Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

DSX: Ermənistan Azərbaycanla sərhəddə təxribatlar törədib

22 Aprel 2021, 12:45 (GMT +4)

Bakı, 22 aprel, SalamNews. Ermənistanın Baş naziri Nikol Paşinyanın cari ilin aprel ayının 21-də Zəngəzur vilayətinə məlum səfərindən sonra Ermənistan tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatlar törədilib.

Bu barədə SalamNews-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib.

Belə ki, həmin gün axşam saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Seyidlər kəndində yerləşən DSX-nin bölmələri, eləcə də bu istiqamətdə Ermənistan tərəfdə xidmət aparan Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin bölmələrinin yerləşdiyi mövqelər Ermənistan hərbi qulluqçuları tərəfindən atəşə tutulub.

Hadisə ilə bağlı Rusiya sərhədçiləri azərbaycanlı həmkarlarına müraciət edərək təxribat törədən şəxslərin içkili vəziyyətdə olduqlarını bildirib və hadisəyə reaksiya verilməməsini xahiş ediblər.

Rusiya tərəfinin müraciətini nəzərə alaraq, Azərbaycan sərhədçiləri tərəfindən təmkinlik nümayiş etdirilib və cavab atəşi açılmayıb. Hadisədən sonra təxribat törədən Ermənistan hərbi qulluqçularının ərazidən uzaqlaşdırılması barədə Azərbaycan tərəfinə məlumat verilib.

Eyni zamanda, həmin gün Qubadlı rayonunun Şurnux kəndi istiqamətində 30-40 avtomobildə dövlət sərhədinə doğru hərəkət edən bir qrup şəxs erməni dilində Azərbaycan əleyhinə şüarlar səsləndiriblər.

"Dövlət Sərhəd Xidməti rəsmi olaraq bildirir ki, bu cür təxribat halları gələcəkdə bir daha təkrarlanacağı halda tərəfimizdən ən kəskin cavab tədbirləri görüləcəkdir",- açıqlamada qeyd edilib.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DSX: Azərbaycan-Gürcüstan sərhədini pozan qaraçılar saxlanılıb

DSX: 9 kq-a yaxın narkotikin, çoxlu sayda psixotrop maddənin ölkəyə keçirilməsinin qarşısı alınıb

DSX: Vətən müharibəsində PUA-larla düşmənin 290 hədəfi və çoxsaylı canlı qüvvəsi məhv edilib

DSX: Ölkəyə 33 kq narkotik keçirilməsinin qarşısı alınıb

DSX rəhbərliyi şəhid sərhədçilərin ailələrinə və Vətən müharibəsi qazilərinə baş çəkib

DSX-nin hərbi hissələrində gənc əs­gərlərin andiçmə mərasimləri keçirilib

DSX əməkdaşları 21 kq-dan artıq narkotik vasitə aşkarlayıb

DSX: Axtarışda olan 278 nəfər saxlanılıb

DSX: İranla sərhəddə silahlı insident olub, bir qaçaqmalçı öldürülüb

DSX və SOCAR qanunsuz balıq ovu ilə bağlı birgə məlumat yayıb

DSX-nin yol qəzasında həlak olan hərbçilərinə şəhid statusu veriləcək

DSX Laçında 2 hərbçinin ölümü ilə bağlı rəsmi məlumat yayıb

DSX: Sərhədçilərimizə atəş açan cinayətkar zərərsizləşdirilib

DSX Zəngilanda erməni təxribat-diversiya qrupunun zərərsizləşdirilməsi xəbərinə münasibət bildirib

Zəngilanda DSX-nin yeni hərbi hissəsi fəaliyyətə başlayıb

Baş Prokurorluq, DİN və DSX 2 sərhədçinin öldürülməsi ilə bağlı birgə məlumat yayıb

DİN: DSX-nın iki hərbçisini qətlə yetirdikdən sonra dağda gizlənən iranlı sərhəd pozucularından biri zərərsizləşdirilib

DSX-nin bütün hərbi hissə və bölmələrində Ümummilli Liderin anadan olmasının 98-ci ildönümü qeyd olunub

DSX Akade­miyasının 10-cu buraxılış mərasimi keçiril­ib

DSX rəisi düşmənin SU-25 döyüş təyyarəsinin məhv edilməsinin təfərrüatını açıqlayıb

