Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycan QHT-ləri mina xəritələrinin Ermənistandan tələb edilməsi üçün beynəlxalq qurumlara müraciət edib

25 Mart 2021, 12:45 (GMT +4)

Bakı, 25 mart, SalamNews. Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Minadan zərərçəkənlər Assosiasiyasının sədri Rey Kərimoğlu, Minalar əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafis Səfixanov, "Dayaq" Qeyri-hökumət Humanitar təşkilatının sədri Şahin İbrahimov, Mina qurbanlarının Sosial-İqtisadi Problemlərinin həllinə Kömək İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov erməni hərbi birləşmələri tərəfindən minalanmış Azərbaycan ərazilərinin xəritələrinin tələb edilməsi ilə bağlı beynəlxalq qurumlara müraciət edib.

SalamNews-un məlumatına görə, müraciətdə BMT və beynəlxalq qurumlar işğaldan azad edilmiş Azərbaycan ərazilərinin kütləvi şəkildə minalarla və təhlükəli döyüş sursatları ilə çirkləndirən, yaşayış məskənlərini viran edərək yer üzündən silmiş erməni hərbi birləşmələrinin qanunsuz əməllərinə biganə qalmamağa çağırılıb. Müraciətdə Ermənistan hərbi birləşmələrinin Azərbaycanla dövlət sərhədləri boyunca və Qarabağda törətdiyi təxribatlara cavab olaraq başlayan müharibə nəticəsində 44 gün ərzində azad edilən Azərbaycan ərazilərinin ciddi şəkildə kına problemi ilə üz-üzə qaldığı vurğulanıb. Bildirilib ki, son 4 ay ərzində 40-a yaxın mülki şəxs işğaldan azad edilmiş ərazilərə səfər edərkən minaya düşərək həlak olub və ya ağır yaralanıblar. Bəyanatda minaların erməni hərbi birləşmələri tərəfindən əsasən hərbi təyinatı üzrə deyil, mülki infrastruktur təyinatlı ərazilərdə basdırıldığı və mülki şəxslərin həyatına ciddi şəkildə təhlükə törətdiyi qeyd edilib.

Qeyd edilib ki, bəzi beynəlxalq qurumlar Birinci Qarabağ müharibəsi zamanında Azərbaycan tərəfindən itkin düşən 3171 hərbi vəzifəlinin, 719 mülki şəxsin acı taleyinə biganə yanaşır, düşmən tərəfindən dağıdılan yaşayış məntəqələrinin , mədəni obyektlərin, sosial infrastrukturun dözülməz vəziyyətinə göz yumurlar. Son döyüş əməliyyatları zamanı Gəncə, Bərdə, Tərtər, digər şəhər və rayonlarda məskunlaşan mülki şəxslərə qarşı qadağan olunmuş kaset bombalar kimyəvi sursatlarının istifadəyə görə işğalçı tərəfə qarşı ittihamlar çıxış etmirlər. Bəyanatın sonunda beynəlxalq təşkilatlar Ermənistan tərəfinin əsassız və münaqişəni yenidən qızışdırmaq, beynəlxalq birlik arasında ədavəti alovlandırmaq kimi provaktiv tədbirlərinə deyil, regionda barışın, sülhün və dayanıqlı inkişafın dəstəklənməsinə, bu xüsusda erməni hərbi birləşmələri tərəfindən minalanmış ərazilərin , partlayış tələləri qurulmuş yerlərin xəritələrinin Azərbaycan tərəfinə verilməməsinə səssiz qalmamağa çağırılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Şəhid ailələri və müharibə əlilləri ilə bağlı QHT rəhbərləri ilə görüş keçirilib 

QHT-lərə Dövlət Dəstəyi Agentliyi şəhid jurnalistlərlə bağlı beynəlxalq qurumlara müraciət ünvanlayıb

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası yaradılıb

Azərbaycan Sığortaçılar Assosiasiyası QHT Şurası ilə əməkdaşlıq edəcək

Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

QHT-lərə Dövlət Dəstək Şurası "ASAN Xidmət"lə əməkdaşlığa başlayır

Azərbaycan QHT-ləri beynəlxalq media qurumlarına müraciət edib

QHT Şurasının dəstəyilə 20 ailəyə humanitar yardım təqdim edilib (FOTO)

Prezidentin köməkçisi QHT-lərlə görüşüb

QHT-lər həmsədrlərə və beynəlxalq təşkilatlara müraciət edib

QHT sədrləri ilə videoformatda görüş keçirilib

Prezidentin köməkçisi 41 QHT sədri ilə görüşüb

Prezident köməkçisi QHT-lərlə onlayn görüş keçirib (FOTO)

