Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Qərbi Azəri” platformasından hasilat 15 gün müddətinə dayandırılacaq

21 Aprel 2021, 15:05 (GMT +4)

Bakı, 21 aprel, SalamNews. “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağının illik iş proqramının bir hissəsi olaraq “Qərbi Azəri” platformasının planlaşdırılmış dayandırılması proqramı həyata keçiriləcək.

Bu barədə SalamNews-a yatağın işlənməsi layihəsinin əməliyyatçısı olan “BP-Azerbaijan” şirkətindən məlumat verilib.

Məlumata görə, plana əsasən “Qərbi Azəri” platformasından hasilat 2021-ci il aprel ayının 22-dən 15 gün müddətinə dayandırılacaq ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparılsın. Bu proqram çərçivəsində müxtəlif layihələr, o cümlədən məşəl uclarının dəyişdirilməsi, alışdırma sisteminin modernləşdirilməsi, nukleonik mənbələrin dəyişdirilməsi və vacib təmir işləri həyata keçiriləcək. Bu işlər platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan istismar qabiliyyətini uzun müddət davam etdirməsi üçündür.

Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Bu proqramın planlaşdırılması işlərinə 2020-ci ildən başlanıb və proqram üzrə həyata keçirilən işlər 2021-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilmişdir. Platformanın müvəqqəti dayandırılması həmçinin bu ilin hasilat planına da daxil edilib.

AÇG-nin digər platformalarından, həmçinin Şahdəniz yatağının platformalarından hasilat, Bakı-Tbilisi-Ceyhan, Qərb Marşrutu İxrac Boru Kəməri və Cənub Qafqaz Boru Kəməri vasitəsilə ixrac əməliyyatları normal davam edəcək. Səngəçal terminalı da normal işləyəcək, həmçinin Ceyhan və Supsa terminallarında tankerlərin yüklənməsi və yola salınması cədvələ uyğun davam edəcək.

Bu planlaşdırılmış proqramlar müntəzəm aparılan inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının vacib bir hissəsidir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

13 May 2021, 13:09 (GMT +4)
İsrailin Qəzzaya hücumunda ölənlərin sayı 83-ə çatıb, onların 24-ü uşaq və qadındır

13 May 2021, 09:34 (GMT +4)
Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Şuşadan Azərbaycan xalqını təbrik edib

13 May 2021, 09:06 (GMT +4)
Şuşada bayram namazı qılınır (CANLI YAYIM)

13 May 2021, 06:40 (GMT +4)
Ərdoğan: Qüdsün şərəfini qorumaq bütün müsəlmanların borcudur və İsrail durdurulmalıdır

13 May 2021, 06:03 (GMT +4)
Azərbaycanda müqəddəs Ramazan bayramı qeyd olunur

12 May 2021, 23:19 (GMT +4)
Mükafatların verildiyi gün – Sabah Ramazan bayramıdır

12 May 2021, 22:59 (GMT +4)
Qəzzada aviazərbələr nəticəsində media nümayəndəliklərinin olduğu hündür bina çöküb (VİDEO)

12 May 2021, 17:22 (GMT +4)
ABŞ, Kanada və Avropada Fələstinə dəstək aksiyası keçirilib (VİDEO)

12 May 2021, 17:01 (GMT +4)
Özbəkistanda Qurani-Kərimin dünyada ən böyük  əlyazma səhifəsi  hazırlanıb

12 May 2021, 16:53 (GMT +4)
Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin xalis mənfəəti kəskin azalıb

12 May 2021, 16:42 (GMT +4)
AAYDA: Paytaxtın İlqar Musayev küçəsində təmir işləri bu gün başa çatacaq

12 May 2021, 16:30 (GMT +4)
Saatlıda heyvan oğruları saxlanılıb

12 May 2021, 16:17 (GMT +4)
Şəmkirdə minik avtomobili yanıb

12 May 2021, 16:06 (GMT +4)
Hindistanda COVID-19-dan ölənlərin sayında yeni anti-rekord qeydə alınıb

12 May 2021, 16:04 (GMT +4)
Lənkəranda evdən 3 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

12 May 2021, 15:59 (GMT +4)
İsrailin Qəzzaya aviazərbələri nəticəsində ölənlərin sayı 53-ə çatıb, onların 14-ü uşaqdır

12 May 2021, 15:52 (GMT +4)
İlham Əliyev: Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur

12 May 2021, 15:40 (GMT +4)
ABŞ səfirliyinin mətbuat katibi Rusiyada persona non-qrata elan edildiyini təsdiqləyib

12 May 2021, 15:35 (GMT +4)
Yuxarı Gövhərağa məscidi təmir olunub

12 May 2021, 15:28 (GMT +4)
Prezident: Şuşanın azad edilməsi Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi

12 May 2021, 15:24 (GMT +4)
AAYDA: Bakının Mikayıl Müşfiq küçəsində təmir işləri bu gün başa çatacaq

12 May 2021, 15:11 (GMT +4)
Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub

12 May 2021, 15:05 (GMT +4)
Prezident Şuşada bərpa edilən “Xan qızı” bulağında olub

12 May 2021, 15:05 (GMT +4)
ABŞ-da boru xəttinə kiberhücum səbəbilə benzin qıtlığı müşahidə edilir

12 May 2021, 14:54 (GMT +4)
Şuşada “Xarıbülbül” musiqi festivalı keçirilib (CANLI YAYIM)  

12 May 2021, 14:42 (GMT +4)
Azərbaycanın Gürcüstandakı səfirliyində iftar təşkil edilib

12 May 2021, 14:30 (GMT +4)
MN: Azərbaycan Ordusunda təlimlər keçiriləcək

12 May 2021, 14:22 (GMT +4)
Ərdoğan İslam dünyasını Ramazan bayramı münasibətilə təbrik edib

12 May 2021, 14:16 (GMT +4)
Ağac kəsən şəxs cəzalandırılıb

12 May 2021, 14:06 (GMT +4)
Pakistanın baş naziri Fələstini dəstəkləyən paylaşım edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66