərbçi Talibanın mühasirəsindən çıxarılıb

18 İyun 2021, 15:49 (GMT +4)
"Qarabağ" - "Aşdod" matçının vaxtı bəlli olub

18 İyun 2021, 15:45 (GMT +4)
Türkiyədə İŞİD-ə maddi dəstək göstərməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

18 İyun 2021, 15:34 (GMT +4)
Azərbaycan “Anadolu Qartalı - 2021” təlimində 4 təyyarə ilə iştirak edəcək

18 İyun 2021, 15:24 (GMT +4)
Azərbaycan düyü idxalını 7 %-dək azaldıb

18 İyun 2021, 15:13 (GMT +4)
Sobyanin koronavirusla bağlı mövcud məhdudiyyətləri 29 iyuna qədər uzadıb

18 İyun 2021, 15:02 (GMT +4)
Prezident İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib

18 İyun 2021, 14:50 (GMT +4)
Laçın və Kəlbəcər ərazilərinə 17 yük maşını mina basdırılmasına görə erməni polkovnik beynəlxalq axtarışa verilib

18 İyun 2021, 14:48 (GMT +4)
Peskov: Rusiya Dağlıq Qarabağdakı vəziyyətlə bağlı bütün tərəflərlə təmasdadır

18 İyun 2021, 14:38 (GMT +4)
Nazirlik: Suriyadan gətirilən 6 qadın və 14 uşağın reabilitasiyası həyata keçirilir

18 İyun 2021, 14:33 (GMT +4)
İranlı namizəd seçkilərdə verilən hər səsi bir ballistik raketə bənzədib

18 İyun 2021, 14:27 (GMT +4)
Lavrov Türkiyənin Azərbaycanda hərbi baza yaradacağı barədə yayılan xəbərləri şayiə adlandırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66