Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » HADİSƏLƏR

Polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı 64 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

10 Aprel 2021, 11:50 (GMT +4)

Bakı, 10 aprel, SalamNews. Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları cinayətkarlıqla, o cümlədən narkotik vasitələrin yayılmasının qarşının alınması istiqamətində fasiləsiz və qətiyyətli mübarizə tədbirlərini davam etdirirlər.

DİN-in mətbuat xidmətindən SalamNews-a bildiriblər ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı yüksək təsiredici xassəyə malik ümumi çəkisi 64 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddənin qeyri-müəyyən yollarla ölkə ərazisinə gətirilərək realizə olunmasının qarşısı alınıb.

Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının əldə etdikləri əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti uğurlu tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri Müşfiq Mirzəyev və Nadir Babayev saxlanılıblar. Nadir Babayevin Novxanı qəsəbəsindəki bağ evinə baxış zamanı oradan ümumi çəkisi 64 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə, o cümlədən 38 kiloqram 867 qram heroin, 19 kiloqram 960 qram metamfetamin, 1 kiloqram 200 qram tiryək, 3 kiloqram 500 qram marixuana və 448 ədəd narkotik tərkibli satışı qadağan edilən “Metadon” həbləri götürülüb.

Araşdırma zamanı müəyyənləşdirilib ki, Müşfiq Mirzəyev şəxsiyyəti istintaqa hələlik məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə əlaqə yaradaraq külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə gətirilməsini təşkil edib. Daha sonra o, şəxsi avtomobili ilə narkotik vasitələri Bakı-Astara magistralının Masallı rayonu ərazisindən keçən hissəsində gizlədilən yerdən götürüb tanışı Nadir Babayevin bağ evinə gətirib. Müşfiq Mirzəyev həmin xarici ölkə vətəndaşının tapşırığı ilə narkotik maddələri Bakı, eləcə də, digər şəhər və rayonlarda müxtəlif yerlərə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satılmasını təmin etməli imiş.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib, əməliyyat və istintaq tədbirləri davam etdirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

13 İyun 2021, 02:00 (GMT +4)
Güləşçimiz Rafiq Hüseynov Polşada bürünc medala sahib olub 

13 İyun 2021, 01:25 (GMT +4)
Avro-2020: Belçika və Finlandiya qələbə qazanıb 

13 İyun 2021, 01:11 (GMT +4)
İki karateçimiz Tokio-2020-dən kənarda qalıb

12 İyun 2021, 23:05 (GMT +4)
Danimarka Futbol Federasiyası və UEFA Eriksenlə bağlı rəsmi məlumat yayıb

12 İyun 2021, 22:45 (GMT +4)
Bril Embolo Uels - İsveçrə oyununun ən yaxşı futbolçusu seçilib

12 İyun 2021, 21:21 (GMT +4)
Avro-2020-də oyun təxirə salınıb

12 İyun 2021, 20:35 (GMT +4)
Futbol üzrə Türkiyə millisi Bakıya gəlib - (FOTOLAR)

12 İyun 2021, 19:00 (GMT +4)
Avro-2020: Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib - (VİDEO)

12 İyun 2021, 17:29 (GMT +4)
"Neftçi" ilk transferini reallaşdırıb

12 İyun 2021, 17:10 (GMT +4)
“Qarabağ” millimizin üzvü ilə yeni müqavilə bağlayıb

12 İyun 2021, 17:02 (GMT +4)
KOBİA: Qarabağda xarici investorların iştirak edəcəyi layihələr üzərində iş gedir

12 İyun 2021, 16:57 (GMT +4)
Texasda baş verən atışma nəticəsində 12 nəfər yaralanıb

12 İyun 2021, 16:52 (GMT +4)
AVRO-2020-nin açılış matçının ən yaxşısı məlum olub

12 İyun 2021, 16:50 (GMT +4)
Livan prezidenti suriyalı qaçqınların ölkələrinə qaytarılması üçün beynəlxalq ictimaiyyətə çağırış edib

12 İyun 2021, 16:44 (GMT +4)
Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri praktiki məşğələdə iştirak ediblər (VİDEO)

12 İyun 2021, 16:36 (GMT +4)
Azərbaycanda son sutkada 204 nəfər COVID-19-dan sağalıb, 61 nəfər yoluxub

12 İyun 2021, 16:24 (GMT +4)
Tovuzda yabanı halda bitən 1 tona yaxın narkotik məhv edilib

12 İyun 2021, 16:16 (GMT +4)
Türkiyəyə qol şansı vermədik - Roberto Mançini

12 İyun 2021, 16:12 (GMT +4)
ABŞ Ukraynaya daha 150 milyon dollar yardım ayıracaq

12 İyun 2021, 16:05 (GMT +4)
İlham Əliyev:  Əgər Ermənistan müharibə istəyirsə, ötən ilin payızındakı eyni nəticəni əldə edəcək

12 İyun 2021, 15:53 (GMT +4)
Azad edilən ərazilərdə minaya düşərək həlak olan və yaralananların sayı açıqlanıb

12 İyun 2021, 15:45 (GMT +4)
Oyunumuzun İtaliya yığmasından çox geri qaldığını gördük - Şenol Günəş

12 İyun 2021, 15:42 (GMT +4)
Bu gün İranda prezidentliyə namizədlərin üçüncü və sonuncu depatı keçirilir

12 İyun 2021, 15:41 (GMT +4)
Yarasalarda yeni koronavirus növü aşkarlanıb

12 İyun 2021, 15:30 (GMT +4)
BNA: Azarkeşlərin daşınması üçün xüsusi ekspres xətlər açılıb

12 İyun 2021, 15:17 (GMT +4)
Danimarka Rusiyanı hava sərhədlərini pozmaqda ittiham edib

12 İyun 2021, 15:09 (GMT +4)
“Azər­su” Avropa Çempionatı ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyətə başlayıb

12 İyun 2021, 14:57 (GMT +4)
AVRO-2020 ilə bağlı bəzi yollarda hərəkətə məhdudiyyət qoyulub

12 İyun 2021, 14:48 (GMT +4)
Türkiyə millisinin futbolçusu Burak Yılmaz tarixə düşüb

12 İyun 2021, 14:46 (GMT +4)
Səudiyyə Ərəbistanı bu il xarici zəvvarların həcc ziyarətinə qatıla bilməyəcəklərini elan edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66