QHT yeni layihənin icrasına başlayıb

Şura və Diaspor Komitəsi rəhbərləri qalib QHT-lərlə onlayn görüş keçirib (FOTO)

QHT-lərə Dövlət Dəstəyi Şurası və KOBİA qalib QHT-lərlə onlayn görüş keçirib (FOTO)

Media və QHT təmsilçiləri Prezident İlham Əliyevə müraciət edib

Azay Quliyev QHT-lərə və tərəfdaş qurumlara müraciət edib

Maliyyə Nazirliyi QHT-lərə xəbərdarlıq edib

"Qhtxeber.az" saytının 10 illik yubileyi keçirilib

16 İyun 2021, 15:45 (GMT +4)
Prezident İlham Əliyev İƏT-in Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısında çıxış edib

16 İyun 2021, 15:37 (GMT +4)
"Neftçi" mərhələni keçsə, Yunanıstanın "Olimpiakos" klubu ilə qarşılaşacaq

16 İyun 2021, 15:35 (GMT +4)
Rusiyada son sutkada daha 13.397 nəfər koronavirusa yoluxub

16 İyun 2021, 15:25 (GMT +4)
Azərbaycan ət idxalını 35 % azaldıb

16 İyun 2021, 15:13 (GMT +4)
Azərbaycan Olimpiadaya daha bir lisenziya qazanıb

16 İyun 2021, 15:10 (GMT +4)
Beynəlxalq Atom Agentliyi nüvə sazişinin bərpasının İran seçkilərindən sonraya qalacağını bildirib

16 İyun 2021, 15:00 (GMT +4)
DİM ali məktəblərə imtahansız qəbul olunmaq hüququna malik şəxslərə müraciət edib

16 İyun 2021, 14:51 (GMT +4)
Elxan Məmmədov: Azərbaycanlı azarkeşlər Türkiyəyə böyük dəstək verəcək

16 İyun 2021, 14:46 (GMT +4)
Dövlət qurumları meşə yanğınları ilə bağlı müraciət yayıb

16 İyun 2021, 14:34 (GMT +4)
12 gün öncə komaya düşən qazimiz bu gün şəhid olub

16 İyun 2021, 14:22 (GMT +4)
Avro -2020: Türkiyə yığması Uelslə qarşılaşır 

16 İyun 2021, 14:20 (GMT +4)
I sinfə qəbulla bağlı onlayn müsahibələr başa çatıb

16 İyun 2021, 14:09 (GMT +4)
Sumqayıtda ağacların gövdəsi süni örtükdən təmizlənib

16 İyun 2021, 13:59 (GMT +4)
"Qarabağ" klubu "Arsenal"la qarşılaşacaq

16 İyun 2021, 13:56 (GMT +4)
KİV: Kim Çen In KXDR-də aclıq təhlükəsinin olduğunu açıqlayıb

16 İyun 2021, 13:45 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

16 İyun 2021, 13:34 (GMT +4)
Fransa - Almaniya oyununun ən yaxşısı seçilib

16 İyun 2021, 13:32 (GMT +4)
TSQ Şimali İraqda keçirilən əməliyyatda 5 terrorçunu zərərsizləşdirilib

16 İyun 2021, 13:28 (GMT +4)
DSX: Sərhədçilərimizə atəş açan cinayətkar zərərsizləşdirilib

16 İyun 2021, 13:18 (GMT +4)
Vüsal Qasımlı: Şuşa bəyannaməsi milli iqtisadiyyata yeni imkanlar açır

16 İyun 2021, 13:08 (GMT +4)
Bu il Azərbaycan neft ixracını 13 %-dən çox azaldıb

16 İyun 2021, 13:00 (GMT +4)
"Rəqibin bizi 1-2 məqamda üstələdiyini demək olar" - Samir Abasov

16 İyun 2021, 12:55 (GMT +4)
Xaçmazda 15 qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlanıb

16 İyun 2021, 12:46 (GMT +4)
Çavuşoğlu: Dünya birliyi Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir

16 İyun 2021, 12:38 (GMT +4)
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

16 İyun 2021, 12:27 (GMT +4)
KİV: Kolumbiyada hərbi hissədə törədilən terror hücumu nəticəsində 30-dan çox əsgər yaralanıb

16 İyun 2021, 12:21 (GMT +4)
Türkiyə-Uels matçı ilə bağlı bəzi küçələrdə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulur

16 İyun 2021, 12:12 (GMT +4)
Əfqanıstan Ordusu bir rayon mərkəzini Talibandan geri alıb

16 İyun 2021, 12:01 (GMT +4)
Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi - TAM MƏTN

16 İyun 2021, 11:54 (GMT +4)
İran Mədəniyyət Mərkəzinin sədri: İranda prezident seçkiləri dünyada dini-demokratik seçki nümunəsidir 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66