Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

İrandan Azərbaycana 55 kq narkotik gətirilməsinin qarşısı alınıb

08 Aprel 2021, 14:10 (GMT +4)

Bakı, 8 aprel, SalamNews. Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən SalamNews-a bildirilib ki, DSX əməkdaşlarının sayıqlığı nəticəsində ümumi çəkisi təxminən 54 kiloqram 662 qram narkotik vasitələrə bənzər maddələrin və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatlarının dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Məlumata görə, aprel ayının 7-də DSX-in Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Arayatlı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində içərisində 3 nəfərin olduğu qara rəngli "Hyundai İX-35" markalı 10-VS-789 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması sərhəd naryadının diqqətini cəlb edib.

Əkin sahəsinə yaxınlaşaraq oradan bağlama götürüb uzaqlaşmağa cəhd edən şübhəli şəxs sərhəd naryadının “dayan” əmrinə tabe olmayaraq qaçmağa çalışarkən saxlanılıb. Neftçala rayon sakini, 1989-cu il təvəllüdlü Dadaşov İxtiyar Loğman oğlu olması müəyyənləşdirilmiş şəxsin əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 6 kiloqram 812 qram narkotik vasitəyə (4 774 qram tiryək, 1 018 qram heroin və 1 020 qram marixuana) bənzər maddələr aşkar olunaraq götürülüb.

Hadisə yerində olan avtomobildəki digər şəxslərin Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Mahmudov Həsən Fərasət oğlu və Sabirabad rayon sakini, 1982-ci il təvəllüdlü Abbasova Sevda Eyvaz qızı olmaları müəyyən edilib, araşdırma zamanı onlar törətdikləri cinayət əməllərini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiklərini bildiriblər.

Həmin gün DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilib, baxış zamanı təxmini çəkisi 47 kiloqram 850 qram narkotik vasitəyə (37 600 qram heroin, 5 000 qram metamfetamin, 4 500 qram marixuana, 750 qram tiryək) bənzər maddələr və 2 726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatları aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“YAŞAT” Fondu daha iki şəhid övladının zəruri xərclərini qarşılayıb

NATO baş katibi Rusiyadan qoşunlarını Ukrayna sərhədindən geri çəkməsini tələb edib

MN Zəngilan rayonunun Sarıqışlaq kəndindən videogörüntülər yayıb (VİDEO)

Sumqayıtda Vətən müharibəsi şəhidinin adına bulaq tikilib

Avropada qadın dərnəkləri Şarl Mişelin istefasını tələb edir

Xalq artisti Niyaməddin Musayev koronavirusa yoluxub

Euronews: Çin peyvəndinin effektivliyinin aşağı olduğunu etiraf edib

Myanma ordusu dinc nümayişçilərə atəş açıb: 20 nəfər ölüb

DİN: Ötən gün ictimai yerlərdə 18 nəfər aktiv koronavirus xəstəsi saxlanılıb

"Azercell" İKT sahəsində çalışan qadınları bir araya gətirib

Taliban Əfqanıstan-İran sərhədində postlara hücum edib, azı 9 ölü var

DİN: Daha 15 koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb

Ağdam Cümə məscidində Allahşükür Paşazadənin imamətliyi ilə namaz qılınıb

Dini icma rəhbərləri Ağdamda birinci Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər

QMİ sədri Allahşükür Paşazadə və dini konfessiya rəhbərlərinin Bərdə və Ağdama səfəri başlayıb

KİV: Moskva görüşündə Paşinyan Rusiyanın etimadını qazanmağa çalışacaq

Şəmkirdə qadın qohumu tərəfindən qətlə yetirilib

DİN: Narkotik vasitələrə qarşı mübarizə diqqətdə saxlanılır

Rusiyadan Ermənistana qanunsuz şəkildə hərbi texnika tədarükü cəhdinin qarşısı alınıb

İƏT Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri Ağdam Cümə məscidində namaz qılıb

