Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

MTN generallarının həbs edilməsinin səbəbləri açıqlanıb

06 Aprel 2021, 11:10 (GMT +4)

Bakı, 6 aprel, SalamNews. Azərbaycan Respublikasının ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə məruz qalmalarına dair ayrı-ayrı şəxslərin müraciətləri ilə əlaqədar əvvəllər başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən SalamNews -a bildirilib ki, istintaqla Şixəliyev Mövlan Məmmədismayıl oğlunun MTN-in İstintaq Baş İdarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə tabeliyində olan şəxslərlə birlikdə 9 halda cinayət işləri üzrə sübutları saxtalaşdırmasına, vəzifə səlahiyyətlərindən sui istifadə edərək müxtəlif korrupsiya cinayətləri törədərək külli miqdarda rüşvət tələb etməsinə və almasına, 4 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə-qorxu ilə tələb edərək ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib:

"Həmçinin, istintaqla həmin Nazirliyin Hərbi Əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi Şirinov Nizami Talış oğlunun qeyd olunan vəzifədə işlədiyi müddətdə müxtəlif şəxslərdən MTN-nin Akademiyasına qəbul etdirmək, xidmət yerini dəyişdirmək, habelə tabeliyində olan əməkdaşın işdən çıxarılması üçün müvafiq tədbirlərin görülməməsi, xidmət üzrə ümumi himayədarlıq edilməsi müqabilində 3 halda külli miqdarda rüşvət tələb edərək almasına, 3 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə-qorxu ilə tələb edərək ələ keçirməsinə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.

Mövlan Şıxəlıyev və Nizami Şirinov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onlara Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), 341.2.1, 341.2.3 (ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui istifadə etmə və vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilmiş və barələrində Bakı hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Baş Prokurorluq jurnalistlərin şəhid olduğu mina partlayışının detallarını açıqlayıb

Baş Prokurorluq sabiq deputatın cinayət işinin məhkəməyə göndərilməsi ilə bağlı məlumat yayıb

Baş Prokurorluq işə qəbulla bağlı müsabiqə elan edir

Baş Prokurorluq keçmiş bələdiyyə sədri ilə bağlı məlumat yayıb

Baş Prokurorluq: Qarabağda həbs edilən erməni cinayətkarlarının cinayət işi məhkəməyə göndərilib

Baş Prokurorluq: 96 koronavirus testinin saxta olması faktı araşdırılır

Baş Prokurorluq, DİN və DSX 2 sərhədçinin öldürülməsi ilə bağlı birgə məlumat yayıb

Baş Prokurorluqda Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib (FOTO)

Baş Prokurorluq Başlıbel faciəsi ilə bağlı BQXK-yə məlumat verib

Baş Prokurorluq Bərdədə həkim səhlənkarlığı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

Baş Prokurorluq Rasim Quliyevin həbsi ilə bağlı məlumat yayıb

Gəncədə itkin düşən qızın öldürülməsilə bağlı Baş Prokurorluq və DİN birgə məlumat yayıb

Baş Prokurorluq Ata Abdullayevin həbsini təsdiqləyib

Baş Prokurorluq: Naxçıvanın sabiq daxili işlər naziri həbs edilib

Baş Prokurorluq Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı videoçarx hazırlayıb (VİDEO)

Baş Prokurorluq: Atəşkəsdən sonra 5 hərbi qulluqçu minaya düşərək şəhid olub (VİDEO)

Baş Prokurorluq vətəndaşların suallarını cavablandıracaq

Baş Prokurorluq sosial şəbəkədə yalan məlumat yayan qadına xəbərdarlıq edib

Baş Prokurorluq mülki vətəndaşları işğaldan azad edilən ərazilərə getməməyə çağırıb (VİDEO)

DİM Baş Prokurorluq ilə birgə prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçirəcək

19 İyun 2021, 13:53 (GMT +4)
“Anadolu Qartalı - 2021” təliminə hazırlıq məşqləri keçirilib (FOTO)

19 İyun 2021, 13:42 (GMT +4)
Pakistanla Qarabağda yenidənqurma layihələri üzrə əməkdaşlıq müzakirə edilib

