Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Səhiyyə Nazirliyi koronavirusa qarşı evdə müalicə prosesinə aydınlıq gətirib

22 Aprel 2021, 17:45 (GMT +4)

Bakı, 22 aprel, SalamNews. “PZR testi (polimeraz zəncir reaksiyası) pozitiv olan şəxslər 2 həftə müddətində ev şəraitində özlərini təcrid etməlidirlər. Özünü təcrid etməklə onlar ətrafda olan insanları virusa yoluxdurmur, eyni zamanda xəstəlik inkişaf edərsə, onun ağırlaşmasının qarşısını alınır”.

SalamNews-un məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə bildirib.

Onun sözlərinə görə, xəstəliyi simptomsuz (klinik əlaməti olmayan) keçirən xəstələrdə ev şəraitində həkim nəzarətində olmalıdır. Testi pozitiv çıxan, lakin heç bir klinik laborator dəyişikliyi olmayan şəxslərə müalicə təyin edilmir: “Hər bir xəstəyə fərdi yanaşılmalıdır. Xəstənin yaşı, yanaşı xəstəliyi, xəstəliyin ağırlıq dərəcəsi və s. kimi şərtlər mütləq nəzərə alınmalıdır. Xəstəliyin ağırlıq dərəcəsindən, yanaşı xəstəliklərdən aslı olaraq müalicə müddəti dəyişilə bilər. Orta hesabla müalicə müddəti 2 həftədir. Ağırlaşmış xəstələrdə bu müddət uzana bilər. Qeyd etdiyim kimi xəstəliyi simptomsuz keçirən şəxslərə heç bir müalicə təyin edilmir. Bu şəxslər yalnız özlərini ev şəraitində 2 həftə təcrid etməlidir.

Xəstəliyi yüngül keçirənlərə 10-14 gün müddətində yalnız tərkibi vitaminlər və minerallarla zəngin olan polivitaminlər təyin edilə bilər. Xəstəliyi yüngül və orta ağır keçirən şəxslər gün ərzində bol maye qəbul etməli, kifayət qədər vitamin və zülalla zəngin qidalarla qidalanmalıdırlar. Xəstəliyi ağır keçirən şəxslərinin daimi olaraq həkim nəzarəti, laborator müayinələr və oksigenə ehtiyacı olduğu üçün stasionar müalicə olunması zəruridir. Evdə müalicə prinsiplərinə elə riayət olunmalıdır ki, sonradan xəstə ağırlaşıb xəstəxanaya düşməsin”.

O qeyd edib ki, evdə COVID-19-a yoluxmuş şəxs varsa, digər ailə üzvlərini qorumaq məqsədilə yoluxan şəxs digər otaqda yerləşdirilməlidir: “Ailə üzvləri hamısı maska taxmalı, yoluxmuş şəxslə kontaktda olmamalı, otaqların havası tez-tez dəyişilməli, ümumi istifadədə olan mətbəx və sanitar qovşağı gündəlik dezinfeksiya edici vasitələrlə təmizlənməlidir. Evdə COVID-19-a yoluxmamış şəxslər varsa onlar qeyd etdiyimiz tədbirlərlə yanaşı, immun sistemin zəifləməsinin qarşısını almaq məqsədilə özlərini soyuqdan qorumalı, kifayət qədər vitaminli və zülalla zəngin olan qidalar qəbul etməlidir. Çox təəssüflə onu qeyd etmək istəyirəm ki, test nəticəsi pozitiv çıxan kimi vətəndaşlarımız müxtəlif qruplardan olan antibiotiklər qəbul edirlər. Bəzi hallarda isə zərurət olmadan ilkin olaraq ehtiyat antibiotiklərdən istifadə edilir. Onu da qeyd edim ki, hər xəstəyə antibiotik təyin edilmir. Ümumiyyətlə antibiotiklər həkim müayinəsindən sonra təyin edilməlidir.

Xəstəliyi simptomsuz və yüngül keçirən şəxslərə antibiotik təyin edilmir. Xəstəliyi orta-ağır keçirənlərə isə antibiotiklər laborator müayinələrin nəticələrinə əsasən təyin edilməlidir. Antibiotiklərin düzgün seçimi üçün antibiotikoqramma aparılmalıdır. Antibiotiklərin gündəlik dozası, təyin olunma müddəti mütləq həkim tərəfindən müəyyən edilməlidir. Bəzən antibiotiklərin təyininə zərurət olmadığı halda xəstələr uzun müddət antibiotiklər qəbul edirlər ki, bu da sonradan ağırlaşmalara səbəb olur”.

