Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Martda 1200-ə yaxın sahibkar təlim və məsləhət xidmətlərindən faydalanıb

19 Aprel 2021, 10:00 (GMT +4)

Bakı, 19 aprel, SalamNews. Bu ilin mart ayında İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB inkişaf mərkəzləri (KOBİM) tərəfindən mikro, kiçik və orta biznes (KOB) subyektləri, startaplar və biznesə başlamaq istəyənlər üçün müxtəlif mövzularda və əsasən onlayn formatda olmaqla 47 təlim təşkil edilib.

SalamNews-un KOBİA-ya istinadən verdiyi məlumata görə, vergi, korporativ idarəetmə, rəqəmsal marketinq, satış, maliyyə mənbələrinə çıxış, sığorta, layihələrin və biznes planın hazırlanması və s. istiqamətləri əhatə edən təlimlərdən 1 200-ə yaxın sahibkar və biznesə başlamaq istəyənlər yararlanıb. Bunlardan 500-ə yaxını gənclər, 600-ə yaxını isə qadınlardır.

Ötən ay KOBİM-lərin peşəkar ekspertləri tərəfindən 70-ə yaxın sahibkara və biznes assosiasiyalarına müxtəlif istiqamətlər üzrə məsləhət xidmətləri göstərilib.

Ümumilikdə mart ayında KOB subyektləri daha çox biznes planın və layihələrin hazırlanması, büdcə tərtibatı, satış və marketinq üzrə məsləhət və təlim xidmətləri üçün KOBİM-lərə müraciət ediblər.

Mart ayında KOBİM-lərin dəstəyi ilə kino və video çəkiliş studiasının yaradılması, reklam fəaliyyəti, landşaft dizayn xidmətləri, konsaltinq və s. sahələrdə bir sıra yeni sahibkarlıq subyektləri yaradılıb.

KOBİM-lərin xidmətlərindən istifadə etmiş sahibkarlıq subyektləri həmçinin, biznes layihələrinin reallaşdırılması və sahibkarlıq fəaliyyətlərinin inkişaf etdirilməsi üçün maliyyə resurslarına çıxışla bağlı məlumatlandırılıb, dövlətin güzəştli kreditləri və digər maliyyə dəstəyi mexanizmlərindən yararlanması üçün müvafiq qurumlara yönləndirilib. Eyni zamanda, öz təsərrüfatını qurmaq istəyən potensial sahibkarlar müvafiq texnika və avadanlıqlarla təmin olunması üçün özünüməşğulluq proqramı ilə əlaqələndirilib.

Məlumat üçün bildirək ki, KOBİA-nın hazırda Bakı, Sumqayıt, Xaçmaz, Şəki və Yevlax şəhərlərində 5 KOB inkişaf mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərin təcrübəli və peşəkar ekspertləri tərəfindən sahibkarlıq fəaliyyəti ilə bağlı təlimlər keçirilir, məsləhət xidmətləri göstərilir, beynəlxalq proqramlarda iştiraka, maliyyə resurslarına çıxışa və s. dəstək verilir. KOBİM-lər tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir. Mikro, kiçik və orta sahibkarlıq subyektləri KOBİM-lər tərəfindən keçirilən təlimlər və mərkəzlərin digər xidmətləri barədə ətraflı məlumatı Agentliyin www.smb.gov.az və KOBİM-lərin www.kobim.az saytlarından əldə edə bilərlər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

19 May 2021, 01:55 (GMT +4)
Türkiyə Superliqasının qalibi olan "Beşiktaş" ölkə kubokunu da qazanıb

19 May 2021, 01:20 (GMT +4)
"Fənərbaxça"da prezident seçkilərinin vaxtı dəyişib

19 May 2021, 00:44 (GMT +4)
İtaliya A Seriyasını tərk edəcək 3-cü klub da müəyyənləşib

19 May 2021, 00:12 (GMT +4)
Güləşçimiz Avropa çempionu olub

18 May 2021, 18:02 (GMT +4)
Ağstafa rayon sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub

18 May 2021, 17:58 (GMT +4)
Çavuşoğlu: İsrail Ramazan bayramını zəhər etdi

18 May 2021, 17:51 (GMT +4)
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib

18 May 2021, 17:40 (GMT +4)
Rusiya XİN: Azərbaycan və Ermənistan sərhədindəki vəziyyəti yaxından izləyirik

18 May 2021, 17:39 (GMT +4)
İsrail BMT Təhlükəsizlik Şurasının qətnaməsinin qarşısını aldığına görə ABŞ-a təşəkkür edib

18 May 2021, 17:30 (GMT +4)
Bu il ƏƏSMN-in fəaliyyət sahələri üzrə 220 min elektron arayış verilib

18 May 2021, 17:20 (GMT +4)
Prezident dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb

18 May 2021, 17:08 (GMT +4)
İlham Əliyev: Belarusla hərbi sahədə əməkdaşlıq çox yaxşı nəticələr verir

18 May 2021, 16:58 (GMT +4)
Ermənistanın axtarışda olan keçmiş naziri İrəvan hava limanında saxlanılıb

18 May 2021, 16:50 (GMT +4)
Allahşükür Paşazadə Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

18 May 2021, 16:37 (GMT +4)
Azərbaycanda son sutkada 1024 nəfər COVID-19-dan sağalıb, 432 nəfər yoluxub

18 May 2021, 16:33 (GMT +4)
Misir Qəzzanın yenidənqurması üçün 500 milyon dollar ayırıb

18 May 2021, 16:27 (GMT +4)
Sergey Ryabkov: Moskva dost olmayan dövlətlərin siyahısını genişləndirə bilər

18 May 2021, 16:21 (GMT +4)
Bu il Azərbaycan 19 min tondan artıq qarğıdalı idxal edib

18 May 2021, 16:10 (GMT +4)
Azərbaycan Prezidenti Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpasında iştiraka dəvət edib

18 May 2021, 16:01 (GMT +4)
“Çelsi”də ilin ən yaxşı futbolçusu bəlli olub

18 May 2021, 15:58 (GMT +4)
Hindistanda COVID-19-dan ölənlərin sayında yeni anti-rekord qeydə alınıb

18 May 2021, 15:55 (GMT +4)
ADY: Bakı-Qəbələ qatarı üçün gediş haqqı hələ müəyyən edilməyib

18 May 2021, 15:41 (GMT +4)
Oljas Süleymenov “Şərəf” ordeni ilə təltif edilib

18 May 2021, 15:35 (GMT +4)
İordan çayının qərbində İsrail qüvvələrinin atəşi nəticəsində 23 fələstinli həyatını itirib

18 May 2021, 15:30 (GMT +4)
Prezident İlham Əliyev Belarusun müdafiə nazirini qəbul edib

18 May 2021, 15:23 (GMT +4)
"Yuventus" yeni formasını təqdim edib - (FOTOLAR)

18 May 2021, 15:20 (GMT +4)
ABŞ digər ölkələrə 80 milyona yaxın COVID-19-a qarşı peyvənd dozu göndərmək niyyətindədir

18 May 2021, 15:14 (GMT +4)
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilir 

18 May 2021, 15:04 (GMT +4)
Gömrük Akademiyasında “RENFUL” şirkətinin mütəxəssisləri təlimlər keçirlər (FOTO)

18 May 2021, 15:00 (GMT +4)
AFFA "Sumqayıt" və "Zirə"nin şikayətinə baxıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66