Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Dövlət Xidməti e-ticarətdə xaricə ödənilən məbləğlərə ƏDV-nin tətbiqinə aydınlıq gətirib

16 Aprel 2021, 17:55 (GMT +4)

Bakı, 16 aprel, SalamNews. Vergi orqanlarında uçotda olmayan fiziki şəxslər tərəfindən elektron ticarət qaydasında alınan xidmətlərə (işlərə) görə ödənilən məbləğdən ƏDV-nin tutulması vəzifəsi banklar tərəfindən icra olunur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən SalamNews-a verilən məlumata görə, bu halda banklar vergi agenti kimi çıxış edərək həyata keçirilən hər bir tranzaksiya üçün verginin hesablanmasını və ödənilməsini həyata keçirir.

Dövlət Vergi Xidməti sosial şəbəkələrdə plastik kartlar vasitəsilə aparılan bütün növ ödənişlərdən 18% ƏDV-nin tutulması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərək bildirir ki, ölkənin vergi qanunvericiliyində hər hansı yeni dəyişiklik yoxdur, vətəndaşlar və vergi ödəyiciləri üçün əlavə vergi öhdəlikləri müəyyən edən hər hansı yeni müddəalar tətbiq edilməyib.

Belə ki, plastik kartlar vasitəsilə nağdsız qayada aparılan ödənişlərdən üzrə vətəndaşın hesabından 18% ƏDV yalnız xaricdən elektron ticarət qaydasında iş və xidmət alınan zaman banklar tərəfindən tutulur.

Fiziki şəxslərin xaricdə yerləşən müəssisə və təşkilatlarla elektron ticarət qaydasında apardıqları aşağıdakı əməliyyatlar üzrə ödəmələrindən banklar tərəfindən ƏDV tutulmur:

- xaricdən malların alınmasına görə ödəniş;

- xaricdə otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlərə görə ödəniş;

- fiziki olaraq xaricdə alınan (istehlak) edilən iş və xidmətə görə ödəniş.

Yayılan məlumatlarda qeyd olunan plastik kartlar vasitəsilə dövlət orqanlarının tətbiq etdikləri cərimə məbləğlərinə görə hesabdan 18% ƏDV-nin tutulması ilə bağlı bildirilib ki, dövlət orqanlarına ödənilən cərimə məbləğlərinə ƏDV hesablanmır və tutulmur.

Ölkə daxilində fəaliyyət göstərən müəssisə və təşkilatlara plastik kart vasitəsilə nağdsız qaydada ödənilən məbləğlərdən əlavə olaraq ƏDV tutulmur. Belə ki, ölkədə fəaliyyət göstərən ƏDV ödəyicilərindən alınmış mal, iş və xidmətlər üçün hesablaşmalarda ƏDV məbləği son qiymətdə öz əksini tapır.

Göründüyü kimi, ölkə daxilində aparılan nağdsız ödənişlərdən hər hansı əlavə vergilər tutulmur, əksinə qanunvericilik nağdsız ödənişlər üzrə həm sahibkarlara, həm də vətəndaşlara müvafiq təşviqlər nəzərdə tutur. Belə ki, pərakəndə ticarət və ictimai iaşə sektorunda çalışan sahibkarların dövriyyəsində POS-terminal vasitəsilə nağdsız qaydada əldə olunan gəlirin həcminə uyğun olaraq mənfəət (gəlir) vergisi və sadələşdirilmiş vergi üzrə güzəştlər tətbiq edilir. Vətəndaşlar isə nağdsız qaydada həyata keçirdikləri alış-verişə görə, nağd qayada həyata keçirdikləri alış-verişə nisbətdə 5 faiz daha çox ƏDV-ni geri ala bilirlər (nağd ödənişlər zamanı ƏDV-nin 10%-i, nağdsız ödənişlər zamanı isə ƏDV-nin 15%-i vətəndaşa qaytarılır).

