Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

31 Mart soyqırımı Peru mətbuatında dərc olunub

05 Aprel 2021, 09:45 (GMT +4)

Bakı, 5 aprel, SalamNews. Perunun nüfuzlu KİV-lərindən olan “La Razon” və “Prensa 21” qəzetlərində 31 Mart Azərbaycanlıların Soyqırımı və ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş insanlıq əleyhinə cinayətlər haqqında yazı dərc olunub.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən SalamNews-a verilən məlumata görə, yazıda 1918-ci ilin mart-aprel aylarında erməni daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, eləcə də Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrində xüsusi qəddarlıqla kütləvi qırğınlar törədildiyi, on minlərlə dinc azərbaycanlının etnik və dini mənsubiyyətinə görə qətlə yetirildiyi bildirilir.

1918-ci ilin ilk beş ayı ərzində təkcə Qubada 16 mindən artıq insanın xüsusi amansızlıqla öldürüldüyü məlumat verilir, Quba ərazisində aşkar olunmuş kütləvi məzarlığın ermənilərin törətdiyi qeyri-insani əməllərin əyani sübutu olduğu deyilir və Qafqazın o vaxtkı fövqəladə komissarı, erməni əsilli Stepan Şaumyanın qırğınlarda Bakı Sovetinin 6 min nəfər, Daşnaksütyunun 4 min silahlı əsgərinin iştirakına dair etirafları xatırladılır.

Ümumilikdə 1918-ci il mart qırğınlarının radikal millətçi ermənilərin xalqımıza qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə motivləri əsasında, öncədən planlaşdırılmış və qəddarcasına həyata keçirilmiş siyasət olduğu, həmin hadisələrdən bir əsrdən çox vaxt keçməsinə rəğmən, bu siyasətin müasir dövrdə də davam etdirildiyi, xüsusən Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonunun 30 ilə yaxın müddətdə Ermənistanın tərəfindən hərbi işğalda saxlandığı, bu ərazilərdə, eləcə də Ermənistan ərazisində yüz minlərlə soydaşımızın etnik təmizlənməyə məruz qoyulduğu bildirilir.

Ermənistanın Xocalı soyqırımı da daxil olmaqla, çoxsaylı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətdiyi, ötən ilin 27 sentyabr tarixindən başlanılan hərbi əməliyyatlar zamanı Gəncə, Bərdə, Tərtər və digər Azərbaycan şəhərlərinin dinc sakinlərinə qarşı raket hücumlarına əl atdığı, bu yolla da bir əsr öncəki mart qırğınının xatirələrini geri qaytardığı söylənliir.

Ermənistanın xalqımıza qarşı tarix boyu törətdiyi soyqırımları və insanlıq əleyhinə cinayətlər, habelə irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti qınanır və bənzər cinayətlərin qarşısının alınması və təkrarlanmaması üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyi vurğulanır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

16 May 2021, 12:20 (GMT +4)
İsrailin Qəzzaya hücumunda ölənlərin sayı 174-ə çatıb, onların 47-i uşaqdır

15 May 2021, 21:56 (GMT +4)
İsrail Qəzzada Əlcəzirə və Associated Press -in ofisinin olduğu binanı yerlə yeksan edib (VİDEO)

15 May 2021, 17:02 (GMT +4)
Piyada əleyhinə mina risklərinə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib

15 May 2021, 16:55 (GMT +4)
Gürcüstanda son sutkada daha 1576 nəfərdə koronavirusa yoluxma qeydə alınıb

15 May 2021, 16:47 (GMT +4)
Ukraynada yeni qoşun növü yaradılacaq

15 May 2021, 16:38 (GMT +4)
Azərbaycanda son sutkada 377 nəfər koronavirusa yoluxub, 14 nəfər vəfat edib

15 May 2021, 16:30 (GMT +4)
Almaniyada son sutkada 7 mindən çox koronavirusa yoluxma aşkar edilib

15 May 2021, 16:23 (GMT +4)
“Nizami Gəncəvi yaradıcılığı uşaqların gözü ilə” adlı intellektual proqram təşkil olunacaq

15 May 2021, 16:12 (GMT +4)
ABŞ ilk dəfə Yaponiyada PUA-lar yerləşdirəcək

15 May 2021, 16:05 (GMT +4)
ETSN: Gələcəkdə su çatışmazlığının qarşısını almaq üçün tədbirlər planlaşdırılır

15 May 2021, 16:04 (GMT +4)
"WhatsApp" istifadəçilər üçün bəzi funksiyaları məhdudlaşdırmağa başlayır

15 May 2021, 15:53 (GMT +4)
Fələstin hərəkatları Təl-Əvivi altı ay intensiv hədəfə almaq iqtidarında olduqlarını bildiriblər

15 May 2021, 15:44 (GMT +4)
Çex Respublikasının Baş Prokuroru istefasına səbəb olaraq Ədliyyə naziri ilə fikir ayrılıqlarını göstərib

15 May 2021, 15:40 (GMT +4)
“Türk Hava Yolları” Gəncəyə uçuşları bərpa edib

15 May 2021, 15:28 (GMT +4)
Qəbələdə Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən avtomobil yolu bərpadan sonra istifadəyə verilib

15 May 2021, 15:14 (GMT +4)
Uxanda tornado nəticəsində 6 nəfər ölüb

15 May 2021, 15:10 (GMT +4)
Qazax sakinində narkotik aşkarlanıb

15 May 2021, 14:56 (GMT +4)
Prezident İlham Əliyev Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində olub

15 May 2021, 14:47 (GMT +4)
Göygöldə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər məsuliyyətə cəlb edilib 

15 May 2021, 14:37 (GMT +4)
Rusiyada son sutkada 8.790 yeni koronavirusa yoluxma aşkar edilib

15 May 2021, 14:29 (GMT +4)
"THY" Tel Əviv uçuşlarını ləğv edib

15 May 2021, 14:24 (GMT +4)
İsrailin Qəzzaya hücumunda ölənlərin sayı 140-a çatıb, onların 39-u uşaqdır (VİDEO)

15 May 2021, 14:13 (GMT +4)
Pakistanda yol qəzasında 11 nəfər ölüb

15 May 2021, 14:08 (GMT +4)
İlham Əliyev Qəbələnin Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olub

15 May 2021, 13:56 (GMT +4)
Abşeronda restoranda yanğın baş verib

15 May 2021, 13:44 (GMT +4)
MN: HHQ aviasiya vasitələri plana uyğun təlim-məşq uçuşları keçirir

15 May 2021, 13:40 (GMT +4)
KİV: Lukaşenko bir il ərzində üçüncü dəfə Rusiyaya səfər edəcək

15 May 2021, 13:34 (GMT +4)
İranın Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Rəisi də prezidentliyə namizəd olub

15 May 2021, 13:23 (GMT +4)
Dövlət Sərhəd Xidmətində gənc əsgərlərin andiçmə mərasimi keçirilib (FOTO)

15 May 2021, 13:12 (GMT +4)
Caspian Energy Club “Caspian Energy Poland”-da pay iştirakını satışa çıxarıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66