Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

YAP “The Guardian”dan təkzib tələb edir

15 Aprel 2021, 15:44 (GMT +4)

Bakı, 15 aprel, SalamNews. “The Guardian” qəzetinin elektron saytında Erre Gálvezin müəllifi olduğu “Facebook bizim kimi ölkələrlə maraqlanmır": Azərbaycan trol şəbəkəsi qadağadan bir neçə ay sonra geri qayıdır” sərlöhvəli məqalə dərc edilib.

YAP-dan SalamNews-a verilən məlumata görə, məqalədə bütün məlumatlar birtərəfli, araşdırma və yoxlama aparılmadan, ittiham olunan tərəfin mövqeyi dinlənilmədən, balans qorunmadan dərc olunmuşdur. Çünki müəllif ancaq Azərbaycanda radikal müxalifətin nümayəndələrinə və müxalif “Azad söz” facebook səhifəsində aparılmış “araşdırmaya” istinad edib. Bununla da, məqalə müəllifi jurnalistikanın məsuliyyət, dəqiqlik, qərəzsizlik və vicdanlılıq prinsiplərini pozub.

Məqalədə ədalətin pozulması, şəxsi mənfəət, tərəfkeşlik, qərəz, siyasi diskriminasiya, kompilyativ elementlər açıq şəkildə görünməkdədir. Müəllifin deyilən ittihamlara münasibət bildirməsi üçün Yeni Azərbaycan Partiyasına şərait yaratmaması, qeyri-peşəkar davranması, Azərbaycanın iqtidar partiyasının imicini bilərəkdən ləkələmək məqsədilə böhtan xarakterli informasiyaları dərc etməsi beynəlxalq jurnalistikanın etik normalarının, beynəlxalq qanunların kobud şəkildə pozulması deməkdir.

“The Guardian” qəzetinin redaksiyasının diqqətinə çatdırırıq ki, Yeni Azərbaycan Partiyasının 760 mindən çox üzvü var. Bu üzvlərin 300 minə qədəri gənclərdir. YAP-ın bu qədər üzvünün olması partiyanın trol qrupları saxladığını deməyə əsas vermir. YAP-ın və partiya sədri Prezident İlham Əliyevin bu qədər partiya üzvləri tərəfindən dəstəklənməsinə trol adının verilməsi də siyasi və hüquqi məsuliyyət kəsb edir. Rəsmən bəyan edirik ki, “Azad söz” facebook səhifəsində 06.03.2021-ci il tarixində dərc olunmuş postda rəyləri əks olunan feyk səhifələrin də YAP-a aidiyyatı yoxdur. Biz ehtimal edirik ki, bu saxta profil və səhifələrlə yazılan rəylər YAP-ın nüfuzuna zərbə vurmaq üçün müxalifət tərəfindən hazırlanıb. 

Digər tərəfdən, “Azad söz” facebook səhifəsində yazılan rəylərin YAP-a aid olmasını sübut edən hər hansı fakt da yoxdur.

Bildiririk ki, Azərbaycanda sosial şəbəkələrdə, xüsusilə də facebook üzərindən trol şəbəkəsini Azərbaycan Xalq Cəbhəsi Partiyası yaradıb. Bu gün ən böyük trol şəbəkəsinə məhz onlar sahibdirlər. Bu faktı AXCP sədri Əli Kərimlinin müavini olmuş, hazırda müxalif Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev də təsdiqləyib. O, 2014-cü ildə mətbuat konfransında deyib ki, təkcə Əli Kərimli və onun müavinlərinin yüzlərlə “saxta facebook profillər”i var. AXCP-də partiya funksionerlərinə “facebook”da yüzlərlə saxta profil yaratmaq tapşırılıb: 

“Bəzilərinin 100-110 saxta profili var idi. “Facebook”da şərtlər sərtləşdirildikdən sonra onların yarısı bağlandı. Amma indi də partiyanın rəyasət heyətində təmsil olunan şəxslərin 30-40 saxta profili var”.

https://www.youtube.com/watch?v=0fqWdbldBUg

Bir sözlə, AXCP-nin trol fəaliyyətini ifşa edən faktlar çoxdur. “The Guardian” qəzeti obyektiv araşdırmalar aparmaqla dəqiq və düzgün qənaətə gələ bilər. Bu kontektsdə “The Guardian” qəzetinin Yeni Azərbaycan Partiyası haqqında təhrif olunmuş məlumatları yoxlamadan, dəqiqləşdirmədən dərc etməsi beynəlxalq məhkəmə predmetinə çevrilməkdədir. Bu səbəbdən də, “The Guardian” qəzetinin rəhbərliyindən tələbimiz ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası haqqında yazılan birtərəfli, böhtan xarakterli məlumatlara görə beynəlxalq jurnalistikanın etik qaydalarına və beynəlxalq qanunların tələblərinə uyğun olaraq rəsmi üzrxahlıq edilsin, təkzib çap olunsun.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