Mütəxəssis deyib ki, test nəticəsi pozitiv çıxan şəxslər evdə özlərini özbaşına müalicə etməkdənsə, öncə yaşadığı ərazidə yerləşən poliklinika həkimlərinə müraciət etməlidir: “Xəstələrin böyük əksəriyyəti bu gün şablon reseptlərdən istifadə edir, xəstəlikdən sağalan digər şəxslərin istifadə etdikləri dərmanları qəbul edirlər. Həkimə müraciət etmədən ev şəraitində özbaşına ehtiyac olmadan müxtəlif antibiotiklər, antiviral preparatlar, qan durulducu, hormonal və s. kimi preparatlar qəbul edirlər. Bir çox hallarda insanlar ehtiyac olmadığı halda günlərlə vena daxili infuziyalardan istifadə edirlər. Nəticədə xəstəliyin gedişi ev şəraitində ağırlaşır, xəstəni xəstəxanaya köçürməli olurlar.

İnsanların çox hissəsi sanki düşünür ki, virusa yoluxmuş şəxslərin hamısına eyni müalicə aparılır, bütün xəstələrə eyni dərmanlar təyin edilir. Qeyd edim ki, dərmanlar həkim tərəfindən təyin ediləndə, dərmanların göstəriş və əks-göstərişləri, əlavə təsirləri mütləq nəzərə alınır.

Bəzi hallarda xəstələr həkimlərə yox, tibb bacılarına müraciət edirlər. Tibb bacıları xəstəliyin ağırlıq dərəcəsini qiymətləndirə bilmədən, yanaşı xəstəliklərini nəzərə almadan əsassız yerə göstəriş olmadan müxtəlif preparatları xəstələrə vururlar ki, bu da ağırlaşmalara səbəb olur”.

V.Cavadzadə eyni zamanda əlavə edib ki, insanlar bəzən 3-4 antiviral preparatlar alıb qəbul edirlər: “Hətta COVID-19 infeksiyasına yoluxmayan insanlar belə bu preparatları alıb qəbul edirlər ki, bu da sonradan müxtəlif fəsadlara yol açır. Ümumiyyətlə, COVID-19 infeksiyasının müalicəsində effektiv təsir göstərən hər hansı bir antiviral preparat mövcud deyil. Qısaca desək, COVID-19 infeksiyasının müalicəsində antiviral preparatların effektivliyi elmi-tədqiqatlarla sübuta yetirilməyib.

 

COVID-19 infeksiyası dünyada yayılmağa başlayan gündən bir sıra antiviral preparatlar tətbiq edilməyə başladı. Amma zaman keçdikdə klinik laborator nəticələr təhlil edildikdən sonra həmin preparatlar müalicədən çıxarıldı”.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Səhiyyə Nazirliyi: İgG analizi ilə COVID-19 pasportu almaq olmaz

Səhiyyə Nazirliyi Küveytə səfər edən Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib

İrəvanda Səhiyyə Nazirliyinin binası keçirilən aksiyanın iştirakçıları saxlanılıb

Səhiyyə Nazirliyi bəzi poliklinikalarda yaranan növbələrə münasibət bildirib

Rusiya Səhiyyə Nazirliyi ölkədə koronavirusla bağlı vəziyyəti gərgin adlandırıb

Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı genişləndirilib

Qırğızıstan Səhiyyə Nazirliyi qarşıdurma nəticəsində 31 nəfərin öldüyünü açıqlayıb

Baş nazir Teymur Musayevi Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib

BMT Səhiyyə Nazirliyinə 3 təcili yardım maşını hədiyyə edib

İran Səhiyyə Nazirliyi koronavirusa görə ölkədə iş yerlərinin iki həftəlik bağlanılmasını istəyib

Bild: Almaniya Səhiyyə Nazirliyinin rəhbərinə qarşı iddia qaldırılıb

Rusiya Səhiyyə Nazirliyi "Sputnik Light" koronavirus peyvəndini qeydiyyatdan keçirib

Səhiyyə Nazirliyi: “Sputnik V” peyvəndi yaxın vaxtlarda ölkəyə gətiriləcək

Səhiyyə Nazirliyi vaksinasiya ilə bağlı vətəndaşlara müraciət edib

Səhiyyə Nazirliyi: Azərbaycanda koronavirusa yoluxma azalıb

Ombudsman Səhiyyə Nazirliyinə müraciət edəcək

Səhiyyə Nazirliyi: Müharibə dövründə hərbçilərimizdə ən çox rast gəlinən psixoloji hal kəskin stress reaksiyası olub

Səhiyyə Nazirliyi: Qrip əleyhinə peyvəndlərin 80 faizi istifadə edilib

ABŞ Səhiyyə Nazirliyi Baydenlə işləməkdən imtina edib

Səhiyyə Nazirliyi: Qripə qarşı hər kəs poliklinikaya müraciət edib pulsuz peyvənd oluna bilər

