Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

"Azercell" LTE şəbəkəsinin əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirib

23 Aprel 2021, 10:40 (GMT +4)

Bakı, 23 aprel, SalamNews. Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom” LTE şəbəkəsinin əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirib.

Şirkətdən SalamNews-a verilən məlumata görə, təkcə ötən il ərzində “Azercell”in LTE şəbəkəsinin həm əhali baxımdan, həm də ərazi baxımdan coğrafi əhatəsi təxminən 11% genişləndirilib. Təkmilləşdirmə işlərinin aparıldığı müddət ərzində isə 2021-ci ilin mart ayının sonunadək şəbəkənin əhali üzrə əhatə dairəsi 85,3%-ə, coğrafi əhatə dairəsi isə 72,8%-dək artıb.

Layihə çərçivəsində 2021-ci ilin birinci rübü ərzində 201 LTE radio baza stansiyasında təkmilləşdirmə işləri aparılıb, mövcud 50 radio baza stansiyaya LTE texnologiyası əlavə olunub. Bununla da, LTE şəbəkəsinə aid bu stansiyaların ümumi sayı 2742-yə çatdırılıb.

“Azercell”in gördüyü tədbirlər çərçivəsində Bakı metropoliteninin 18 stansiyası və tunellərində LTE-Daşıyıcı Birləşdirmə sistemi aktivləşdirilib və şirkət açılışa hazır olmaq üçün tam gücü ilə çalışır.

Xatırladaq ki, ötən il də yeni nəsil texnologiyanı təmin edən şəbəkənin genişləndirilməsi istiqamətində aktiv surətdə işlər aparılıb. Belə ki, 2020-ci ildə bu texnologiya üzərindən çalışan 784 ədəd yeni radio baza stansiya quraşdırılıb. Onların müəyyən hissəsi işğaldan azad olunan ərazilərdə işə salınıb. Təkcə ötən ilin sentyabr-dekabr ayları ərzində 118 yeni LTE stansiya istifadəyə verilib.

4G şəbəkəsinin təkmilləşdirilməsi, radio baza stansiyalarının sayının artırılması “Azercell”in təqdim etdiyi xidmətlərin keyfiyyətinə, təqdim olunan mobil internetin sürətinə də güclü təsir göstərib. Son 1 il ərzində “Azercell” şəbəkəsi üzrə LTE texnologiyası ilə ötürülən data trafikin həcmi 1,7 dəfə artıb. Şəbəkə üzrə ötürülən ümumi data trafikin təxminən 71%-nin LTE texnologiyası üzərindən daşınıb.

Hazırda “Azercell”in 4G şəbəkəsi ilə 240 Mbps-ə qədər endirmə, 95 Mbps-ə qədər isə yükləmə sürəti əldə olunur. “Azercell”in 4G texnologiyasından istifadə edən abunəçilər böyük həcmli videoları daha yüksək keyfiyyətdə izləmək, bu faylları daha tez yükləyib ötürmək, kəsintisiz səsli zənglər etmək və digər üstünlüklər qazanırlar.

Qeyd edək ki, LTE şəbəkəsindən istifadə etmək üçün abunəçi 4G-ni dəstəkləyən mobil telefon və USİM sim kartına malik olmalıdır. SİM kartın bu funksiyasının olub-olmadığını yoxlamaq üçün həmin nömrədən “4G” yazıb 2525-ə göndərmək kifayətdir. SİM kartın 4G-ni dəstəkləmədiyi halda “Azercell”in davam etdirdiyi 4G kampaniyası çərçivəsində şirkətin istənilən satış və ya xidmət mərkəzində nömrənin 4G-ni dəstəkləyən dublikatını ödənişsiz əsaslarla əldə etmək mümkündür. Bu zaman “Azercell”dən abunəçilərə birdəfəlik bonus şəklində 5 GB həcmində internet paketi hədiyyə olunur.

Hazırda LTE şəbəkəsinin sürətinə görə “Azercell” “Öz sinfində” (“Best in class”) ən yaxşı operatorlardan biridir. Bunu dünya miqyaslı telekommunikasiya şirkəti olan “Ericsson”un apardığı bençmarkinq araşdırmaları göstərib. Digər tərəfdən, Avropanın “Systemics” şirkətinin ötən il Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testinin nəticələrinə görə, bölgələrdə LTE texnologiyası üzrə datanın ötürülmə sürəti, informasiyanın yüklənmə müddəti və video materialların daha yüksək keyfiyyətlə ötürülməsi parametrlərinə görə “Azercell” ölkənin digər mobil operatorlarından öndədir. Şəbəkənin real zaman rejimində monitorinqinə imkan verən RTM (real time monitoring – real zamanda izləmə) sisteminin tətbiqi isə “Azercell” şəbəkəsinin keyfiyyətinə nəzarət mexanizminin yüksək səviyyədə saxlanılmasını təmin etmək üçün əlavə imkanlar yaradır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

