Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Quru yük terminalında aşırılan yüklərin həcmi 2.8 dəfə artıb

08 Aprel 2021, 15:15 (GMT +4)

Bakı, 8 aprel, SalamNews. Bakı Limanının Baş direktoru Taleh Ziyadov Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə onlayn görüş keçirib.

Limandan SalamNews-a verilən məlumata görə, ətrafında 140-dan çox Alman şirkətini birləşdirən Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) üzvlərinin diqqətinə çatdırılıb ki, 2020-ci il Azərbaycanın müstəqillik tarixində ən yadda qalan il oldu və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz düşmənə dağıdıcı zərbə endirdi və işğala son qoydu. Baş direktor Taleh Ziyadov bildirdi ki, Azərbaycanın qələbəsini təsdiq edən 11 noyabr razılaşması regionda kommunikasiya xətlərinin açılışını da ehtiva edir. Bu isə həmçinin Azərbaycanın Avropa ilə Asiya arasında vacib nəqliyyat və logistika mərkəzinə çevrilməsini labüd edir.

Baş direktor 2020-ci ilin yekunlarına toxunaraq bildirdi ki, COVİD-19 pandemiyasına baxmayaraq, Bakı Limanının ticarət dövriyyəsi 20% artmışdır. Həmin ildə aşırılan iri həcmli nəqliyyat vasitələrinin (TIR) və konteynerlərin sayı isə son 30 ilin rekord səviyyəsində olmuşdur. Hesabat dövründə TIR-ın sayı keçən ilin müvafiq dövrünə nisbətən 28% artaraq 43 218 ədəd olub. Aşırılan konteynerlərin sayında isə 15% artım qeydə alınmış və TEU ekvivalentində 40 345 konteynerə çatmışdır. Quru yük terminalında aşırılan yüklərin həcmi isə 2.8 dəfə artaraq 711.7 min ton təşkil edib. Beləliklə, son 5 ilin göstəriciləri ilə müqayisədə TIR-ın aşırılmasında 5 dəfə, konteynerlərdə 3 dəfə, quru yük terminalında aşırılan yüklərin həcmində isə 3,5 dəfə artım qeydə alınıb.

Qeyd olundu ki, Türkmənistandan mineral tərkibli məhsulların (karbamid və gübrə) ixracatının artması, Qazaxıstanın isə böyük taxıl ixracının olmasını nəzərə alaraq mineral məhsullar və taxıl terminallarının inşası planlaşdırılır. Bildirildi ki, Bakı Limanı Avropalı tərəfdaşları ilə əməkdaşlığı dərinləşdirir, Avropa İttifaqı ilə insan kapitalının gücləndirilməsi, ATƏT ilə isə rəqəmsallaşma və yaşıl liman mövzusunda layihələr icra olunur. 2019-cu ildə Bakı Limanı Xəzərin ilk “Yaşıl Liman” statusu qazanıb və Avropada belə status almış 26 limandan biri olub.

Görüş iştirakçılarının diqqətinə çatdırıldı ki, 15 yanvar 2021-ci ildə Bakı Limanı Avropanın ikinci ən böyük limanı olan Antverp Limanının “APEC Liman Təlim Mərkəzi” ilə Anlaşma Memorandumu imzalayıb. Memoranduma əsasən Bakı Limanının əməkdaşları, Azərbaycanın logistika sahəsində fəaliyyət göstərən şirkət nümayəndələri və ya ümumiyyətlə nəqliyyat, ticarət və logistika sahəsində çalışmaq istəyən şəxslər, 5 gün ərzində Antverp və Şimal Dəniz Limanı, ərazinin beynəlxalq logistika mərkəzi və gömrük xidmətinin fəaliyyəti ilə tanış ola biləcəklər. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən Alman şirkətləri, Bakı Limanının reallaşdırdığı ikinci təlim proqramından da faydalana biləcəklər. Almaniya ilə sərhəddə, Niderlandın ən vacib logistika mərkəzlərindən sayılan Venlo şəhəri ətrafında baş tutacaq 4 aylıq təlim Fontis Tətbiqi Elmlər Universitetində və Qilde İnstitutunun peşə təhsili mərkəzi ilə birgə təşkil olunacaq və beynəlxalq logistika, dünya liman sənayesi, anbarların idarə edilməsi, liman əməliyyatları və gömrük prosedurları kimi sahələri əhatə edəcəkdir.