13 Aprel 2021, 18:02 (GMT +4)
“YAŞAT” Fondu daha iki şəhid övladının zəruri xərclərini qarşılayıb

13 Aprel 2021, 17:52 (GMT +4)
FHN-nin əməkdaşı koronavirusdan vəfat edib

13 Aprel 2021, 17:42 (GMT +4)
Bakıda aptekdə quldurluq və evlərdən oğurluq edən şəxslər saxlanılıblar

13 Aprel 2021, 17:41 (GMT +4)
İran uranı 60 faizədək zənginləşdirmə işinə başladığını bildirib

13 Aprel 2021, 17:40 (GMT +4)
Kreml Türkiyədə koronavirusla bağlı vəziyyətin “təhlükəli şəkildə gərginləşdiyini” açıqlayıb 

13 Aprel 2021, 17:32 (GMT +4)
İmişlidə toy məclisi aşkar edilib

13 Aprel 2021, 17:22 (GMT +4)
Bərdədə ad günü məclisi keçirən şəxslər müəyyən edilib

13 Aprel 2021, 17:11 (GMT +4)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cəzalandırılan əməkdaşlarının sayı açıqlanıb

13 Aprel 2021, 17:10 (GMT +4)
Çində mədəndə baş verən uçqunda ölənlərin sayı 8 nəfərə yüksəlib

13 Aprel 2021, 17:00 (GMT +4)
“Nar” “Yeniliklər Dalğası” kampaniyasına start verir

13 Aprel 2021, 16:51 (GMT +4)
Energetika Nazirliyinin Çağrı Mərkəzinə bu il 1192 müraciət daxil olub

13 Aprel 2021, 16:47 (GMT +4)
İran nümayəndə heyəti nüvə danışıqları üçün Vyanaya yola düşüb

13 Aprel 2021, 16:37 (GMT +4)
Azərbaycanda son sutkada 2 002 nəfər COVID-19-dan sağalıb, 34 nəfər vəfat edib

13 Aprel 2021, 16:26 (GMT +4)
Azərbaycan gömrükçüləri 213 kiloqramdan artıq heroin aşkar edib

13 Aprel 2021, 16:25 (GMT +4)
Yaponiya baş naziri ABŞ-a səfər edəcək

13 Aprel 2021, 16:14 (GMT +4)
Daha 3 koronavirus xəstəsi barədə cinayət işi başlanılıb

13 Aprel 2021, 16:02 (GMT +4)
DYP Astarada tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirib

13 Aprel 2021, 15:53 (GMT +4)
Gürcüstan NATO-ya üzvlük prosesini sürətləndirməyə çağırır

13 Aprel 2021, 15:48 (GMT +4)
Suveyş kanalını bloklayan gəminin sahibinin ödəməli olacağı cərimə məbləği açıqlanıb

13 Aprel 2021, 15:39 (GMT +4)
Prezident: “Ermənistan Birinci Qarabağ müharibəsində törətdiyi bir çox müharibə cinayətlərini gizlədə bilmişdi”

13 Aprel 2021, 15:27 (GMT +4)
Peskov: Rusiya və Azərbaycan hərbçiləri "İskəndər" mövzusunda dialoq aparır

13 Aprel 2021, 15:23 (GMT +4)
Son 3 ildə Azərbaycanda əməkhaqqı fondu 81% artıb

13 Aprel 2021, 15:10 (GMT +4)
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

13 Aprel 2021, 14:58 (GMT +4)
NATO baş katibi Rusiyadan qoşunlarını Ukrayna sərhədindən geri çəkməsini tələb edib

13 Aprel 2021, 14:56 (GMT +4)
Qubadlıda çaylara farel balıqları buraxılıb

13 Aprel 2021, 14:44 (GMT +4)
Prezident Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə bağlı sərəncam imzalayıb

13 Aprel 2021, 14:34 (GMT +4)
Prokurorluq işçilərinin maaşının artırılması ilə bağlı layihə ilk oxunuşda təsdiqlənib

13 Aprel 2021, 14:28 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxmada artım qeydə alınıb

13 Aprel 2021, 14:24 (GMT +4)
Hacıqabulda toy məclisi aşkar edilib

13 Aprel 2021, 14:12 (GMT +4)
Bu il Azərbaycanda diplomları tanınmayan xarici universitetlərin adları açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66