UEFA Azərbaycana verilən vaxtın müddətini uzadıb08 Aprel 2021, 13:35 (GMT +4) Bakı, 8 aprel, SalamNews, R.Nadirli. UEFA AÇ-2020-yə ev sahibliyi edəcək azarkeşlərlə bağlı planlarını müəyyənləşdirmək üçün son müddəti uzadıb. SalamNews xəbər verir ki, bu barədə UEFA-nın rəsmi nümayəndəsi "France Press" agentliyinə açıqlama verib. Onun sözlərinə görə, müddət aprelin 7-dən aprelin 28-dək artırılıb. Qeyd olunub ki, bəzi görüşlərin digər şəhərlərə salınması, bəzilərinin isə azarkeşsiz keçirilməsi də istisna edilmir. Xatırladaq ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası səbəbindən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AÇ-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.
|