19 İyun 2021, 14:28 (GMT +4)
Britaniya səfiri Tehranda XİN-ə çağırılıb

19 İyun 2021, 14:20 (GMT +4)
Rusiyada son sutkada 17,906 koronavirusa yoluxma qeydə alınıb

19 İyun 2021, 14:08 (GMT +4)
Yanvar-may aylarında Azərbaycan ən çox Rusiyadan məhsul idxal edib

19 İyun 2021, 13:53 (GMT +4)
“Anadolu Qartalı - 2021” təliminə hazırlıq məşqləri keçirilib (FOTO)

19 İyun 2021, 13:42 (GMT +4)
Pakistanla Qarabağda yenidənqurma layihələri üzrə əməkdaşlıq müzakirə edilib

19 İyun 2021, 13:30 (GMT +4)
Yaltada daşqınlar nəticəsində xəsarət alanların sayı 18 nəfərə yüksəlib

19 İyun 2021, 13:25 (GMT +4)
7 tondan artıq yabanı halda bitən narkotik bitkisi məhv edilib

19 İyun 2021, 13:14 (GMT +4)
Vilayət Eyvazov Qulam İsakzaini qəbul edib

19 İyun 2021, 13:12 (GMT +4)
Həsən Ruhani prezident seçkilərində qalib gələn İbrahim Rəisiyə baş çəkib

19 İyun 2021, 13:08 (GMT +4)
Şuşada silah-sursat aşkar edilib

19 İyun 2021, 12:58 (GMT +4)
Ceyhun Bayramov: Mehriban qonşuluq münasibətlərinə alternativ yoxdur

19 İyun 2021, 12:48 (GMT +4)
Gürcüstanda 769 nəfər koronavirusa yoluxub

19 İyun 2021, 12:32 (GMT +4)
66 qazimiz yüksək texnologiyalı protezlərlə təmin edilib

19 İyun 2021, 12:20 (GMT +4)
BMT-nin xüsusi elçisi Myanmada vətəndaş müharibəsinin ola biləcəyini bəyan edib

19 İyun 2021, 12:15 (GMT +4)
Azərbaycanın xarici ticarət dövriyyəsi 9,5 milyard dollar olub

19 İyun 2021, 12:05 (GMT +4)
Azərbaycana satış üçün gətirilən 1 tondan artıq hind quşu dərisi yararsız çıxıb

19 İyun 2021, 11:54 (GMT +4)
Nüvə sazişinin bərpası ilə bağlı danışıqlarin növbəti turu iyulda keçiriləcək

19 İyun 2021, 11:47 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

19 İyun 2021, 11:35 (GMT +4)
AMEA-nın 5 institutunun direktoru vəzifələrinə təsdiqlənib

19 İyun 2021, 11:25 (GMT +4)
Ermənistanda Parlament Seçkilərindən əvvəl "Sükut Günü" elan edilib

19 İyun 2021, 11:19 (GMT +4)
Türk Şurasının Baş katibi: Şuşa Bəyannaməsi bölgədə sülhə xidmət edəcək

19 İyun 2021, 11:10 (GMT +4)
İranda seçkilərin nəticələri rəsmən açıqlanıb: Rəisi ölkənin növbəti prezidentidir

19 İyun 2021, 10:59 (GMT +4)
Vüsal Qasımlı: Azərbaycan iqtisadiyyatının restrukturizasiyası zəruridir

19 İyun 2021, 10:46 (GMT +4)
Rusiyada təyyarə qəzaya uğrayıb, ölən və yaralananlar var

19 İyun 2021, 10:44 (GMT +4)
Həsən Ruhani İran prezident seçkilərində qalib gəlmiş İbrahim Rəisini təbrik edib (VİDEO)

19 İyun 2021, 10:34 (GMT +4)
Azərbaycan nefti cüzi bahalaşıb

19 İyun 2021, 10:22 (GMT +4)
Azərbaycanda ilk jest dili lüğətinin veb-səhifəsinın hazırlanması işləri davam edir

19 İyun 2021, 10:11 (GMT +4)
Türkiyədə zəlzələ baş verib

19 İyun 2021, 10:02 (GMT +4)
İran seçkiləri: İbrahim Rəisinin bütün rəqibləri onu təbrik ediblər

19 İyun 2021, 10:00 (GMT +4)
Ceyhun Bayramov Qaqauz rəhbərinə azad edilmiş ərazilər barədə məlumat verib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66