Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Bakıda daha bir nəqliyyatın mübadilə məntəqəsi yaradılıb

10 Aprel 2021, 17:03 (GMT +4)

Bakı, 10 aprel, SalamNews. Dövlət başçısının tapşırığına əsasən, Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımaların keyfiyyəti artırılır. Köhnə, istismar müddətini başa vuran avtobuslar müasir, rahat və iritutumlu nəqliyyat vasitələri ilə əvəz edilir. Bu çərçivədə ümumilikdə 48-minə yaxın əhalinin yaşadığı Pirallahı, Zirə, Türkan və Qala qəsəbələrində sərnişindaşımaların keyfiyyəti yaxşılaşdırılır.

Bakı Nəqliyyat Agentliyindən SalamNews-a verilən məlumata görə, qeyd olunan qəsəbələrin sakinlərindən nəqliyyat xidmətlərinin keyfiyyətinin aşağı, avtobusların köhnə və istismara yararsız olması barədə mütəmadi olaraq Agentliyə şikayətlər daxil olub.

“3 №-li Bakı Avtonəqliyyat Müəssisəsi” MMC-nin müvəqqəti istismarındakı bu xətlər üzrə avtobuslara zəruri texniki qulluğun göstərilməməsi, xüsusən qış aylarında çətinliklər yaradırdı. Bu isə sərnişinlərin haqlı narazılığına səbəb olurdu. Nəticədə metronun “Koroğlu” stansiyasından Pirallahı, Zirə, Türkan və Qala qəsəbələrinə gedən sərnişinlər qanunsuz sərnişindaşıma xidmətlərindən istifadə edirlər. Bu isə öz növbəsində sərnişinlərin daha artıq vəsait ödəməsilə yanaşı, həm də təhlükəsizlik baxımından narahatlıq doğurur.

Bütün bunları nəzərə alaraq Pirallahı, Zirə, Türkan və Qala qəsəbələri Koroğlu NMM-i istiqamətində sərnişindaşımalarının təşkilində dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Qala qəsəbəsində mübadilə məntəqəsi təşkil edilib. Yeni dayanacaq pavilyonları qoyulub, iki dədə “BakıKart” ödəmə terminalı quraşdırılıb və digər zəruri infrastruktur işləri görülüb. 101, 150 və 187 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar müvafiq olaraq Türkan, Pirallahı və Zirə qəsəbələrindən sərnişinləri Qala mübadilə məntəqəsinədək gətirəcək.

Bu ərazidən isə Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinə (NMM) “Q1” adı altında yeni marşrut xətti təşkil edilir. “BakuBus” MMC-nin istismarında olacaq xətt üzrə avtobuslar Ramana yoluna daxil olmadan birbaşa hərəkət edəcək ki, bununla da sərnişinlərin səyahət müddəti əhəmiyyətli dərəcədə azalacaq və onlar təyinat məntəqəsinə daha tez çatacaqlar. Q1 xətti üzrə gediş haqqı 40 qəpik müəyyən edilib və ödəniş nağdsız formada olacaq.

Dəyişikliklər sayəsində Pirallahı, Zirə, Türkan və Qala qəsəbəsi sakinlərinin “Koroğlu” NMM və əks istiqamətdə rahat və təhlükəsiz şəkildə daşınması mümkün olacaq. İki marşrut xəttindən istifadə etmələrinə baxmayaraq onların səyahət müddəti əvvəlki vaxtla müqayisədə əhəmiyyətli dərəcədə azalacaq. Həmçinin, xətt dəyişikliyi nəticəsində Pirallahı qəsəbəsindən “Koroğlu” NMM-ə gedən sərnişinlər 10 qəpik daha az gediş haqqı ödəyəcəklər.

