Azərbaycan və Türkiyə ordularının birgə təlimləri başlayıb (VİDEO)
08 Aprel 2021, 13:58 (GMT +4)
Bakı, 8 aprel, SalamNews. Aprelin 8-də ölkəmizdə Azərbaycan və Türkiyə ordularının əməliyyat-taktiki təlimləri başlayıb.
Müdafiə Nazirliyindən SalamNews-a verilən məlumata görə, təlimlər Azərbaycan Ordusunun hərbi birliklərinin cavabdehlik zonalarının müxtəlif istiqamətlərində yerləşən ümumqoşun poliqonlarında keçirilir.
Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.