Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

DİM: Bu gün 9 minə yaxın şagird buraxılış imtahanı verəcək

22 Aprel 2021, 09:00 (GMT +4)

Bakı, 22 aprel, SalamNews. Aprelin 22-də Ağdaş, Beyləqan, Cəlilabad, Goranboy, Qobustan, Salyan, Ucar, Xaçmaz, Zaqatala rayonlarında və Naftalan şəhərində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

DİM-dən SalamNews-a bildirilib ki, bu gün keçiriləcək imtahanlarda 8 790 şagirdin iştirakı gözlənilir.

İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün prosesboyu (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

-İmtahana buraxılış vərəqəsi;

-Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

-Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

-Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Şagirdlər imtahana buraxılış vərəqəsini DİM-in saytından aprelin 12-dən etibarən çap edib götürə bilirlər.

Qeyd edək ki, aprelin 23-də isə Bakı şəhərinin Nərimanov, Qaradağ, Xəzər, Yasamal rayonlarında, Abşeron, Ağsu, Balakən, Füzuli, Masallı, Neftçala, Quba, Zərdab rayonlarında və Mingəçevir şəhərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək. Bu imtahanlarda 17679 şagirdin iştirakı gözlənilir. Beləliklə, aprelin 22-də və 23-də keçiriləcək buraxılış imtahanlarında ümumilikdə 26469 şagirdin iştirakı nəzərdə tutulur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Müdrik siyasət və Qarabağ Zəfəri” kitabının təqdimatı keçirilib

AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub

Dünya ictimaiyyətinin laqeydliyinə görə fələstinlilərə qarşı qəsbkar addımlar davam edir - Həsən Ruhani

DİM: İmtahan nəticələri bayramdan sonra elan olunacaq

İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım veriləcək (Sərəncam)

Bu gün DİM 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək

Polad Həşimovun ailəsinə «General Qasim Süleymani» ordeni təqdim olunub (FOTO)

"Azercell" yeni "Biznesim" tarif planlarını və "Biznesim Klubu" loyallıq proqramını təqdim edib

Dimitar Berbatov federasiya prezidenti olmaq istəyir

“Human Rights Watch” İsraili irqçilikdə və müharibə cinayəti həddinə çatan addımları həyata keçirməkdə ittihamlandırıb

Mikayıl Cabbarov: "Beynəlxalq yükdaşımalarda yerli şirkətlərin payının artımı üçün addımlar atılmalıdır"

Çernobıl əlillərinə 30 mənzil təqdim olunub

İsrail polisinin geri addım atması Fələstində sevinclə qarşılanıb (VİDEO)

Sənan Süleymanov: Avropa çempionatında haqsızlıqla üzləşdim

Azərbaycan Prezidentinin BMT-nin tədbirində videoformatda çıxışı təqdim edilib

Vladimir Putinlə Nikol Paşinyan arasında telefon danışığı baş tutub

Baş nazir Teymur Musayevi Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib

Səfir: Bayden Ermənistanı mina xəritələrini təqdim etməyə məcbur etməlidir

DİM abituriyentlərə müraciət edib

Bakıda xadimə işlədiyi evdən 45 min manat oğurlayıb

10 May 2021, 04:28 (GMT +4)
Ramazanın 27-ci gününün duası, iftar və imsak vaxtı

10 May 2021, 01:12 (GMT +4)
"Qarabağ" bütün komponentlərdə üstün idi - "Sabah" klubunun baş məşqçisi

10 May 2021, 00:55 (GMT +4)
UEFA Çempionlar Liqasının finalını İstanbuldan alır

10 May 2021, 00:35 (GMT +4)
Qurban Qurbanov: 15-20 futbolçu ilə maraqlanırıq

10 May 2021, 00:08 (GMT +4)
Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları yekunlaşıb

09 May 2021, 10:47 (GMT +4)
Əfqanıstanda qızlar məktəbində törədilən partlayışda ölənlərin sayı 50-i keçib (FOTO)

09 May 2021, 04:29 (GMT +4)
İran Səfirliyi Qarabağdakı ermənilərə yanacağın aparılması iddiasına münasibət bildirib

09 May 2021, 04:09 (GMT +4)
Ramazanın 26-cı gününün duası, iftar və imsak vaxtı

09 May 2021, 01:20 (GMT +4)
Yunan-Roma güləşçimiz Rafiq Hüseynov Olimpiadaya lisenziya qazanıb

09 May 2021, 01:01 (GMT +4)
İngiltərə çempionatı: "Çelsi" səfərdə qələbə qazanıb

09 May 2021, 00:40 (GMT +4)
Türkiyə çempionatı: "Qalatasaray" "Beşiktaş"ı məğlub edib

09 May 2021, 00:30 (GMT +4)
“Bavariya” ardıcıl 9-cu dəfə ölkə çempionu olub

09 May 2021, 00:05 (GMT +4)
Kişi voleybolçulardan ibarət millimiz Avro-2021-də ilk qələbəsini qazanıb

08 May 2021, 22:49 (GMT +4)
Güləşçimiz Rəsul Çunayev lisenziyasız qalıb

08 May 2021, 22:37 (GMT +4)
Azərbaycan Premyer Liqası: “Səbail” “Neftçi”yə, “Keşlə” “Sumqayıt”a uduzub

08 May 2021, 21:24 (GMT +4)
PSJ Neymarla müqaviləni yeniləyib

08 May 2021, 19:41 (GMT +4)
Olimpiya çempionumuz lisenziya qazana bilməyib

08 May 2021, 18:10 (GMT +4)
UEFA 9 Superliqa klubu ilə bağlı qərarı açıqlayıb

08 May 2021, 17:00 (GMT +4)
“Azərişıq” bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

08 May 2021, 16:54 (GMT +4)
İran Mərakeşin separatçıları dəstəkləməklə bağlı iddialarına münasibət bildirib

08 May 2021, 16:52 (GMT +4)
AFFA-nın icraçı vitse-prezidenti Britaniya səfiri ilə görüşüb

08 May 2021, 16:50 (GMT +4)
Baş Prokurorluqda Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib (FOTO)

08 May 2021, 16:48 (GMT +4)
Mexikoda metro körpüsünün uçması nəticəsində ölənlərin sayı 26-ya yüksəlib

08 May 2021, 16:45 (GMT +4)
Müdafiə Nazirliyi: Hazırda itkin düşmüş hərbçilərin sayı 19 nəfərdir

08 May 2021, 16:40 (GMT +4)
Azərbaycanda son sutkada 1 720 nəfər koronavirusdan sağalıb, 649 nəfər yoluxub

08 May 2021, 16:34 (GMT +4)
"Sabah" - "Qarabağ" matçı FİFA referisinə tapşırılıb

08 May 2021, 16:30 (GMT +4)
DSX Akade­miyasının 10-cu buraxılış mərasimi keçiril­ib

08 May 2021, 16:27 (GMT +4)
Almaniyada son sutkada 15 mindən çox COVID-19-a yoluxma aşkar edilib

08 May 2021, 16:23 (GMT +4)
"Qarabağ" Portuqaliyada oynayan futbolçu ilə maraqlanır

08 May 2021, 16:20 (GMT +4)
Suraxanıda nişan mərasimi keçirən 57 nəfər cərimələnib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66