Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Azəriqaz” payız-qış mövsümünə hazırlıq işlərinə start verib

15 Aprel 2021, 11:15 (GMT +4)

Bakı, 15 aprel, SalamNews. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 2021-2022-ci illər üçün payız-qış mövsümünə hazırlıqla bağlı bir sıra mühüm tədbirlər planının icrasına start verib.

SalamNews-un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, bu tədbirlər planına uyğun olaraq korroziyaya uğramış və qəzalı şəraitdə olan qaz xətlərinin yeniləri ilə əvəzlənməsi, vətəndaş müraciətləri əsasında küçə xətlərinin çəkilməsi, qaz xətlərinə mövsümi qulluq, torpaq üzərinə düşən böyük diametrli qaz xətlərinin beton dirəklər üzərinə qaldırılması, abonent sayı artmış yerlərdə (xüsusən Bakı şəhəri) tələbata uyğun olmayan qaz kəmərlərinin daha böyük diametrli qaz kəmərləri ilə əvəzlənməsi və s. işlər görüləcək.

Nəticədə minlərlə abonentin qaz təchizatı yaxşılaşacaq, şəbəkədə dayanıqlıq, fasiləsizlik, etibarlılıq təmin ediləcək. Bu tədbirlərdən biri olaraq bu gün Nəsimi rayonu ərazisində Azadlıq prospekti ilə F.Qasımzadə küçəsinin kəsişməsində yeraltı qaz xəttinin üzərindəki istifadəyə yararsız siyirtmə yenisi ilə əvəzlənəcək. Eyni zamanda avtomobil yolunda təmir işləri aparıldığı bir vaxtda həmin ərazidən keçən qaz xətlərinə texniki baxışın aparılması üçün də yaxşı fürsət yaranıb. Belə olan halda bu yerdəki qaz kəmərlərinin əsaslı təmiri prosesi önə çəkilib ki, sonradan yolda bir daha qazıntı işi aparılmasın. Bütün bu tədbirlərin icrası zamanı aprelin 15-də səhər saat 10:00-dan etibarən Azadlıq prospekti, M.Qaşqay, E.Tağızadə, E.Qasımzadə, A.Səhhət, S.Əsgərova, R.Axundov, S.Rəhimov, Ş.Bədəlbəyli, H.Ələsgərova, Q.Quliyev və digər bir neçə küçədə qazın verilişində müvəqqəti fasilə yaranacaq. Qaz təchizatında bərpa işlərinin texniki olaraq tələb olunan vaxtdan ən azı 2 saat öncə başa çatdırılması planlaşdırılır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

06 May 2021, 18:03 (GMT +4)
Azərbaycanda 4 məktəb direktoru işdən çıxarılıb, daha 3-nə şiddətli töhmət verilib

06 May 2021, 18:00 (GMT +4)
Qazaxıstan və Azərbaycan “ağıllı şəhər” layihəsi üzrə saziş imzalayıb

06 May 2021, 17:55 (GMT +4)
Caspian Energy Club Mustafa Abbasbəylinin iştirakı ilə Onlayn B2G Forum təşkil edib

06 May 2021, 17:48 (GMT +4)
Baş Prokurorluğun xəbərdarlıq etdiyi Xalidə Bayramova vəzifəsindən azad olunub

06 May 2021, 17:45 (GMT +4)
TƏBİB: Azərbaycanda koronavirusun Britaniya ştammından başqa yeni növ qeydə alınmayıb

06 May 2021, 17:30 (GMT +4)
Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıb

06 May 2021, 17:22 (GMT +4)
Səbinə Əliyeva Ermənistan ombudsmanı barədə BMT və Avropa Şurasının komissarlarına məktub göndərib

06 May 2021, 17:12 (GMT +4)
İraq Səudiyyə Ərəbistanı ilə İran arasında danışıqlara ev sahibliyi etdiyini bildirib

06 May 2021, 17:10 (GMT +4)
Vergi və gömrük güzəştləri ilə bağlı Elektron Reyestr Sistemi yaradılıb

06 May 2021, 17:02 (GMT +4)
Son 12 ildə 162 308 nəfər Azərbaycan vətəndaşlığı alıb

06 May 2021, 17:00 (GMT +4)
Regional rəqəmsal hökumətin formalaşdırılmasına başlanılıb

06 May 2021, 16:50 (GMT +4)
Tacikistanla sərhəddə yaralananlara kompensasiya ödəniləcək - Japarov

06 May 2021, 16:48 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

06 May 2021, 16:37 (GMT +4)
Azərbaycanda son sutkada 2 057 nəfər COVID-19-dan sağalıb, 844 nəfər yoluxub

06 May 2021, 16:35 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxma ilə bağlı son məlumatlar açıqlanıb

06 May 2021, 16:26 (GMT +4)
Tovuz rayon sakininin həyətyani sahəsindən çətənə kolları aşkarlanaraq götürülüb

06 May 2021, 16:15 (GMT +4)
Ukrayna XİN rəhbəri Kiyevdə ABŞ Dövlət Katibi ilə görüşüb

06 May 2021, 16:12 (GMT +4)
İqtisadiyyat Nazirliyi: 16 obyektdə epidemiya əleyhinə rejim pozulub

06 May 2021, 16:00 (GMT +4)
100 nəfər gənc hüquqşünas prokurorluq orqanlarına qulluğa qəbul edilib

06 May 2021, 15:50 (GMT +4)
Bakıda piyada keçidinin üzərində yeni işıqlandırılma sistemləri tətbiq edilib 

06 May 2021, 15:39 (GMT +4)
Türkiyənin Ermənistanla sərhədində antiterror əməliyyatı keçirilir

06 May 2021, 15:34 (GMT +4)
Kazım Qurbanov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib

06 May 2021, 15:23 (GMT +4)
Bu günədək 121 milyon manatdan çox əkin subsidiyası ödənilib

06 May 2021, 15:12 (GMT +4)
Zinəddin Zidan: “Çelsi” qələbəyə layiq idi

06 May 2021, 15:09 (GMT +4)
Türkiyə Latviya parlamentinin 1915-ci il hadisələri ilə bağlı qərarını pisləyib

06 May 2021, 15:05 (GMT +4)
ABŞ sanksiyaların dayandırılması üçün İranın yeni nəsil sentrifuqa cihazlarının məhv edilməsini istəyib

06 May 2021, 15:01 (GMT +4)
Ruhani Hacı İlham Əliyevə 16 il iş verilib

06 May 2021, 14:53 (GMT +4)
Tomas Tuxel Çempionlar Liqasının tarixinə düşüb

06 May 2021, 14:52 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 1,82 milyon manat ayrılıb (SƏRƏNCAM)

06 May 2021, 14:40 (GMT +4)
Kolumbiya paytaxtında etiraz aksiyalarına görə peyvəndləmə məntəqələrinin işi dayandırılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66