Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyev Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb

16 Aprel 2021, 17:52 (GMT +4)

Bakı, 16 aprel, SalamNews. Prezident İlham Əliyev Xalq artisti Eldar Tofiq oğlu Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb.

SalamNews xəbər verir ki, nekroloqda deyilir:

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, tanınmış kinorejissor və ssenarist, respublika Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, professor Eldar Tofiq oğlu Quliyev 2021-ci il aprelin 16-da ömrünün 81-ci ilində vəfat etmişdir.

Eldar Quliyev 1941-ci il yanvarın 18-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1958–1959-cu illərdə “Azərbaycanfilm” kinostudiyasında rejissor köməkçisi işləmiş, 1960–1966-cı illərdə Moskvada, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kino rejissoru ixtisası üzrə ali təhsil almışdır.

Eldar Quliyev 1967-ci ildən taleyini “Azərbaycanfilm” kinostudiyası ilə bağlayaraq ömrünün sonunadək burada çalışmışdır. O, 1986-cı ildən “Azərbaycanfilm” kinostudiyası nəzdində “Debüt” eksperimental-gənclik yaradıcılıq studiyasının bədii rəhbəri olmuş, 1999-cu ildə Azərbaycan Professional Kinorejissorlar Gildiyasının prezidenti seçilmişdir.

Dünya kinematoqrafiyasının nailiyyətlərindən və qabaqcıl təcrübəsindən daim bəhrələnən Eldar Quliyev Azərbaycanın kino salnaməsinə yeni səhifələr yazmışdır. Sənətkarın ideya dərinliyi ilə seçilən, ictimai-siyasi hadisələr fonunda insan mənəviyyatının təhlilini xüsusi diqqətdə saxlayan və xeyirxahlıq, məsuliyyət, humanizm aşılayan zəngin yaradıcılığı mədəniyyətimizin qızıl fondunda layiqli yer tutur. Eldar Quliyevin “Bir cənub şəhərində”, “Sevinc buxtası”, “Babək” və “Nizami” kimi parlaq ekran əsərləri, eləcə də çox sayda digər bədii və sənədli filmləri Azərbaycan kinematoqrafiyasının nailiyyətləridir.

Məzmun rəngarəngliyi və mövzu aktuallığı, fəal vətəndaşlıq mövqeyi və müasirlik duyğusu, obrazların incə psixologizmi və hadisələrin həyatiliyi Eldar Quliyev sənətinin özünəməxsus cəhətlərini təşkil edir. Yaradıcılıq palitrası rəngarəngliyi ilə səciyyələnən sənətkar tamaşaçını ayrı-ayrı dövrlərin müasirinə çevirməyi bacarırdı. Onun xalqımızın keçmişinə ehtiram ifadə edən tarixi filmlərinin milli-mənəvi dəyərlərimizin təbliğində və gənc nəslin Vətənə sədaqət ruhunda tərbiyəsində əhəmiyyətli rolu vardır.

Böyük rejissorluq məharəti Eldar Quliyevə ölkəmizin hüdudlarından kənarda da geniş şöhrət gətirmişdir. Onun quruluş verdiyi, həmçinin ssenari müəllifi olduğu filmlər beynəlxalq kinofestivallarda Azərbaycan mədəniyyətini uğurla təmsil etmiş, sənətşünaslar və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. Eldar Quliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi uzun illər səmərəli pedaqoji fəaliyyət göstərmiş, rejissorların bir neçə nəslinin yetişdirilməsi işində qüvvəsini, bilik və bacarığını əsirgəməmişdir. Onun sənət yolu gənc kinematoqrafçılar üçün bundan sonra da örnək olacaqdır.

Eldar Quliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, “Əməkdar incəsənət xadimi” və “Xalq artisti” fəxri adlarını almış, respublika Dövlət mükafatına və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülmüş, müstəqil Azərbaycanın ali mükafatları olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilmişdir.

