Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

"AzerGold" kadr hazırlığında peşə məktəblərinin potensialından yararlanacaq

09 Aprel 2021, 18:03 (GMT +4)

Bakı, 9 aprel, SalamNews. “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyevin başçılıq etdiyi nümayəndə heyəti Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olub.

SalamNews-un “AzerGold”a istinadən verdiyi məlumata görə, görüşdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov agentliyin balansında olan təhsil müəssisəsində yaradılan şərait barədə ətraflı məlumat verib.

Nümayəndə heyəti Mərkəzin maddi-texniki bazası ilə tanış olub, həmçinin təhsil müəssisəsinin laboratoriya və emalatxanalarına baxış keçirib. “AzerGold” və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında 2020-2021-ci illər üzrə əməkdaşlığa dair imzalanmış Fəaliyyət Planına uyğun olaraq keçirilən görüşdə mərkəzdə tədris olunan bir sıra texniki təmayüllü ixtisaslar üzrə kadr hazırlığı məsələləri müzakirə olunub. Bununla yanaşı, Peşə Təhsili Mərkəzində təhsil alan şagirdlərin Cəmiyyətin istehsalat sahələrinə tanıtım-təcrübə səfərlərinin təşkil edilməsinə dair razılıq əldə edilib.

Daha sonra Dövlət Agentliyinin nümayəndə heyəti Cəmiyyətin Daşkəsən rayonunda yerləşən “Çovdar” Filiz Emalı Sahəsinə səfər ediblər.

Mədəndə istehsalat prosesi və yaradılan iş şəraiti ilə tanış olan qonaqlar istehsalatın bütün mərhələlərini əks etdirən videotəqdimatı izləyib, proseslə əyani şəkildə tanış olublar. Nümayəndə heyətinə emal sahəsində metal tökümü və xəlitələrin hazırlanması nümayiş etdirilib. Qonaqlara qiymətli metalların ixracatı və şirkətin ölkə iqtisadiyyatına verdiyi töhfələr barədə ətraflı məlumat verilib.

Xatırladaq ki, ötən ilin may ayında dağ-mədən sahəsi üzrə ehtiyac duyulan peşə təhsilli ixtisaslı kadrların hazırlanması istiqamətində “AzerGold” QSC və Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında birgə fəaliyyətə dair Anlaşma Memorandumu imzalanıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 İyun 2021, 21:10 (GMT +4)
İranda prezident seçkilərinin vaxtı saat 22.00-a qədər uzadılıb

18 İyun 2021, 18:24 (GMT +4)
"Grand Chess Tour": Teymur Rəcəbov Levon Aronyanla heç-heçə edib 

18 İyun 2021, 18:02 (GMT +4)
AMB uçot dərəcəsini sabit saxlayıb

18 İyun 2021, 17:50 (GMT +4)
"Qəbələ" klubu növbəti transferini reallaşdırıb

18 İyun 2021, 17:48 (GMT +4)
Peskov: Türkiyə ilə uçuşların bərpası məsələsinə qərargah baxır

18 İyun 2021, 17:45 (GMT +4)
İsrail qüvvələri İordan çayının Qərbində daha səkkiz fələstinlini həbs edib

18 İyun 2021, 17:35 (GMT +4)
Prezident İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarını təltif edib

18 İyun 2021, 17:20 (GMT +4)
Bakıda avtobusla minik avtomobili toqquşub, yaralanan var

18 İyun 2021, 17:10 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxanların sayı 357 min nəfəri keçib

18 İyun 2021, 17:01 (GMT +4)
"Çukariçki" - "Sumqayıt" matçının vaxtı dəyişdirilib

18 İyun 2021, 16:57 (GMT +4)
Azərbaycan Türkiyənin aparıcı şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

18 İyun 2021, 16:47 (GMT +4)
Əhmədinejad İran prezident seçkilərində səsverməyə qatılmayacağını bildirib

18 İyun 2021, 16:40 (GMT +4)
UEFA milli komandalara xəbərdarlıq edib

18 İyun 2021, 16:37 (GMT +4)
Azərbaycanda son sutkada 148 nəfər COVID-19-dan sağalıb, 60 nəfər yoluxub

18 İyun 2021, 16:27 (GMT +4)
Lavrov Rusiya və ABŞ səfirlərinin geri dönməsini vacib addım adlandırıb 

18 İyun 2021, 16:14 (GMT +4)
XİN başçısı: Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması vacibdir

18 İyun 2021, 16:10 (GMT +4)
Boksçumuz Avropa çempionatında erməniyə qalib gəlib 

18 İyun 2021, 16:03 (GMT +4)
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçılara müraciət edib

18 İyun 2021, 15:54 (GMT +4)
Əfqanıstanın Hərat əyalətində 150 hərbçi Talibanın mühasirəsindən çıxarılıb

18 İyun 2021, 15:49 (GMT +4)
"Qarabağ" - "Aşdod" matçının vaxtı bəlli olub

18 İyun 2021, 15:45 (GMT +4)
Türkiyədə İŞİD-ə maddi dəstək göstərməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

18 İyun 2021, 15:34 (GMT +4)
Azərbaycan “Anadolu Qartalı - 2021” təlimində 4 təyyarə ilə iştirak edəcək

18 İyun 2021, 15:24 (GMT +4)
Azərbaycan düyü idxalını 7 %-dək azaldıb

18 İyun 2021, 15:13 (GMT +4)
Sobyanin koronavirusla bağlı mövcud məhdudiyyətləri 29 iyuna qədər uzadıb

18 İyun 2021, 15:02 (GMT +4)
Prezident İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib

18 İyun 2021, 14:50 (GMT +4)
Laçın və Kəlbəcər ərazilərinə 17 yük maşını mina basdırılmasına görə erməni polkovnik beynəlxalq axtarışa verilib

18 İyun 2021, 14:48 (GMT +4)
Peskov: Rusiya Dağlıq Qarabağdakı vəziyyətlə bağlı bütün tərəflərlə təmasdadır

18 İyun 2021, 14:38 (GMT +4)
Nazirlik: Suriyadan gətirilən 6 qadın və 14 uşağın reabilitasiyası həyata keçirilir

18 İyun 2021, 14:33 (GMT +4)
İranlı namizəd seçkilərdə verilən hər səsi bir ballistik raketə bənzədib

18 İyun 2021, 14:27 (GMT +4)
Lavrov Türkiyənin Azərbaycanda hərbi baza yaradacağı barədə yayılan xəbərləri şayiə adlandırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66