Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Şamaxıda ilk dəfə çörəkotu əkininə başlanılıb

19 Aprel 2021, 17:59 (GMT +4)

Bakı, 19 aprel, SalamNews. Xaricdə yaşayan həmvətənimiz Ariz Zeynalov Kənd Təsərrüfatı Nazirliyinin sosial media hesabına yazaraq bu sahəyə maraq göstərdiyini və əkin üçün lazım olacaq dəstəyini ifadə edib.

SalamNews bu barədə nazirliyə məxsus "Aqroservis" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, dərhal təklifə operativ reaksiya verilib. ASC bu sahənin inkişafına dəstək həmçinin digər fermerlərimizin də bu sahəyə marağının artırılmasını təşviq etmək üçün artıq bir sıra addımlar atıb.

Belə ki, Cəmiyyət ölkəmiz üçün qeyri-ənənəvi bitkiçilik olan bu sahələr üçün fermerlərə kompleks aqrotexniki xidmətlər təklifi hazırlayıb. Bu təkliflər çərçivəsində əkin üçün lazım olacaq bütün aqrotexniki işlər, texnika təminatı, beərilmədə istifadə ediləcək keyfiyyətli mineral gübrə təminatı, zərəvericilərə qarşı dərmanlar, həmçinin məhsulun itkisiz yığılıb fermerə təqdim edilməsi işləri həyata keçiriləcəkdir. Bitkinin sağlam inkişafı üçün bu sahədən irəli gələcək digər məsələlərin həlli istiqamətində müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulub.

Cəmiyyət tərəfindən çörəkotu bitkisinin əkilməsi üçün lazım olacaq aqro texniki işlər normativlərə uyğun formada hazırlanmışdır. Şamaxı rayonunun Böyük Xınıslı kəndində torpağın əkinə yararlı olub-olmadığı müəyyən etmək üçün kompleks təhlillər aparılaraq, 1 hektar ərazidə çörəkotu bitkisi əkilib.

Çörəkotu qeyri-ənənəvi bitki olduğu üçün fermerlərin maarifləndirilməsi və bitkinin vegetasiya müddətində düzgün qulluğun edilməsi üçün “Aqroservis” ASC ilə Əkinçilik Elmi Tədqiqat İnstitutu ilə əməkdaşlıq edərək, bu kimi sahələrə alim aqronomların ayrılması, bitkinin düzgün inkişafı üçün aqro texniki məsəllələrin həlli istiqamətində müvafiq işlər görüb. Düzgün becərilmənin həlli istiqamətində ilk dəfə olaraq mədəni formada becəriləcək sahədə sınaq təcrübəsi də aparılacaq.

Ümumiyyətlə, görülən işlərin əsas məqsədi maarifləndirmə və bu sahəyə olan marağın artırılması ilə yanaşı, texniki təminat göstərmək, iqtisadi cəhətdən çox əhəmiyyətli olan qeyri-ənənəvi bitkiçiliyi inkişaf etdirmək həmçinin bu bitkinin əvvəlki şöhrətini yenidən qaytarmaqdır.

Qeyd edək ki, mütəxəsislərin apardıqları araşdırmalar çörəkotunun tərkibində 100-dən çox birləşmə olduğunu sübut edib. Bunlardan bəziləri nigellon və alpha pinen birləşmələri, Omega-3, Omega-6 yağ turşuları, selen, sink, dəmir, mis, kalsium mineralları və E vitaminidir. Bu birləşmələr və yağ turşuları xüsusən immunitet sisteminin qüvvətlənməsində son dərəcə vacib rol oynayır. Bu bitkinin yüksək təzyiqi normaya salmaq kimi bir funksiyası var. Yüksək təzyiqdən əziyyət çəkən insanlar müəyyən miqdarında çörək otu qəbul etdikdə təzyiqin düşməsinə kömək edir. Alimlər tərəfindən aparılan digər araşdırmalarda isə bu bitkinin yağının astmaya çox faydalı olduğu sübut edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

