Pakistan Parlamentinin sədrini Əfqanıstana aparan təyyarə Kabil limanına enməyərək geri qayıdıb08 Aprel 2021, 15:19 (GMT +4) Bakı, 8 aprel, SalamNews, B.Samid. Pakistanın Parlamentinin sədri Əsəd Qeysəri Kabilə aparan təyyarə “təhlükəsizlik məsələləri”lə bağlı bu şəhərin hava limanına qonmayaraq geri qayıdıb.
SalamNews BBC.Fars-ə istinadla xəbər verir ki, bu barədə Pakistanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Məhəmməd Sadiq rəsmi tvitter səhifəsində yazıb.
Bildirilib ki, Əsəd Qeysəri Kabilə aparan təyyarə "təhlükəsizlik məsələlərinə" görə bağlı elan edilən Kabil hava limanına enməyib və geri qayıdıb.
Lakin Əfqanıstanın Mülki Aviasiyasnın sözçüsü Məhəmməd Nəim Kabil hava limanının işində texniki səbəblərdən qısa fasilənin yaranmasına baxmayaraq, hazırda limanın fəaliyyətinin bərpa edildiyini bildirib.
Qeyd edək ki, Pakistan spikerinin başçılıq etdiyi nümayəndə heyəti Əfqanıstana üç günlük səfərə gəlməli idi.
|