Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

YAP Gənclər Birliyinin təqdimatı keçirilib

08 Aprel 2021, 15:40 (GMT +4)

Bakı, 8 aprel, SalamNews. Aprelin 8-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə “Azərbaycan gənclərinin beynəlxalq arenada təmsilçiliyi” movzusunda Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Ramin Məmmədovla görüşü keçirilib. Tədbiri giriş söz ilə açan YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Azərbaycanda dövlət gənclər siyasətinin uğurlarından danışıb, gənclərin beynəlxalq təmsilçiliyindən bəhs edib. B.İslamov mövzunun aktuallığını qeyd edərək, Ramin Məmmədovun fəaliyyəti haqqında da görüş iştirakçılarına məlumat verib.

SalamNews xəbər verir ki, görüşdə çıxış edən Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Ramin Məmmədov bildirib ki, Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır. Onun sözlərinə görə, YAP Gənclər Birliyi də ötən dövrdə inkişaf edərək sıralarını genişləndirib.

R.Məmmədov qeyd edib ki, Azərbaycan gəncləri müstəqil dövlətimizi beynəlxalq müstəvidə uğurla təmsil edir: “Bilirsiniz ki, ötən dövr ərzində xarici siyasətimizin əsasını Dağlıq Qarabağ probleminin həlli təşkil edirdi. Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin sülh yolu ilə həllinə imkan vermirdi. 44 günlük Vətən müharibəsi nəticəsində Ali Baş Komandanımızın rəhbərliyi ilə işğal altında olan torpaqlarımız azad olundu. Son 17 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Qarabağ münaqişəsinin ədalətli həlli üçün əlverişli hüquqi baza formalaşmış, vacib beynəlxalq sənədlər qəbul olunmuşdu. Təbii ki, bu məsələdə dövlətimizin başçısının bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətini, Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin tarixi faktlara və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırması mühüm rol oynayıb. Eyni zamanda, Azərbaycan gəncləri də beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması istiqamətində səmərəli fəaliyyət göstərib. Bu baxımdan, YAP Gənclər Birliyinin üzvlərinin fəaliyyəti də təqdirəlayiqdir”.

Millət vəkili söyləyib ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev fəaliyyətində gəncliyin inkişafına xüsusi diqqət yetirir. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan gəncləri dövlətimizi beynəlxalq müstəvidə də layiqli təmsil edirlər.

R.Məmmədov, həmçinin YAP Gənclər Birliyinin ötən dövr ərzində beynəlxalq əlaqələrindən danışıb, bu əlaqələrlə bağlı məlumatları slaydlarla təqdim edib. Bildirilib ki, YAP Gənclər Birliyi İCAPP Gənclər Qolunun təsis olunmasında fəal iştirak edib və hazırda YAP-ın nümayəndəsi təşkilatın həmsədrlərindən biridir. Eləcə də, YAP Gənclər Birliyi Avropanın nüfuzlu DEMYC gənclər təşkilatının tam hüquqlu üzvüdür. Bundan əlavə, YAP Gənclər Birliyi bir sıra beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələrin siyasi partiyalarının gəncləri ilə fəal əməkdaşlıq edib. Millət vəkili, fəal beynəlxalq əlaqələrin Azərbaycanın dünyada tanıdılması işində vacib rolunu vurğulayıb.

R.Məmmədov əmin olduğunu bildirib ki, YAP Gənclər Birliyinin yeni heyəti də ölkəmizi və partiyamızı beynəlxalq müstəvidə uğurla təmsil edəcək. O, bu yolda YAP Gənclər Birliyinə uğurlar arzulayıb.

