İmişlidə nişan məclisi təşkil edən şəxs cərimələnib08 Aprel 2021, 16:34 (GMT +4) Bakı, 8 aprel, SalamNews. İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan SalamNews-a verilən məlumata görə, İmişli RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayon sakini Elsevər Murtuzzadənin kafelərin birində qonaqların iştirakı ilə qardaşına nişan məclisi təşkil etdiyi müəyyən edilib.
Qayda pozuntusuna yol verən 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.
|