Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisinə başlanılıb

08 Aprel 2021, 16:22 (GMT +4)

Bakı, 8 aprel, SalamNews. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Ermənistanın işğalından azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirir.

Bu barədə SalamNews-a qurumdan bildirilib.

Məlumata görə, işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrindən biri Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarıdır.

Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 66 kilometr təşkil edəcək. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər 17 kilometr uzunluğunda yeni avtomobil yolunun da inşası nəzərdə tutulub. Layihələndirilən yolların ümumi uzunluğu 83 kilometrdir.

Dövlət başçısının tapşırığına əsasən, Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobill yolları Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa ediləcək. Artıq Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun Xudafərin su anbarı və Xanlıq yaşayış məntəqəsi arasında olan hissəsində tikinti işlərinə start verilib.

İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini AAYDA-nın “37 N-li Yol İstismarı” MMC ilə subpodratçı şirkət olaraq yol tikintisi sahəsində ixtisaslaşmış və ölkəmizdə indiyədək bir-neçə layihəni uğurla tamamlamış Türkiyənin Polat Yol Yapı San.və Tic. Anonim Şirkəti birgə icra edir.

Hazırda avtomobil yolunun qeyd edilən hissəsində torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun 21,5 metr enində yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.

Yeni inşa edilən yollar boyunca layihəyə uyğun suların ötürülməsinə təmin etmək məqsədi ilə dairəvi borular və düzbucaqlı su keçidləri, həmçinin zəruri olan yerlərdə 5 yeni avtomobil körpüsünün də inşası planlaşdırılır.

Yolun tikintisini qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədi ilə Xanlıq yaşayış məntəqəsi yaxınlığında yeni düşərgə inşa edilir. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulur.

Yeni Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları işğaldan azad edilmiş Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçir. Avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edəcək.

Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar işçi qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.

Ölkə prezidentinin 2020-ci il 24 noyabr tarixli sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

25 İyul 2021, 14:00 (GMT +4)
"Qalatasaray" rumıniyalı futbolçu transfer edib

25 İyul 2021, 12:51 (GMT +4)
"Mançester Yunayted" baş məşqçisi ilə yeni müqavilə imzalayıb

25 İyul 2021, 10:22 (GMT +4)
Tokio-2020: Daha 4 idmançımız mübarizəyə başlayır

25 İyul 2021, 10:00 (GMT +4)
Tokio-2020: Cavid Çələbiyev inamlı qələbə qazanıb

25 İyul 2021, 09:42 (GMT +4)
Tokio-2020: Cüdoçumuz Orxan Səfərov 1/16 finalı adlaya bilməyib

25 İyul 2021, 09:09 (GMT +4)
Məhəmməd Abdullayev: İnanıram ki, Olimpiadadan medalsız qayıtmayacağıq

25 İyul 2021, 08:54 (GMT +4)
Tokio-2020: Çin liderliyi ələ alıb

25 İyul 2021, 01:30 (GMT +4)
Polşa çempionatı: Mahir Əmrəlinin oynadığı "Legiya" qələbə qazanıb

25 İyul 2021, 00:12 (GMT +4)
Əlcəzairli idmançı israilli cüdoçu ilə qarşılaşmamaq üçün Tokio-2020-dən imtina edib

24 İyul 2021, 18:01 (GMT +4)
Tokio-2020: Gimnastımız final mərhələsindən kənarda qalıb

24 İyul 2021, 17:40 (GMT +4)
Su polosu üzrə qadınlardan ibarət ABŞ yığması yeni olimpiya rekorduna imza atıb

24 İyul 2021, 17:15 (GMT +4)
Daha iki idmançımız Yay Olimpiya Oyunları ilə vidalaşıb

24 İyul 2021, 17:02 (GMT +4)
Şənlik mərasimlərində karantin şərtlərinə əməl olunması vəziyyəti araşdırılıb

24 İyul 2021, 17:00 (GMT +4)
Olimpiadada fırtınaya görə bəzi yarışlar təxirə salınıb

24 İyul 2021, 16:50 (GMT +4)
Türkiyədə COVID-19-a yoluxmaların artması fonuda ciddi tədbirlərin tətbiqinə çağırış edilib 

24 İyul 2021, 16:50 (GMT +4)
Tacikistan 100 min əfqanıstanlı qaçqına sığınacaq verə biləcəyini bəyan edib

24 İyul 2021, 16:35 (GMT +4)
Tokio -2020: Boksçularımız Lorenso Sotomayorla Tayfur Əliyev mübarizəni dayandırıb

24 İyul 2021, 16:34 (GMT +4)
Bulvarda özünü dənizə atan gənc qızın meyiti çıxarılıb

24 İyul 2021, 16:31 (GMT +4)
Filippinlərdə 13,2 min insan təxliyyə edilib

24 İyul 2021, 16:20 (GMT +4)
Azercell Milli Olimpiya Komandasına uğurlar arzulayır

24 İyul 2021, 16:10 (GMT +4)
AQTA 6 müəssisədə nöqsanlar aşkarlayıb

24 İyul 2021, 15:57 (GMT +4)
Hindistanda daşqınlar zamanı ölənlərin sayı 110-a yüksəlib

24 İyul 2021, 15:53 (GMT +4)
Ağcabədidə restoran sahibi barəsində cinayət işi başlanılıb

24 İyul 2021, 15:43 (GMT +4)
İranın cənub-şərqində silahlıların hücumu nəticəsində dörd hərbçi həyatını itirib

24 İyul 2021, 15:32 (GMT +4)
Ötən gün toylarda xüsusi karantin qaydalarını pozan 83 nəfər cərimələnib

24 İyul 2021, 15:20 (GMT +4)
Çin ABŞ-ın 7 fikizi şəxs və təşkilatına qarşı sanksiya tətbiq edib

24 İyul 2021, 15:05 (GMT +4)
Bərdədə ev sahibinə 4000 manatlıq ziyan vuran oğru tutulub

24 İyul 2021, 14:55 (GMT +4)
İraqın şimalında ABŞ bazasına PUA ilə hücum edilib

24 İyul 2021, 14:45 (GMT +4)
Rusiyada son sutkada 23.947 koronavirusa yoluxma aşkar edilib

24 İyul 2021, 14:36 (GMT +4)
Serbiya xarici işlər naziri Azərbaycana səfərə gələcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66