Görkəmli sənətkar, mahir pedaqoq və səmimi insan Eldar Tofiq oğlu Quliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Anar Kərimov

Emin Əmrullayev

Şəfiqə Məmmədova

Anar Rzayev

Fərhad Xəlilov

Azər Paşa Nemətov

Oqtay Mirqasımov

Rasim Balayev


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

10 May 2021, 04:28 (GMT +4)
Ramazanın 27-ci gününün duası, iftar və imsak vaxtı

10 May 2021, 01:12 (GMT +4)
"Qarabağ" bütün komponentlərdə üstün idi - "Sabah" klubunun baş məşqçisi

10 May 2021, 00:55 (GMT +4)
UEFA Çempionlar Liqasının finalını İstanbuldan alır

10 May 2021, 00:35 (GMT +4)
Qurban Qurbanov: 15-20 futbolçu ilə maraqlanırıq

10 May 2021, 00:08 (GMT +4)
Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları yekunlaşıb

09 May 2021, 10:47 (GMT +4)
Əfqanıstanda qızlar məktəbində törədilən partlayışda ölənlərin sayı 50-i keçib (FOTO)

09 May 2021, 04:29 (GMT +4)
İran Səfirliyi Qarabağdakı ermənilərə yanacağın aparılması iddiasına münasibət bildirib

09 May 2021, 04:09 (GMT +4)
Ramazanın 26-cı gününün duası, iftar və imsak vaxtı

09 May 2021, 01:20 (GMT +4)
Yunan-Roma güləşçimiz Rafiq Hüseynov Olimpiadaya lisenziya qazanıb

09 May 2021, 01:01 (GMT +4)
İngiltərə çempionatı: "Çelsi" səfərdə qələbə qazanıb

09 May 2021, 00:40 (GMT +4)
Türkiyə çempionatı: "Qalatasaray" "Beşiktaş"ı məğlub edib

09 May 2021, 00:30 (GMT +4)
“Bavariya” ardıcıl 9-cu dəfə ölkə çempionu olub

09 May 2021, 00:05 (GMT +4)
Kişi voleybolçulardan ibarət millimiz Avro-2021-də ilk qələbəsini qazanıb

08 May 2021, 22:49 (GMT +4)
Güləşçimiz Rəsul Çunayev lisenziyasız qalıb

08 May 2021, 22:37 (GMT +4)
Azərbaycan Premyer Liqası: “Səbail” “Neftçi”yə, “Keşlə” “Sumqayıt”a uduzub

08 May 2021, 21:24 (GMT +4)
PSJ Neymarla müqaviləni yeniləyib

08 May 2021, 19:41 (GMT +4)
Olimpiya çempionumuz lisenziya qazana bilməyib

08 May 2021, 18:10 (GMT +4)
UEFA 9 Superliqa klubu ilə bağlı qərarı açıqlayıb

08 May 2021, 17:00 (GMT +4)
“Azərişıq” bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

08 May 2021, 16:54 (GMT +4)
İran Mərakeşin separatçıları dəstəkləməklə bağlı iddialarına münasibət bildirib

08 May 2021, 16:52 (GMT +4)
AFFA-nın icraçı vitse-prezidenti Britaniya səfiri ilə görüşüb

08 May 2021, 16:50 (GMT +4)
Baş Prokurorluqda Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib (FOTO)

08 May 2021, 16:48 (GMT +4)
Mexikoda metro körpüsünün uçması nəticəsində ölənlərin sayı 26-ya yüksəlib

08 May 2021, 16:45 (GMT +4)
Müdafiə Nazirliyi: Hazırda itkin düşmüş hərbçilərin sayı 19 nəfərdir

08 May 2021, 16:40 (GMT +4)
Azərbaycanda son sutkada 1 720 nəfər koronavirusdan sağalıb, 649 nəfər yoluxub

08 May 2021, 16:34 (GMT +4)
"Sabah" - "Qarabağ" matçı FİFA referisinə tapşırılıb

08 May 2021, 16:30 (GMT +4)
DSX Akade­miyasının 10-cu buraxılış mərasimi keçiril­ib

08 May 2021, 16:27 (GMT +4)
Almaniyada son sutkada 15 mindən çox COVID-19-a yoluxma aşkar edilib

08 May 2021, 16:23 (GMT +4)
"Qarabağ" Portuqaliyada oynayan futbolçu ilə maraqlanır

08 May 2021, 16:20 (GMT +4)
Suraxanıda nişan mərasimi keçirən 57 nəfər cərimələnib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66