“Məlumat üçün onu da bildiririk ki, qanunvericiliyə görə informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, İnternet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyət elektron ticarət qaydasında aparılan əməliyyat hesab edilir”, - Dövlət Xidmətindən bildirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

13 May 2021, 13:09 (GMT +4)
İsrailin Qəzzaya hücumunda ölənlərin sayı 83-ə çatıb, onların 24-ü uşaq və qadındır

13 May 2021, 09:34 (GMT +4)
Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Şuşadan Azərbaycan xalqını təbrik edib

13 May 2021, 09:06 (GMT +4)
Şuşada bayram namazı qılınır (CANLI YAYIM)

13 May 2021, 06:40 (GMT +4)
Ərdoğan: Qüdsün şərəfini qorumaq bütün müsəlmanların borcudur və İsrail durdurulmalıdır

13 May 2021, 06:03 (GMT +4)
Azərbaycanda müqəddəs Ramazan bayramı qeyd olunur

12 May 2021, 23:19 (GMT +4)
Mükafatların verildiyi gün – Sabah Ramazan bayramıdır

12 May 2021, 22:59 (GMT +4)
Qəzzada aviazərbələr nəticəsində media nümayəndəliklərinin olduğu hündür bina çöküb (VİDEO)

12 May 2021, 17:22 (GMT +4)
ABŞ, Kanada və Avropada Fələstinə dəstək aksiyası keçirilib (VİDEO)

12 May 2021, 17:01 (GMT +4)
Özbəkistanda Qurani-Kərimin dünyada ən böyük  əlyazma səhifəsi  hazırlanıb

12 May 2021, 16:53 (GMT +4)
Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin xalis mənfəəti kəskin azalıb

12 May 2021, 16:42 (GMT +4)
AAYDA: Paytaxtın İlqar Musayev küçəsində təmir işləri bu gün başa çatacaq

12 May 2021, 16:30 (GMT +4)
Saatlıda heyvan oğruları saxlanılıb

12 May 2021, 16:17 (GMT +4)
Şəmkirdə minik avtomobili yanıb

12 May 2021, 16:06 (GMT +4)
Hindistanda COVID-19-dan ölənlərin sayında yeni anti-rekord qeydə alınıb

12 May 2021, 16:04 (GMT +4)
Lənkəranda evdən 3 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

12 May 2021, 15:59 (GMT +4)
İsrailin Qəzzaya aviazərbələri nəticəsində ölənlərin sayı 53-ə çatıb, onların 14-ü uşaqdır

12 May 2021, 15:52 (GMT +4)
İlham Əliyev: Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur

12 May 2021, 15:40 (GMT +4)
ABŞ səfirliyinin mətbuat katibi Rusiyada persona non-qrata elan edildiyini təsdiqləyib

12 May 2021, 15:35 (GMT +4)
Yuxarı Gövhərağa məscidi təmir olunub

12 May 2021, 15:28 (GMT +4)
Prezident: Şuşanın azad edilməsi Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi

12 May 2021, 15:24 (GMT +4)
AAYDA: Bakının Mikayıl Müşfiq küçəsində təmir işləri bu gün başa çatacaq

12 May 2021, 15:11 (GMT +4)
Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub

12 May 2021, 15:05 (GMT +4)
Prezident Şuşada bərpa edilən “Xan qızı” bulağında olub

12 May 2021, 15:05 (GMT +4)
ABŞ-da boru xəttinə kiberhücum səbəbilə benzin qıtlığı müşahidə edilir

12 May 2021, 14:54 (GMT +4)
Şuşada “Xarıbülbül” musiqi festivalı keçirilib (CANLI YAYIM)  

12 May 2021, 14:42 (GMT +4)
Azərbaycanın Gürcüstandakı səfirliyində iftar təşkil edilib

12 May 2021, 14:30 (GMT +4)
MN: Azərbaycan Ordusunda təlimlər keçiriləcək

12 May 2021, 14:22 (GMT +4)
Ərdoğan İslam dünyasını Ramazan bayramı münasibətilə təbrik edib

12 May 2021, 14:16 (GMT +4)
Ağac kəsən şəxs cəzalandırılıb

12 May 2021, 14:06 (GMT +4)
Pakistanın baş naziri Fələstini dəstəkləyən paylaşım edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66