10 May 2021, 09:07 (GMT +4)
Son üç gündə Qüdsdə 560 fələstinli yaralanıb

10 May 2021, 09:00 (GMT +4)
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür

10 May 2021, 04:28 (GMT +4)
Ramazanın 27-ci gününün duası, iftar və imsak vaxtı

10 May 2021, 01:12 (GMT +4)
"Qarabağ" bütün komponentlərdə üstün idi - "Sabah" klubunun baş məşqçisi

10 May 2021, 00:55 (GMT +4)
UEFA Çempionlar Liqasının finalını İstanbuldan alır

10 May 2021, 00:35 (GMT +4)
Qurban Qurbanov: 15-20 futbolçu ilə maraqlanırıq

10 May 2021, 00:08 (GMT +4)
Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları yekunlaşıb

09 May 2021, 10:47 (GMT +4)
Əfqanıstanda qızlar məktəbində törədilən partlayışda ölənlərin sayı 50-i keçib (FOTO)

09 May 2021, 04:29 (GMT +4)
İran Səfirliyi Qarabağdakı ermənilərə yanacağın aparılması iddiasına münasibət bildirib

09 May 2021, 04:09 (GMT +4)
Ramazanın 26-cı gününün duası, iftar və imsak vaxtı

09 May 2021, 01:20 (GMT +4)
Yunan-Roma güləşçimiz Rafiq Hüseynov Olimpiadaya lisenziya qazanıb

09 May 2021, 01:01 (GMT +4)
İngiltərə çempionatı: "Çelsi" səfərdə qələbə qazanıb

09 May 2021, 00:40 (GMT +4)
Türkiyə çempionatı: "Qalatasaray" "Beşiktaş"ı məğlub edib

09 May 2021, 00:30 (GMT +4)
“Bavariya” ardıcıl 9-cu dəfə ölkə çempionu olub

09 May 2021, 00:05 (GMT +4)
Kişi voleybolçulardan ibarət millimiz Avro-2021-də ilk qələbəsini qazanıb

08 May 2021, 22:49 (GMT +4)
Güləşçimiz Rəsul Çunayev lisenziyasız qalıb

08 May 2021, 22:37 (GMT +4)
Azərbaycan Premyer Liqası: “Səbail” “Neftçi”yə, “Keşlə” “Sumqayıt”a uduzub

08 May 2021, 21:24 (GMT +4)
PSJ Neymarla müqaviləni yeniləyib

08 May 2021, 19:41 (GMT +4)
Olimpiya çempionumuz lisenziya qazana bilməyib

08 May 2021, 18:10 (GMT +4)
UEFA 9 Superliqa klubu ilə bağlı qərarı açıqlayıb

08 May 2021, 17:00 (GMT +4)
“Azərişıq” bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

08 May 2021, 16:54 (GMT +4)
İran Mərakeşin separatçıları dəstəkləməklə bağlı iddialarına münasibət bildirib

08 May 2021, 16:52 (GMT +4)
AFFA-nın icraçı vitse-prezidenti Britaniya səfiri ilə görüşüb

08 May 2021, 16:50 (GMT +4)
Baş Prokurorluqda Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib (FOTO)

08 May 2021, 16:48 (GMT +4)
Mexikoda metro körpüsünün uçması nəticəsində ölənlərin sayı 26-ya yüksəlib

08 May 2021, 16:45 (GMT +4)
Müdafiə Nazirliyi: Hazırda itkin düşmüş hərbçilərin sayı 19 nəfərdir

08 May 2021, 16:40 (GMT +4)
Azərbaycanda son sutkada 1 720 nəfər koronavirusdan sağalıb, 649 nəfər yoluxub

08 May 2021, 16:34 (GMT +4)
"Sabah" - "Qarabağ" matçı FİFA referisinə tapşırılıb

08 May 2021, 16:30 (GMT +4)
DSX Akade­miyasının 10-cu buraxılış mərasimi keçiril­ib

08 May 2021, 16:27 (GMT +4)
Almaniyada son sutkada 15 mindən çox COVID-19-a yoluxma aşkar edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66