22 İyun 2021, 18:23 (GMT +4)
Burada gördüklərim məni heyrətləndirib - "Qarabağ"ın yeni transferi

22 İyun 2021, 18:02 (GMT +4)
Nazir: “Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini daha üst səviyyəyə qaldıracaq”

22 İyun 2021, 17:52 (GMT +4)
Rayonlararası yeni su bölgüsü qrafikləri hazırlanıb və icrasına başlanılıb

22 İyun 2021, 17:45 (GMT +4)
İtaliyada yeniyetmə COVİD-19 peyvəndinə qarşı çıxan valideynlərini məhkəməyə verəcək

22 İyun 2021, 17:40 (GMT +4)
Taliban Əfqanıstan-Tacikistan sərhədində böyük sərhəd keçidini nəzarətə götürdüyünü iddia edib

22 İyun 2021, 17:31 (GMT +4)
Bakıda yaşayış komplekslərinin 85 %-i kanalizasiya şəbəkəsi ilə təmin olunacaq

22 İyun 2021, 17:21 (GMT +4)
Kür çayının dibi dərinləşdiriləcək

22 İyun 2021, 17:11 (GMT +4)
ABŞ-da atışma nəticəsində üç nəfər ölüb

22 İyun 2021, 17:08 (GMT +4)
Hərbi Prokurorluqda Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçularla görüş keçirilib

22 İyun 2021, 16:57 (GMT +4)
Azərbaycanda indiyədək vurulan COVID-19 əleyhinə peyvəndin sayı 3 milyonu keçib

22 İyun 2021, 16:54 (GMT +4)
Merkel qaçqınlarla bağlı Türkiyə ilə əldə edilən razılaşmanı qorumağın zəruri olduğunu bildirib

22 İyun 2021, 16:46 (GMT +4)
Pakistan baş naziri ölkəsinin əvvəllər Talibanı dəstəkləməsini səhv addım adlandırıb

22 İyun 2021, 16:40 (GMT +4)
Azərbaycanda son sutkada 111 nəfər COVID-19-dan sağalıb, ölən olmayıb

22 İyun 2021, 16:32 (GMT +4)
AQTA 8 xəstəxanada nöqsan aşkarlayıb, sənədlər Baş Prokurorluğa göndərilib

22 İyun 2021, 16:27 (GMT +4)
Hərbi Dəniz Qüvvələrinin taktiki təlimlərində döyüş tapşırıqları icra olunur

22 İyun 2021, 16:20 (GMT +4)
Aprel-may aylarında Avropadan Azərbaycana könüllü qayıdanların sayı açıqlanıb

22 İyun 2021, 16:09 (GMT +4)
Bakı Nəqliyyat Agentliyinin ilk dəfə maliyyə hesabatı açıqlanıb

22 İyun 2021, 15:51 (GMT +4)
Ceyhun Bayramov: "Azərbaycan YUNESKO və BMT QAK-dan cavab gözləyir"

22 İyun 2021, 15:44 (GMT +4)
İnterpol tərəfindən axtarışda olan PKK terrorçusu İraqda ələ keçirilib

22 İyun 2021, 15:33 (GMT +4)
Yəməndə Səudiyyə Ərəbistanına qarşı “Uşaqların böyük aksiyası” keçirilir (VİDEO)

22 İyun 2021, 15:24 (GMT +4)
“Qarabağ uşaqların gözü ilə” müsabiqəsinin qalibləri müəyyənləşib

22 İyun 2021, 15:17 (GMT +4)
Köçəryanın partiyası parlament seçkilərinin nəticələrinə etiraz edəcək

22 İyun 2021, 15:08 (GMT +4)
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi açıqlama yayıb

22 İyun 2021, 15:01 (GMT +4)
Daha bir futbolçu "Qəbələ"dən ayrılıb

22 İyun 2021, 14:59 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxanların sayı 360 min nəfəri keçib

22 İyun 2021, 14:45 (GMT +4)
Şuşada bərk məişət tullantılarının yığılması və zərərsizləşdirilməsi “Təmiz Şəhər” ASC-yə həvalə edilib - SƏRƏNCAM

22 İyun 2021, 14:36 (GMT +4)
İsrail işğal edilən Nablus rayonu ərazisində fələstinlilərin 20 evini sökəcəyini bildirib

22 İyun 2021, 14:32 (GMT +4)
“SABAH” qruplarında müəllim işləmək istəyənlərin qeydiyyatı bu gün yekunlaşır

22 İyun 2021, 14:27 (GMT +4)
Rusiyada koronavirusdan ölənlərin sayı 130 mini keçib

22 İyun 2021, 14:19 (GMT +4)
“Qarabağ” - “Keşlə” matçının başlama vaxtı açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66