Daha sonra Ramin Məmmədov YAP Gənclər Birliyinin üzvlərinin suallarını cavablandırıb, görüş diskussiya şəraitində davam edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

13 Aprel 2021, 18:02 (GMT +4)
“YAŞAT” Fondu daha iki şəhid övladının zəruri xərclərini qarşılayıb

13 Aprel 2021, 17:52 (GMT +4)
FHN-nin əməkdaşı koronavirusdan vəfat edib

13 Aprel 2021, 17:42 (GMT +4)
Bakıda aptekdə quldurluq və evlərdən oğurluq edən şəxslər saxlanılıblar

13 Aprel 2021, 17:41 (GMT +4)
İran uranı 60 faizədək zənginləşdirmə işinə başladığını bildirib

13 Aprel 2021, 17:40 (GMT +4)
Kreml Türkiyədə koronavirusla bağlı vəziyyətin “təhlükəli şəkildə gərginləşdiyini” açıqlayıb 

13 Aprel 2021, 17:32 (GMT +4)
İmişlidə toy məclisi aşkar edilib

13 Aprel 2021, 17:22 (GMT +4)
Bərdədə ad günü məclisi keçirən şəxslər müəyyən edilib

13 Aprel 2021, 17:11 (GMT +4)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cəzalandırılan əməkdaşlarının sayı açıqlanıb

13 Aprel 2021, 17:10 (GMT +4)
Çində mədəndə baş verən uçqunda ölənlərin sayı 8 nəfərə yüksəlib

13 Aprel 2021, 17:00 (GMT +4)
“Nar” “Yeniliklər Dalğası” kampaniyasına start verir

13 Aprel 2021, 16:51 (GMT +4)
Energetika Nazirliyinin Çağrı Mərkəzinə bu il 1192 müraciət daxil olub

13 Aprel 2021, 16:47 (GMT +4)
İran nümayəndə heyəti nüvə danışıqları üçün Vyanaya yola düşüb

13 Aprel 2021, 16:37 (GMT +4)
Azərbaycanda son sutkada 2 002 nəfər COVID-19-dan sağalıb, 34 nəfər vəfat edib

13 Aprel 2021, 16:26 (GMT +4)
Azərbaycan gömrükçüləri 213 kiloqramdan artıq heroin aşkar edib

13 Aprel 2021, 16:25 (GMT +4)
Yaponiya baş naziri ABŞ-a səfər edəcək

13 Aprel 2021, 16:14 (GMT +4)
Daha 3 koronavirus xəstəsi barədə cinayət işi başlanılıb

13 Aprel 2021, 16:02 (GMT +4)
DYP Astarada tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirib

13 Aprel 2021, 15:53 (GMT +4)
Gürcüstan NATO-ya üzvlük prosesini sürətləndirməyə çağırır

13 Aprel 2021, 15:48 (GMT +4)
Suveyş kanalını bloklayan gəminin sahibinin ödəməli olacağı cərimə məbləği açıqlanıb

13 Aprel 2021, 15:39 (GMT +4)
Prezident: “Ermənistan Birinci Qarabağ müharibəsində törətdiyi bir çox müharibə cinayətlərini gizlədə bilmişdi”

13 Aprel 2021, 15:27 (GMT +4)
Peskov: Rusiya və Azərbaycan hərbçiləri "İskəndər" mövzusunda dialoq aparır

13 Aprel 2021, 15:23 (GMT +4)
Son 3 ildə Azərbaycanda əməkhaqqı fondu 81% artıb

13 Aprel 2021, 15:10 (GMT +4)
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

13 Aprel 2021, 14:58 (GMT +4)
NATO baş katibi Rusiyadan qoşunlarını Ukrayna sərhədindən geri çəkməsini tələb edib

13 Aprel 2021, 14:56 (GMT +4)
Qubadlıda çaylara farel balıqları buraxılıb

13 Aprel 2021, 14:44 (GMT +4)
Prezident Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə bağlı sərəncam imzalayıb

13 Aprel 2021, 14:34 (GMT +4)
Prokurorluq işçilərinin maaşının artırılması ilə bağlı layihə ilk oxunuşda təsdiqlənib

13 Aprel 2021, 14:28 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxmada artım qeydə alınıb

13 Aprel 2021, 14:24 (GMT +4)
Hacıqabulda toy məclisi aşkar edilib

13 Aprel 2021, 14:12 (GMT +4)
Bu il Azərbaycanda diplomları tanınmayan xarici universitetlərin adları açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66