Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

COVID-19-a yoluxan əməkdar mədəniyyət işçisi vəfat edib

15 Aprel 2021, 18:04 (GMT +4)

Bakı, 15 aprel, SalamNews. Azərbaycanın əməkdar mədəniyyət işçisi Kamil İbrahimov vəfat edib.

SalamNews xəbər verir ki, koronavirus infeksiyasına yoluxan K.İbrahimov müalicə aldığı xəstəxanada komaya düşüb.

Bir neçə gün komada qalan K.İbrahimov 59 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Kamil İbrahimov 1962-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Azərbaycanın görkəmli arxeoloqu, Bakı şəhəri tarixinin tədqiqatçısı, Bakı arxeoloji ekspedisiyasının sabiq rəisi Fərhad İbrahimovun oğludur.

K.İbrahimov 1979-cu ildə orta məktəbi əla qiymətlərlə bitirərək, Şirvanşahlar Sarayı Dövlət Tarixi-Memarlıq Qoruq Muzeyinin arxeoloji fonduna laborant vəzifəsinə qəbul olunur. 1980-88-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. 1985-ci ildən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Arxeologiya və Etnoqrafiya muzey-sərgisi”ndə elmi işçi vəzifəsində işləyib.

K.F.İbrahimov 20 ildən artıq bir müddət ərzində Azərbaycanın bir çox ərazilərində, o cümlədən Bakı, Şamaxı, Gəncə, Şabran, Yenikənd və digər arxeoloji ekspedisiyaların tərkibində yaxından iştirak edib. 2001-2007-ci illər ərzində Bakı arxeoloji ekspedisiyasına rəhbərlik edib. Bir neçə ali təhsil müəssisələrində dərs deyib.

Azərbaycan Beynəlxalq Ekoenergetika Akademiyasının, Türkiyə Akdeniz Universitetinin və İstanbul Piri Reis universitetinin professoru olub.

9 kitab, 100-dən çox elmi əsər və 100-ə qədər jurnal və qəzet məqalələrinin müəllifi, 12 kitabın elmi redaktoru olub.

Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Qala Tarix-Etnoqrafiya Qoruğu ilə iş şöbəsi”nin “Mədəni irsin tədqiqi sektoru”nun müdiri, həmçinin “Qala Tarix-Etnoqrafiya Qoruğu"nda direktor müavini vəzifələrində çalışıb.

Allah rəhmət eləsin!


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

14 May 2021, 18:05 (GMT +4)
Türkiyə prezidenti: Qarabağda Azərbaycanı dəstəklədiyimiz kimi Qüdsə və Fələstinə də dəstək veririk

14 May 2021, 17:01 (GMT +4)
İngiltərə Premyer Liqasında ayın ən yaxşıları bəlli olub

14 May 2021, 16:40 (GMT +4)
AÇ-2020: Biletlər satışa çıxarılır

14 May 2021, 16:22 (GMT +4)
Caspian Energy Club “Caspian Energy Latvia”-da pay iştirakını satışa çıxarıb 

14 May 2021, 15:07 (GMT +4)
Türkiyə millisinin Avropa çempionatı üçün geniş heyəti müəyyənləşib - SİYAHI 

14 May 2021, 14:56 (GMT +4)
"Borussiya" Almaniya kubokunu qazanıb - (VİDEO)

14 May 2021, 14:35 (GMT +4)
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Keşlə" ilə, "Neftçi" "Sumqayıt"la qarşılaşır

14 May 2021, 14:21 (GMT +4)
Avropa çempionatının mahnısı təqdim edilib - (VİDEO)

14 May 2021, 13:15 (GMT +4)
Çempionlar Liqasının finalı rəsmən İstanbuldan alınıb

14 May 2021, 11:00 (GMT +4)
"Dinamo" klubu Ukrayna kubokunun qalibi olub

14 May 2021, 09:09 (GMT +4)
İsrailin Qəzzaya hücumunda ölənlərin sayı 115-ə çatıb, onların 28-i uşaqdır (FOTO)

14 May 2021, 09:05 (GMT +4)
"Başakşəhər"in futbolçusu Azərbaycan millisindən imtina edib

14 May 2021, 09:04 (GMT +4)
İsrail prezidenti və müdafiə naziri ölkənin daxilində baş verən qarşıdurma və xaosla bağlı xəbərdarlıq ediblər

13 May 2021, 20:40 (GMT +4)
Azərbaycan Premyer Liqasında 27-ci turun təyinatları açıqlanıb

13 May 2021, 14:12 (GMT +4)
La Liqada azarkeşlər stadionlara qayıdır

13 May 2021, 13:09 (GMT +4)
İsrailin Qəzzaya hücumunda ölənlərin sayı 83-ə çatıb, onların 24-ü uşaq və qadındır

13 May 2021, 09:34 (GMT +4)
Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Şuşadan Azərbaycan xalqını təbrik edib

13 May 2021, 09:06 (GMT +4)
Şuşada bayram namazı qılınır (CANLI YAYIM)

13 May 2021, 06:40 (GMT +4)
Ərdoğan: Qüdsün şərəfini qorumaq bütün müsəlmanların borcudur və İsrail durdurulmalıdır

13 May 2021, 06:03 (GMT +4)
Azərbaycanda müqəddəs Ramazan bayramı qeyd olunur

12 May 2021, 23:19 (GMT +4)
Mükafatların verildiyi gün – Sabah Ramazan bayramıdır

12 May 2021, 22:59 (GMT +4)
Qəzzada aviazərbələr nəticəsində media nümayəndəliklərinin olduğu hündür bina çöküb (VİDEO)

12 May 2021, 17:22 (GMT +4)
ABŞ, Kanada və Avropada Fələstinə dəstək aksiyası keçirilib (VİDEO)

12 May 2021, 17:01 (GMT +4)
Özbəkistanda Qurani-Kərimin dünyada ən böyük  əlyazma səhifəsi  hazırlanıb

12 May 2021, 16:53 (GMT +4)
Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin xalis mənfəəti kəskin azalıb

12 May 2021, 16:42 (GMT +4)
AAYDA: Paytaxtın İlqar Musayev küçəsində təmir işləri bu gün başa çatacaq

12 May 2021, 16:30 (GMT +4)
Saatlıda heyvan oğruları saxlanılıb

12 May 2021, 16:17 (GMT +4)
Şəmkirdə minik avtomobili yanıb

12 May 2021, 16:06 (GMT +4)
Hindistanda COVID-19-dan ölənlərin sayında yeni anti-rekord qeydə alınıb

12 May 2021, 16:04 (GMT +4)
Lənkəranda evdən 3 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66