Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Bakıdakı oyunlara azarkeşlər buraxılacaq - AFFA açıqlayıb

08 Aprel 2021, 15:42 (GMT +4)

Bakı, 8 aprel, SalamNews, R.Nadirli. Azərbaycanda keçiriləcək AVRO-2020 oyunlarında Bakı Olimpiya Stadionunun turumunun 50 faizi qədər azarkeş buraxılacaq.

SalamNews xəbər verir ki, bu barədə AFFA məlumatı yayıb. Məlumatda bildirilir ki, Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə 2020-ci il martın 12-də koronavirus epidemiyasının qlobal pandemiya elan olunması nəzərə alınaraq, UEFA İcraiyyə Komitəsinin 17 mart 2020-ci il tarixli iclasında AVRO-2020-nin daha əvvəl açıqlanmış tarixdən düz bir il sonra - 2021-ci il iyunun 11-dən iyulun 11-dək olan müddətdə keçirilməsi barədə qərar qəbul olundu.

Bundan əlavə, UEFA-nın qərarında qeyd olundu ki, pandemiya ilə əlaqədar AVRO-2020-nin oyunlarının keçiriləcəyi stadionlara azarkeşlərin hansı sayda və hansı prosedurlar əsasında buraxılacağı barədə qərar yerli hökumət və dövlət strukturları tərəfindən qəbul ediləcək.

Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və AVRO-2020-nin yerli təşkilat komitəsinin birgə iclasında UEFA-nın tövsiyələri və Bakı şəhərində pandemiya ilə bağlı mövcud vəziyyət nəzərə alınaraq Bakıda keçiriləcək 4 oyunun hər birində Bakı Olimpiya Stadionunun ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeşin COVİD-19-la bağlı müvafiq prosedurların yerinə yetirilməsi şərtilə iştirak edə biləcəyi barədə qərar qəbul olunub. Qərar yerli azarkeşlərlə yanaşı, oyunlarda iştirak edən milli komandaların mənsub olduğu ölkələrin vətəndaşlarına da şamil olunacaq (Viza və koronavirusla bağlı müvafiq tələblərin yerinə yetirilməsi şərtilə).

Məsələ ilə bağlı bütün zəruri məlumatlar UEFA-ya təqdim olunub. 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

13 Aprel 2021, 19:46 (GMT +4)
KİV: Füceyrə limanı yaxınlığında İsrailə məxsus gəmi vurulub

13 Aprel 2021, 18:02 (GMT +4)
“YAŞAT” Fondu daha iki şəhid övladının zəruri xərclərini qarşılayıb

13 Aprel 2021, 17:52 (GMT +4)
FHN-nin əməkdaşı koronavirusdan vəfat edib

13 Aprel 2021, 17:42 (GMT +4)
Bakıda aptekdə quldurluq və evlərdən oğurluq edən şəxslər saxlanılıblar

13 Aprel 2021, 17:41 (GMT +4)
İran uranı 60 faizədək zənginləşdirmə işinə başladığını bildirib

13 Aprel 2021, 17:40 (GMT +4)
Kreml Türkiyədə koronavirusla bağlı vəziyyətin “təhlükəli şəkildə gərginləşdiyini” açıqlayıb 

13 Aprel 2021, 17:32 (GMT +4)
İmişlidə toy məclisi aşkar edilib

13 Aprel 2021, 17:22 (GMT +4)
Bərdədə ad günü məclisi keçirən şəxslər müəyyən edilib

13 Aprel 2021, 17:11 (GMT +4)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cəzalandırılan əməkdaşlarının sayı açıqlanıb

13 Aprel 2021, 17:10 (GMT +4)
Çində mədəndə baş verən uçqunda ölənlərin sayı 8 nəfərə yüksəlib

13 Aprel 2021, 17:00 (GMT +4)
“Nar” “Yeniliklər Dalğası” kampaniyasına start verir

13 Aprel 2021, 16:51 (GMT +4)
Energetika Nazirliyinin Çağrı Mərkəzinə bu il 1192 müraciət daxil olub

13 Aprel 2021, 16:47 (GMT +4)
İran nümayəndə heyəti nüvə danışıqları üçün Vyanaya yola düşüb

13 Aprel 2021, 16:37 (GMT +4)
Azərbaycanda son sutkada 2 002 nəfər COVID-19-dan sağalıb, 34 nəfər vəfat edib

13 Aprel 2021, 16:26 (GMT +4)
Azərbaycan gömrükçüləri 213 kiloqramdan artıq heroin aşkar edib

13 Aprel 2021, 16:25 (GMT +4)
Yaponiya baş naziri ABŞ-a səfər edəcək

13 Aprel 2021, 16:14 (GMT +4)
Daha 3 koronavirus xəstəsi barədə cinayət işi başlanılıb

13 Aprel 2021, 16:02 (GMT +4)
DYP Astarada tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirib

13 Aprel 2021, 15:53 (GMT +4)
Gürcüstan NATO-ya üzvlük prosesini sürətləndirməyə çağırır

13 Aprel 2021, 15:48 (GMT +4)
Suveyş kanalını bloklayan gəminin sahibinin ödəməli olacağı cərimə məbləği açıqlanıb

13 Aprel 2021, 15:39 (GMT +4)
Prezident: “Ermənistan Birinci Qarabağ müharibəsində törətdiyi bir çox müharibə cinayətlərini gizlədə bilmişdi”

13 Aprel 2021, 15:27 (GMT +4)
Peskov: Rusiya və Azərbaycan hərbçiləri "İskəndər" mövzusunda dialoq aparır

13 Aprel 2021, 15:23 (GMT +4)
Son 3 ildə Azərbaycanda əməkhaqqı fondu 81% artıb

13 Aprel 2021, 15:10 (GMT +4)
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

13 Aprel 2021, 14:58 (GMT +4)
NATO baş katibi Rusiyadan qoşunlarını Ukrayna sərhədindən geri çəkməsini tələb edib

13 Aprel 2021, 14:56 (GMT +4)
Qubadlıda çaylara farel balıqları buraxılıb

13 Aprel 2021, 14:44 (GMT +4)
Prezident Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə bağlı sərəncam imzalayıb

13 Aprel 2021, 14:34 (GMT +4)
Prokurorluq işçilərinin maaşının artırılması ilə bağlı layihə ilk oxunuşda təsdiqlənib

13 Aprel 2021, 14:28 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxmada artım qeydə alınıb

13 Aprel 2021, 14:24 (GMT +4)
Hacıqabulda toy məclisi aşkar edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66