Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Salyan və Sabirabadda KOB dostları fəaliyyətə başlayıb (FOTO)

15 Aprel 2021, 14:54 (GMT +4)

Bakı, 15 aprel, SalamNews. Regionlarda yeni mikro və kiçik sahibkarlıq subyektlərinin yaranmasına və mövcud KOB-ların inkişafına, sahibkarların maraqlarının müdafiəsinə, onların investisiya təşəbbüslərinin reallaşdırılmasına və maarifləndirilməsinə dəstək göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “KOB Dostu” şəbəkəsinin əhatə dairəsi genişləndirilir.

SalamNews xəbər verir ki, aprelin 15-də Salyan və Sabirabad rayonlarında da KOB dostları fəaliyyətə başlayıb. Bununla da ölkə üzrə KOB dostlarının sayı 24 şəhər və rayon üzrə 26-ə çatdırılıb.

Mövcud məhdudiyyətlər səbəbindən məhdud sayda sahibkarların, yerli icra hakimiyyətinin və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilmiş təqdimatlarda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti və “KOB Dostu” mexanizmi barədə məlumat verib. Qeyd olunub ki, mikro, kiçik və orta biznes subyektləri sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərə dair “KOB Dostu”na müraciət edə bilərlər. “KOB Dostu” rayonda yeni sahibkarlıq subyektlərinin yaranmasına və mövcud KOB-ların inkişafına hərtərəfli dövlət dəstəyini yerində təmin edəcək, bu məqsədlə mövcud dövlət dəstəyi mexanizmləri və Agentliyin xidmətləri çərçivəsində sahibkarlara zəruri dəstək göstərəcəkdir. Həmçinin, “KOB Dostu” sahibkarların maraqlarının müdafiəsi və onların qarşılaşdıqları çətinliklərin həlli istiqamətində dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər görəcək, sahibkarların inkişaf ehtiyaclarını və təkliflərini sorğular vasitəsilə öyrənəcəkdir. Sahibkarlara yerində dəstəyin təmin olunması üçün ölkənin digər şəhər və rayonlarında da KOB dostlarının fəaliyyətinin nəzərdə tutulduğunu vurğulayan Orxan Məmmədov sahibkarları “KOB Dostu” ilə fəal əməkdaşlığa dəvət edib.

Sonra Agentliyin KOB-lara göstərdiyi dəstək mexanizmlərinə, o cümlədən “KOB Dostu” mexanizminə dair filmlər nümayiş olunub, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Salyan rayonu üzrə “KOB Dostu” ofisi Heydər Əliyev Mərkəzində, Sabirabad “KOB Dostu” ofisi isə Gənclər Mərkəzində fəaliyyət göstərir. “KOB Dostu” ofislərində sahibkarlara xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. “KOB Dostu” ilə birgə ofislərdə “KOB könüllüləri” də fəaliyyət göstərəcəkdir.

 

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 May 2021, 09:17 (GMT +4)
Cavad Zərif Roma Papası ilə görüşdə Fələstin məsələsini müzakirə edib

18 May 2021, 09:15 (GMT +4)
Hikmət Hacıyev Brüsseldə Aİ rəsmisi ilə görüşüb

18 May 2021, 09:14 (GMT +4)
Rusiyada helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var

18 May 2021, 09:00 (GMT +4)
Bu gündən Azərbaycanda "Sputnik V” vaksininin tətbiqinə başlanılır

18 May 2021, 08:57 (GMT +4)
İsrailin Qəzzaya hücumunda ölənlərin sayı 215-ə çatıb, onların 61-i uşaqdır

17 May 2021, 21:35 (GMT +4)
Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib

17 May 2021, 18:02 (GMT +4)
Azərbaycan kəndlərində ilk dəfə GPON texnologiyası əsasında şəbəkə qurulur

17 May 2021, 17:58 (GMT +4)
İranın Dinlərarası Dialoq və Koordinasiya Şurasının sədri Fələstinlə bağlı dünyanın dini liderlərinə çağırış edib

17 May 2021, 17:52 (GMT +4)
Bakının 6 rayonunda piyada təhükəsizliyi gücləndirilib

17 May 2021, 17:42 (GMT +4)
Bakı-Gəncə qatarı Bakı-Sumqayıt dəmir yolu xəttinə cəlb edilir

17 May 2021, 17:38 (GMT +4)
Türkiyənin cənub-şərqində 10 PKK terrorçusu zərərsizləşdirilib

17 May 2021, 17:31 (GMT +4)
Astarada aptekdən oğurluq edən şəxs saxlanılıb

17 May 2021, 17:20 (GMT +4)
Gömrük Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi birgə təlimlərə başlayıb

17 May 2021, 17:12 (GMT +4)
AZAL mülki aviasiya sahəsində yüksək beynəlxalq təhlükəsizlik tələblərinə cavab verdiyini bir daha təsdiq edib

17 May 2021, 17:07 (GMT +4)
“Real”ın hücumçusu ən yaxşı fransız futbolçu seçilib

17 May 2021, 17:02 (GMT +4)
Aprelin 22-23-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb

17 May 2021, 16:57 (GMT +4)
Türkiyədə 4.94 milyondan çox insan COVID-19-dan müalicə alaraq sağalıb

17 May 2021, 16:52 (GMT +4)
Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komanda-qərargah təlimi başlayıb (VİDEO)

17 May 2021, 16:45 (GMT +4)
Son bir həftədə azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

17 May 2021, 16:40 (GMT +4)
La Liqanı tərk edəcək ilk klub məlum olub

17 May 2021, 16:36 (GMT +4)
Cavad Zərifin Vyanaya səfərinin ləğvinin detalları açıqlanıb

17 May 2021, 16:35 (GMT +4)
Azərbaycanda daha 426 nəfər koronavirusa yoluxub, 13 nəfər ölüb

17 May 2021, 16:30 (GMT +4)
Lavrov: Rusiya sərhəd delimitasiyası məsələsində Ermənistana və Azərbaycana kömək etməyə hazırdır

17 May 2021, 16:24 (GMT +4)
DİN işğaldan azad olunmuş ərazilərə getməməklə bağlı vətəndaşlara xəbərdarlıq edib

17 May 2021, 16:12 (GMT +4)
Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinləyib

17 May 2021, 16:07 (GMT +4)
Almaniya Futbol İttifaqının prezidenti istefa verib

17 May 2021, 16:02 (GMT +4)
AzTV maliyyə yoxlamaları ilə bağlı açıqlama yayıb

17 May 2021, 15:51 (GMT +4)
Almaniyada son sutkada 5 mindən çox koronavirusa yoluxma aşkar edilib

17 May 2021, 15:41 (GMT +4)
"Nar" komandası "Breyn Rinq" yarışının yarımfinalına yüksəlib

17 May 2021, 15:30 (GMT +4)
Üzgüçümüz Avropa çempionu olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66