19 İyun 2021, 13:30 (GMT +4)
Yaltada daşqınlar nəticəsində xəsarət alanların sayı 18 nəfərə yüksəlib

19 İyun 2021, 13:25 (GMT +4)
7 tondan artıq yabanı halda bitən narkotik bitkisi məhv edilib

19 İyun 2021, 13:14 (GMT +4)
Vilayət Eyvazov Qulam İsakzaini qəbul edib

19 İyun 2021, 13:12 (GMT +4)
Həsən Ruhani prezident seçkilərində qalib gələn İbrahim Rəisiyə baş çəkib

19 İyun 2021, 13:08 (GMT +4)
Şuşada silah-sursat aşkar edilib

19 İyun 2021, 12:58 (GMT +4)
Ceyhun Bayramov: Mehriban qonşuluq münasibətlərinə alternativ yoxdur

19 İyun 2021, 12:48 (GMT +4)
Gürcüstanda 769 nəfər koronavirusa yoluxub

19 İyun 2021, 12:32 (GMT +4)
66 qazimiz yüksək texnologiyalı protezlərlə təmin edilib

19 İyun 2021, 12:20 (GMT +4)
BMT-nin xüsusi elçisi Myanmada vətəndaş müharibəsinin ola biləcəyini bəyan edib

19 İyun 2021, 12:15 (GMT +4)
Azərbaycanın xarici ticarət dövriyyəsi 9,5 milyard dollar olub

19 İyun 2021, 12:05 (GMT +4)
Azərbaycana satış üçün gətirilən 1 tondan artıq hind quşu dərisi yararsız çıxıb

19 İyun 2021, 11:54 (GMT +4)
Nüvə sazişinin bərpası ilə bağlı danışıqlarin növbəti turu iyulda keçiriləcək

19 İyun 2021, 11:47 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

19 İyun 2021, 11:35 (GMT +4)
AMEA-nın 5 institutunun direktoru vəzifələrinə təsdiqlənib

19 İyun 2021, 11:25 (GMT +4)
Ermənistanda Parlament Seçkilərindən əvvəl "Sükut Günü" elan edilib

19 İyun 2021, 11:19 (GMT +4)
Türk Şurasının Baş katibi: Şuşa Bəyannaməsi bölgədə sülhə xidmət edəcək

19 İyun 2021, 11:10 (GMT +4)
İranda seçkilərin nəticələri rəsmən açıqlanıb: Rəisi ölkənin növbəti prezidentidir

19 İyun 2021, 10:59 (GMT +4)
Vüsal Qasımlı: Azərbaycan iqtisadiyyatının restrukturizasiyası zəruridir

19 İyun 2021, 10:46 (GMT +4)
Rusiyada təyyarə qəzaya uğrayıb, ölən və yaralananlar var

19 İyun 2021, 10:44 (GMT +4)
Həsən Ruhani İran prezident seçkilərində qalib gəlmiş İbrahim Rəisini təbrik edib (VİDEO)

19 İyun 2021, 10:34 (GMT +4)
Azərbaycan nefti cüzi bahalaşıb

19 İyun 2021, 10:22 (GMT +4)
Azərbaycanda ilk jest dili lüğətinin veb-səhifəsinın hazırlanması işləri davam edir

19 İyun 2021, 10:11 (GMT +4)
Türkiyədə zəlzələ baş verib

19 İyun 2021, 10:02 (GMT +4)
İran seçkiləri: İbrahim Rəisinin bütün rəqibləri onu təbrik ediblər

19 İyun 2021, 10:00 (GMT +4)
Ceyhun Bayramov Qaqauz rəhbərinə azad edilmiş ərazilər barədə məlumat verib

19 İyun 2021, 09:49 (GMT +4)
ABŞ Səudiyyə Ərəbistanındakı qüvvələri və silahlarının çoxunu buradan çıxarır

19 İyun 2021, 07:31 (GMT +4)
İran prezident seçkilərində səslərin hesablanmasına başlanılıb

18 İyun 2021, 21:10 (GMT +4)
İranda prezident seçkilərinin vaxtı saat 22.00-a qədər uzadılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66