Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Prezident Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə bağlı sərəncam imzalayıb

13 Aprel 2021, 14:44 (GMT +4)

Bakı, 13 aprel, SalamNews. Prezident İlham Əliyev 2021-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

SalamNews xəbər verir ki, sərəncamla müəyyən edilib ki, 2021-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun ─ üç qrup və bir 1/4 oyununun (bundan sonra ─ oyunlar) Bakı şəhərində keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində göstərilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2021-ci il mayın 1-dən iyulun 5-dək Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində viza ala bilərlər.

Oyunların təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur.

Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:

- oyunların Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin və ya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu;

- Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya digər sənəd;

- Bakı şəhərində keçiriləcək oyunlarda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün oyuna bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

Xarici İşlər Nazirliyi oyunlarla əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən təsdiq edilmiş ölkələrin siyahısı üzrə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə Avropa Futbol Assosiasiyaları Birliyinə (UEFA) və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməlidir.

Həmçinin nazirlik oyunlarla əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir.

Dövlət Miqrasiya Xidməti Azərbaycana uçuş həyata keçirən aviasiya şirkətlərinə oyunlarla əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verməlidir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident: Şuşanın azad edilməsi Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi

Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub

Prezident Şuşada bərpa edilən “Xan qızı” bulağında olub

Əli Əsədov Tatarıstan prezidentinə başsağlığı verib

Prezident: Bu qədim Azərbaycan torpağında Azərbaycan xalqı bundan sonra əbədi yaşayacaq

İranın sabiq prezidenti Əhmədinejad prezident seçkilərinə namizədliyini verib

Prezident İlham Əliyev “Xarıbülbül” musiqi festivalında iştirak etmək üçün Şuşaya gedib

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

İranda prezident seçkilərinə namizədlərin qeydiyyatına start verilib

Prezident İlham Əliyev Naxçıvanda Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib

Prezident İlham Əliyev Ordubad dəmir yolu stansiyasında görülən işlərlə tanış olub

Prezident Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanış olub

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gedib

Cavad Zərif prezident seçkilərinə namizədliyini irəli sürməyəcək – Mənbə

Prezident İlham Əliyev və Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevlə bağlı paylaşım edib

AFFA-nın icraçı vitse-prezidenti Britaniya səfiri ilə görüşüb

Lukaşenko erkən prezident seçkilərinin keçirilməsinin şərtini açıqlayıb

13 May 2021, 13:09 (GMT +4)
İsrailin Qəzzaya hücumunda ölənlərin sayı 83-ə çatıb, onların 24-ü uşaq və qadındır

13 May 2021, 09:34 (GMT +4)
Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Şuşadan Azərbaycan xalqını təbrik edib

13 May 2021, 09:06 (GMT +4)
Şuşada bayram namazı qılınır (CANLI YAYIM)

13 May 2021, 06:40 (GMT +4)
Ərdoğan: Qüdsün şərəfini qorumaq bütün müsəlmanların borcudur və İsrail durdurulmalıdır

13 May 2021, 06:03 (GMT +4)
Azərbaycanda müqəddəs Ramazan bayramı qeyd olunur

12 May 2021, 23:19 (GMT +4)
Mükafatların verildiyi gün – Sabah Ramazan bayramıdır

12 May 2021, 22:59 (GMT +4)
Qəzzada aviazərbələr nəticəsində media nümayəndəliklərinin olduğu hündür bina çöküb (VİDEO)

12 May 2021, 17:22 (GMT +4)
ABŞ, Kanada və Avropada Fələstinə dəstək aksiyası keçirilib (VİDEO)

12 May 2021, 17:01 (GMT +4)
Özbəkistanda Qurani-Kərimin dünyada ən böyük  əlyazma səhifəsi  hazırlanıb

12 May 2021, 16:53 (GMT +4)
Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin xalis mənfəəti kəskin azalıb

12 May 2021, 16:42 (GMT +4)
AAYDA: Paytaxtın İlqar Musayev küçəsində təmir işləri bu gün başa çatacaq

12 May 2021, 16:30 (GMT +4)
Saatlıda heyvan oğruları saxlanılıb

12 May 2021, 16:17 (GMT +4)
Şəmkirdə minik avtomobili yanıb

12 May 2021, 16:06 (GMT +4)
Hindistanda COVID-19-dan ölənlərin sayında yeni anti-rekord qeydə alınıb

12 May 2021, 16:04 (GMT +4)
Lənkəranda evdən 3 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

12 May 2021, 15:59 (GMT +4)
İsrailin Qəzzaya aviazərbələri nəticəsində ölənlərin sayı 53-ə çatıb, onların 14-ü uşaqdır

12 May 2021, 15:52 (GMT +4)
İlham Əliyev: Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur

12 May 2021, 15:40 (GMT +4)
ABŞ səfirliyinin mətbuat katibi Rusiyada persona non-qrata elan edildiyini təsdiqləyib

12 May 2021, 15:35 (GMT +4)
Yuxarı Gövhərağa məscidi təmir olunub

12 May 2021, 15:28 (GMT +4)
Prezident: Şuşanın azad edilməsi Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi

12 May 2021, 15:24 (GMT +4)
AAYDA: Bakının Mikayıl Müşfiq küçəsində təmir işləri bu gün başa çatacaq

12 May 2021, 15:11 (GMT +4)
Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub

12 May 2021, 15:05 (GMT +4)
Prezident Şuşada bərpa edilən “Xan qızı” bulağında olub

12 May 2021, 15:05 (GMT +4)
ABŞ-da boru xəttinə kiberhücum səbəbilə benzin qıtlığı müşahidə edilir

12 May 2021, 14:54 (GMT +4)
Şuşada “Xarıbülbül” musiqi festivalı keçirilib (CANLI YAYIM)  

12 May 2021, 14:42 (GMT +4)
Azərbaycanın Gürcüstandakı səfirliyində iftar təşkil edilib

12 May 2021, 14:30 (GMT +4)
MN: Azərbaycan Ordusunda təlimlər keçiriləcək

12 May 2021, 14:22 (GMT +4)
Ərdoğan İslam dünyasını Ramazan bayramı münasibətilə təbrik edib

12 May 2021, 14:16 (GMT +4)
Ağac kəsən şəxs cəzalandırılıb

12 May 2021, 14:06 (GMT +4)
Pakistanın baş naziri Fələstini dəstəkləyən paylaşım edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66