Görüşün sonunda Baş direktor Taleh Ziyadov, həmçinin Bakı Limanının yaxın 2 illik inkişaf strategiyası, Asiya və Avropanın aparıcı logistika qovşaqları və daşınma şirkətləri ilə əldə olunan razılaşmalar, regionun nəqliyyat sahəsindəki yeniliklər barədə də auditoriyaya məlumat verdi.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

13 Aprel 2021, 19:46 (GMT +4)
KİV: Füceyrə limanı yaxınlığında İsrailə məxsus gəmi vurulub

13 Aprel 2021, 18:02 (GMT +4)
“YAŞAT” Fondu daha iki şəhid övladının zəruri xərclərini qarşılayıb

13 Aprel 2021, 17:52 (GMT +4)
FHN-nin əməkdaşı koronavirusdan vəfat edib

13 Aprel 2021, 17:42 (GMT +4)
Bakıda aptekdə quldurluq və evlərdən oğurluq edən şəxslər saxlanılıblar

13 Aprel 2021, 17:41 (GMT +4)
İran uranı 60 faizədək zənginləşdirmə işinə başladığını bildirib

13 Aprel 2021, 17:40 (GMT +4)
Kreml Türkiyədə koronavirusla bağlı vəziyyətin “təhlükəli şəkildə gərginləşdiyini” açıqlayıb 

13 Aprel 2021, 17:32 (GMT +4)
İmişlidə toy məclisi aşkar edilib

13 Aprel 2021, 17:22 (GMT +4)
Bərdədə ad günü məclisi keçirən şəxslər müəyyən edilib

13 Aprel 2021, 17:11 (GMT +4)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cəzalandırılan əməkdaşlarının sayı açıqlanıb

13 Aprel 2021, 17:10 (GMT +4)
Çində mədəndə baş verən uçqunda ölənlərin sayı 8 nəfərə yüksəlib

13 Aprel 2021, 17:00 (GMT +4)
“Nar” “Yeniliklər Dalğası” kampaniyasına start verir

13 Aprel 2021, 16:51 (GMT +4)
Energetika Nazirliyinin Çağrı Mərkəzinə bu il 1192 müraciət daxil olub

13 Aprel 2021, 16:47 (GMT +4)
İran nümayəndə heyəti nüvə danışıqları üçün Vyanaya yola düşüb

13 Aprel 2021, 16:37 (GMT +4)
Azərbaycanda son sutkada 2 002 nəfər COVID-19-dan sağalıb, 34 nəfər vəfat edib

13 Aprel 2021, 16:26 (GMT +4)
Azərbaycan gömrükçüləri 213 kiloqramdan artıq heroin aşkar edib

13 Aprel 2021, 16:25 (GMT +4)
Yaponiya baş naziri ABŞ-a səfər edəcək

13 Aprel 2021, 16:14 (GMT +4)
Daha 3 koronavirus xəstəsi barədə cinayət işi başlanılıb

13 Aprel 2021, 16:02 (GMT +4)
DYP Astarada tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirib

13 Aprel 2021, 15:53 (GMT +4)
Gürcüstan NATO-ya üzvlük prosesini sürətləndirməyə çağırır

13 Aprel 2021, 15:48 (GMT +4)
Suveyş kanalını bloklayan gəminin sahibinin ödəməli olacağı cərimə məbləği açıqlanıb

13 Aprel 2021, 15:39 (GMT +4)
Prezident: “Ermənistan Birinci Qarabağ müharibəsində törətdiyi bir çox müharibə cinayətlərini gizlədə bilmişdi”

13 Aprel 2021, 15:27 (GMT +4)
Peskov: Rusiya və Azərbaycan hərbçiləri "İskəndər" mövzusunda dialoq aparır

13 Aprel 2021, 15:23 (GMT +4)
Son 3 ildə Azərbaycanda əməkhaqqı fondu 81% artıb

13 Aprel 2021, 15:10 (GMT +4)
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

13 Aprel 2021, 14:58 (GMT +4)
NATO baş katibi Rusiyadan qoşunlarını Ukrayna sərhədindən geri çəkməsini tələb edib

13 Aprel 2021, 14:56 (GMT +4)
Qubadlıda çaylara farel balıqları buraxılıb

13 Aprel 2021, 14:44 (GMT +4)
Prezident Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə bağlı sərəncam imzalayıb

13 Aprel 2021, 14:34 (GMT +4)
Prokurorluq işçilərinin maaşının artırılması ilə bağlı layihə ilk oxunuşda təsdiqlənib

13 Aprel 2021, 14:28 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxmada artım qeydə alınıb

13 Aprel 2021, 14:24 (GMT +4)
Hacıqabulda toy məclisi aşkar edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66