Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Yaponiyanın ölkəmizdəki səfiri “AzerGold”un Daşkəsən rayonundakı fəaliyyəti ilə tanış olub

06 Aprel 2021, 16:03 (GMT +4)

Bakı, 6 aprel, SalamNews. Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) fəaliyyəti ilə daha yaxından tanış olmaq məqsədilə Daşkəsən rayonuna səfər edib.

QSC-dən SalamNews-a bildirilib ki, səfər çərçivəsində əvvəlcə “Daşkəsən” Dəmir Filizi Sahəsinin ərazisinə ümumi baxış keçirilib. Yaponiyalı diplomata regionun ən nəhəng dəmir filizi yataqları kompleksində aparılan geoloji kəşfiyyat işləri barədə məlumat verilib.

“AzerGold”un İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev yatağın istismara verilməsi ilə əlaqədar ilkin qiymətləndirmə sənədinin hazırlanması məqsədi ilə yataqların mövcud resurs və ehtiyatlarının beynəlxalq standartlara uyğun yenidən qiymətləndirildiyini, işlərin cari ilin sentyabr ayınadək yekunlaşdırılacağını yaponiyalı qonağın diqqətinə çatdırıb. Qeyd edilib ki, yatağın yenidən istismarı və istehsal prosesinin dünya standartlarına uyğun təşkili ilə bölgənin dayanıqlı sosial inkişafına, eləcə də ölkə iqtisadiyyatına mühüm töhfələr verilə bilər.

Daha sonra səfir C.Vada “Çovdar” Filiz Emalı Sahəsində olub. Mədəndə istehsalat prosesi və yaradılan iş şəraiti ilə tanış olan diplomat istehsalatın bütün mərhələlərini virtual qaydada izləyib. Bunun ardınca səfir mədən ərazisində süxurların partladılması, metal tökümü və xəlitələrin hazırlanması prosesi ilə əyani şəkildə tanış olub. Səfirə qiymətli metalların ixracatı və şirkətin ölkə iqtisadiyyatına verdiyi töhfələr barədə ətraflı məlumat verilib.

Daşkəsən səfərindən məmnun qaldığını, rayondan zəngin təəssüratlarla ayrıldığını bildirən C.Vada “AzerGold” QSC-nin fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib. Səfir iki ölkə arasında iqtisadi əməkdaşlığın qiymətləndirilməsi baxımdan səfərin olduqca faydalı olduğunu diqqətə çatdırıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

21 İyun 2021, 16:41 (GMT +4)
Braziliyada son sutkada 44 mindən çox koronavirusa yoluxma qeydə alınıb

21 İyun 2021, 16:35 (GMT +4)
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

21 İyun 2021, 16:25 (GMT +4)
Əfqanıstan Ordusu Talibanın zəbt etdiyi rayon mərkəzlərindən ikisini geri alıb

21 İyun 2021, 16:19 (GMT +4)
Putin koronavirus təhlükəsinin hələ də aradan qaldırılmadığını açıqlayıb

21 İyun 2021, 16:10 (GMT +4)
Yevlax sakinindən 155 kq-dan çox narkotik aşkarlanıb

21 İyun 2021, 16:00 (GMT +4)
“Grand Chess Tour”: Teymur Rəcəbov rapid turnirində 8-ci olub

21 İyun 2021, 15:56 (GMT +4)
Şirkət rəhbəri saxta əmək müqavilələri bağladığına görə həbs edilib

21 İyun 2021, 15:44 (GMT +4)
Kreml: Paşinyanın partiyasının inamlı qələbə qazandığını görürük

21 İyun 2021, 15:32 (GMT +4)
Türkiyə Futbol Federasiyası Azərbaycana təşəkkür edib

21 İyun 2021, 15:30 (GMT +4)
Bakıda gözəllik salonundan oğurluq edən şəxs tutulub

21 İyun 2021, 15:22 (GMT +4)
Araz Abdullayev Kipr klubu ilə müqavilə bağlayıb

21 İyun 2021, 15:20 (GMT +4)
İlham Əliyev: Azərbaycan Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyir

21 İyun 2021, 15:19 (GMT +4)
İran prezident seçkilərinin qalibi İbrahim Rəisi Co Baydenlə görüşməyəcəyini bildirib

21 İyun 2021, 15:14 (GMT +4)
AB Rusiyaya qarşı sanksiyaların müddətini yenidən uzadıb

21 İyun 2021, 15:08 (GMT +4)
Canni De Byazi “Neftçi”nin yoxlama matçını izləyəcək

21 İyun 2021, 15:06 (GMT +4)
Lənkəranda rabitə xətlərini oğurlayan keçmiş məhkum saxlanılıb

21 İyun 2021, 14:50 (GMT +4)
Qətər şirkətləri Azərbaycanda bərpa olunan enerji hərraclarına qatıla bilər

21 İyun 2021, 14:43 (GMT +4)
Başımızı uca tutmalıyıq - Türkiyə millisinin futbolçusu

21 İyun 2021, 14:40 (GMT +4)
Rusiya XİN rəhbəri və ATƏT Baş katibi Qarabağı müzakirə edəcək

21 İyun 2021, 14:30 (GMT +4)
İlham Əliyev Azərbaycanla Türkiyə arasında imzalanan sənədi təsdiqləyib

21 İyun 2021, 14:16 (GMT +4)
Rusiyada son sutkada 17.378 koronavirusa yoluxma qeydə alınıb

21 İyun 2021, 14:10 (GMT +4)
Burak Yılmaz: Ölkəmizi layiqincə təmsil etmədik

21 İyun 2021, 14:06 (GMT +4)
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskva şəhərinə yola düşüb

21 İyun 2021, 13:54 (GMT +4)
Prezident Goranboyda yol tikintisinə 13,5 milyon manat ayırıb

21 İyun 2021, 13:44 (GMT +4)
Azərbaycanın XİN başçısı Ermənistandakı seçkilərə münasibət bildirib

21 İyun 2021, 13:38 (GMT +4)
Daha yaxşı milli komandamız olacaq - Şenol Günəş

21 İyun 2021, 13:34 (GMT +4)
Sabah Azərbaycanda 41 dərəcəyədək isti olacaq

21 İyun 2021, 13:21 (GMT +4)
Moskvada yeniyetmələr üçün "Sputnik V" peyvəndinin sınaqları başlayacaq 

21 İyun 2021, 13:14 (GMT +4)
Həsən Ruhani: Sanksiyaların ləğvindən sonra Azərbaycanla əlaqələrimiz daha da genişlənəcək

21 İyun 2021, 13:10 (GMT +4)
MN Laçın rayonunun Qalaça kəndindən görüntülər yayıb (VİDEO)  

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66