Məlumat üçün bildiririk ki, 101, 150 və 187 nömrəli müntəzəm marşrut xətləri sərnişindaşımaları balansında əsaslı təmir edilən nəqliyyat vasitələri olan daşıyıcıya həvalə edilib. Qeyd edək ki, bütün dəyişikliklər 12.04.2021-ci il tarixindən tətbiq olunacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

10 May 2021, 04:28 (GMT +4)
Ramazanın 27-ci gününün duası, iftar və imsak vaxtı

10 May 2021, 01:12 (GMT +4)
"Qarabağ" bütün komponentlərdə üstün idi - "Sabah" klubunun baş məşqçisi

10 May 2021, 00:55 (GMT +4)
UEFA Çempionlar Liqasının finalını İstanbuldan alır

10 May 2021, 00:35 (GMT +4)
Qurban Qurbanov: 15-20 futbolçu ilə maraqlanırıq

10 May 2021, 00:08 (GMT +4)
Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları yekunlaşıb

09 May 2021, 10:47 (GMT +4)
Əfqanıstanda qızlar məktəbində törədilən partlayışda ölənlərin sayı 50-i keçib (FOTO)

09 May 2021, 04:29 (GMT +4)
İran Səfirliyi Qarabağdakı ermənilərə yanacağın aparılması iddiasına münasibət bildirib

09 May 2021, 04:09 (GMT +4)
Ramazanın 26-cı gününün duası, iftar və imsak vaxtı

09 May 2021, 01:20 (GMT +4)
Yunan-Roma güləşçimiz Rafiq Hüseynov Olimpiadaya lisenziya qazanıb

09 May 2021, 01:01 (GMT +4)
İngiltərə çempionatı: "Çelsi" səfərdə qələbə qazanıb

09 May 2021, 00:40 (GMT +4)
Türkiyə çempionatı: "Qalatasaray" "Beşiktaş"ı məğlub edib

09 May 2021, 00:30 (GMT +4)
“Bavariya” ardıcıl 9-cu dəfə ölkə çempionu olub

09 May 2021, 00:05 (GMT +4)
Kişi voleybolçulardan ibarət millimiz Avro-2021-də ilk qələbəsini qazanıb

08 May 2021, 22:49 (GMT +4)
Güləşçimiz Rəsul Çunayev lisenziyasız qalıb

08 May 2021, 22:37 (GMT +4)
Azərbaycan Premyer Liqası: “Səbail” “Neftçi”yə, “Keşlə” “Sumqayıt”a uduzub

08 May 2021, 21:24 (GMT +4)
PSJ Neymarla müqaviləni yeniləyib

08 May 2021, 19:41 (GMT +4)
Olimpiya çempionumuz lisenziya qazana bilməyib

08 May 2021, 18:10 (GMT +4)
UEFA 9 Superliqa klubu ilə bağlı qərarı açıqlayıb

08 May 2021, 17:00 (GMT +4)
“Azərişıq” bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

08 May 2021, 16:54 (GMT +4)
İran Mərakeşin separatçıları dəstəkləməklə bağlı iddialarına münasibət bildirib

08 May 2021, 16:52 (GMT +4)
AFFA-nın icraçı vitse-prezidenti Britaniya səfiri ilə görüşüb

08 May 2021, 16:50 (GMT +4)
Baş Prokurorluqda Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib (FOTO)

08 May 2021, 16:48 (GMT +4)
Mexikoda metro körpüsünün uçması nəticəsində ölənlərin sayı 26-ya yüksəlib

08 May 2021, 16:45 (GMT +4)
Müdafiə Nazirliyi: Hazırda itkin düşmüş hərbçilərin sayı 19 nəfərdir

08 May 2021, 16:40 (GMT +4)
Azərbaycanda son sutkada 1 720 nəfər koronavirusdan sağalıb, 649 nəfər yoluxub

08 May 2021, 16:34 (GMT +4)
"Sabah" - "Qarabağ" matçı FİFA referisinə tapşırılıb

08 May 2021, 16:30 (GMT +4)
DSX Akade­miyasının 10-cu buraxılış mərasimi keçiril­ib

08 May 2021, 16:27 (GMT +4)
Almaniyada son sutkada 15 mindən çox COVID-19-a yoluxma aşkar edilib

08 May 2021, 16:23 (GMT +4)
"Qarabağ" Portuqaliyada oynayan futbolçu ilə maraqlanır

08 May 2021, 16:20 (GMT +4)
Suraxanıda nişan mərasimi keçirən 57 nəfər cərimələnib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66