17 May 2021, 21:35 (GMT +4)
Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib

17 May 2021, 18:02 (GMT +4)
Azərbaycan kəndlərində ilk dəfə GPON texnologiyası əsasında şəbəkə qurulur

17 May 2021, 17:58 (GMT +4)
İranın Dinlərarası Dialoq və Koordinasiya Şurasının sədri Fələstinlə bağlı dünyanın dini liderlərinə çağırış edib

17 May 2021, 17:52 (GMT +4)
Bakının 6 rayonunda piyada təhükəsizliyi gücləndirilib

17 May 2021, 17:42 (GMT +4)
Bakı-Gəncə qatarı Bakı-Sumqayıt dəmir yolu xəttinə cəlb edilir

17 May 2021, 17:38 (GMT +4)
Türkiyənin cənub-şərqində 10 PKK terrorçusu zərərsizləşdirilib

17 May 2021, 17:31 (GMT +4)
Astarada aptekdən oğurluq edən şəxs saxlanılıb

17 May 2021, 17:20 (GMT +4)
Gömrük Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi birgə təlimlərə başlayıb

17 May 2021, 17:12 (GMT +4)
AZAL mülki aviasiya sahəsində yüksək beynəlxalq təhlükəsizlik tələblərinə cavab verdiyini bir daha təsdiq edib

17 May 2021, 17:07 (GMT +4)
“Real”ın hücumçusu ən yaxşı fransız futbolçu seçilib

17 May 2021, 17:02 (GMT +4)
Aprelin 22-23-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb

17 May 2021, 16:57 (GMT +4)
Türkiyədə 4.94 milyondan çox insan COVID-19-dan müalicə alaraq sağalıb

17 May 2021, 16:52 (GMT +4)
Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komanda-qərargah təlimi başlayıb (VİDEO)

17 May 2021, 16:45 (GMT +4)
Son bir həftədə azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

17 May 2021, 16:40 (GMT +4)
La Liqanı tərk edəcək ilk klub məlum olub

17 May 2021, 16:36 (GMT +4)
Cavad Zərifin Vyanaya səfərinin ləğvinin detalları açıqlanıb

17 May 2021, 16:35 (GMT +4)
Azərbaycanda daha 426 nəfər koronavirusa yoluxub, 13 nəfər ölüb

17 May 2021, 16:30 (GMT +4)
Lavrov: Rusiya sərhəd delimitasiyası məsələsində Ermənistana və Azərbaycana kömək etməyə hazırdır

17 May 2021, 16:24 (GMT +4)
DİN işğaldan azad olunmuş ərazilərə getməməklə bağlı vətəndaşlara xəbərdarlıq edib

17 May 2021, 16:12 (GMT +4)
Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinləyib

17 May 2021, 16:07 (GMT +4)
Almaniya Futbol İttifaqının prezidenti istefa verib

17 May 2021, 16:02 (GMT +4)
AzTV maliyyə yoxlamaları ilə bağlı açıqlama yayıb

17 May 2021, 15:51 (GMT +4)
Almaniyada son sutkada 5 mindən çox koronavirusa yoluxma aşkar edilib

17 May 2021, 15:41 (GMT +4)
"Nar" komandası "Breyn Rinq" yarışının yarımfinalına yüksəlib

17 May 2021, 15:30 (GMT +4)
Üzgüçümüz Avropa çempionu olub

17 May 2021, 15:20 (GMT +4)
Türkiyə heyəti peyvənd tədarükünü müzakirə etmək üçün Rusiyaya yola düşüb

17 May 2021, 15:09 (GMT +4)
Naxçıvanda orta aylıq əməkhaqqı 3 %-dən çox artıb

17 May 2021, 14:59 (GMT +4)
Gürcüstanda daha 504 nəfərdə koronavirusa yoluxma aşkar edilib

17 May 2021, 14:50 (GMT +4)
Fələstinli hərəkatlar İsrailin bir hərbi gəmisini raketlə hədəfə alıblar

17 May 2021, 14:49 (GMT +4)
FHN havaların isinməsi ilə bağlı əhaliyə müraciət edib (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66