18 Sentyabr 2021, 17:01 (GMT +4)
Avstraliyada karantinlə bağlı etiraz aksiyalarında 260-dan çox insan həbs edilib

18 Sentyabr 2021, 16:52 (GMT +4)
Gəncədə 600-dən yuxarı bal toplayan məzunlarla görüş keçirilib

18 Sentyabr 2021, 16:40 (GMT +4)
Pentaqon Rusiyanın ABŞ üçün Çindən daha böyük təhlükəyə çevrilə biləcəyi qənaətindədir

18 Sentyabr 2021, 16:36 (GMT +4)
“Bursaspor”un baş məşqçisi Namik Ələskərovla xüsusi görüş keçirib

18 Sentyabr 2021, 16:35 (GMT +4)
Suriyada enerji xəttinin partladılması nəticəsində əksər əyalətlər işıqsız qalıb

18 Sentyabr 2021, 16:28 (GMT +4)
Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

18 Sentyabr 2021, 16:16 (GMT +4)
Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

18 Sentyabr 2021, 16:06 (GMT +4)
İƏT OA faktaraşdırıcı missiyanın yekunlarına dair bəyanat qəbul edib 

18 Sentyabr 2021, 15:54 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

18 Sentyabr 2021, 15:42 (GMT +4)
Azərbaycanda son sutkada 2042 nəfər COVID-19-a yoluxub, 29 nəfər ölüb

18 Sentyabr 2021, 15:35 (GMT +4)
Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 7 terrorçunu məhv edib

18 Sentyabr 2021, 15:26 (GMT +4)
Suriya ordusu 10 ildən sonra Təfas qəsəbəsini nəzarətə götürüb

18 Sentyabr 2021, 15:21 (GMT +4)
MN: Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir (VİDEO)

18 Sentyabr 2021, 15:10 (GMT +4)
“Azneft”in bir qrup işçisi təltif edilib

18 Sentyabr 2021, 14:58 (GMT +4)
Çində yol qəzasında 6 nəfər ölüb, 13 nəfər yaralanıb

18 Sentyabr 2021, 14:52 (GMT +4)
Əfsanəvi futbolçu Pelenin səhhəti yenidən pisləşib

18 Sentyabr 2021, 14:51 (GMT +4)
Anar Kərimov: Ruhumuzu və mədəniyyətimizi Şuşaya qaytarmışıq

18 Sentyabr 2021, 14:41 (GMT +4)
Pakistanın baş naziri Talibanla danışıqlar apardığını bildirib

18 Sentyabr 2021, 14:30 (GMT +4)
Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib

18 Sentyabr 2021, 14:27 (GMT +4)
Rusiya Xəzər flotiliyasının iki hərbi gəmisi Bakıya gəlib (FOTO)

18 Sentyabr 2021, 14:15 (GMT +4)
Rusiyada COVID-19-dan ölənlərin sayı 197 mini keçib

18 Sentyabr 2021, 14:06 (GMT +4)
Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb

18 Sentyabr 2021, 13:54 (GMT +4)
Yəmən paytaxtında hökumət başçısının terrorunda əli olanlar mərkəzi meydanda edam ediliblər

18 Sentyabr 2021, 13:51 (GMT +4)
Şuşada ilk dəfə Milli Musiqi Günü keçirilir

18 Sentyabr 2021, 13:38 (GMT +4)
"Qəbələ" - "AZ Alkmar" matçının hakimləri açıqlanıb

18 Sentyabr 2021, 13:37 (GMT +4)
Tokayev Talibanla qeyri-rəsmi dialoqa başlamağı təklif edib

18 Sentyabr 2021, 13:30 (GMT +4)
Narkotik vasitələrdən istifadə edən taksi sürücüsü saxlanılıb

18 Sentyabr 2021, 13:20 (GMT +4)
Mədəniyyət xadimləri Qala divarları, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edib

18 Sentyabr 2021, 13:09 (GMT +4)
MMA döyüşçüsü Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəlib

18 Sentyabr 2021, 13:08 (GMT +4)
Gürcüstanda 1 997 yeni COVID-19-a yoluxma qeydə alınıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66