Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Baş nazir Teymur Musayevi Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib

24 Aprel 2021, 12:59 (GMT +4)

Bakı, 24 aprel, SalamNews. Baş nazir Əli Əsədov səhiyyə nazirinin birinci müavini Teymur Musayevi Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, tədbirdə nazirliyin kollegiya üzvləri iştirak ediblər.

Baş nazir Əli Əsədov çıxış edərək dövlət başçısının aprelin 23-də imzaladığı sərəncamları diqqətə çatdırıb. O, Teymur Musayevi təyinat münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb: "Teymur Musayev bir sıra məsul vəzifələrdə fəaliyyət göstərib. Bu sahədə təcrübə, səriştə və idarəçilik bacarığına malikdir. Dövlət başçısının müvafiq sərəncamına əsasən, Teymur Musayevin həmçinin Səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edəcəyini vurğulayan Əli Əsədov onun bu yüksək etimadın öhdəsindən gələcəyinə ümidvar olduğunu bildirib. Qeyd edib ki, nazirlik sistemində, ayrı-ayrı sahələrdə başlanan islahatlar prosesi davam etdirilməlidir".

Baş nazir Teymur Musayevə və nazirliyin kollektivinə qarşıda duran vəzifələrin həyata keçirilməsində uğurlar arzulayıb.

Təqdimat mərasimində çıxış edən Teymur Musayev ona göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Teymur Musayev qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu gün bütün sahələrdə gənc, peşəkar, vətənsevər kadrlara etimad göstərilir. Fəaliyyəti zamanı dövlətçilik, yüksək peşəkarlıq, şəffaflıq və ədalət prinsiplərini daim özünə rəhbər tutacaq.

Sonda Teymur Musayev nazirliyin kollektivinə uğurlar arzu edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 23-də imzaladığı sərəncama əsasən, Teymur Yusif oğlu Musayev səhiyyə nazirinin birinci müavini təyin edilib və digər sərəncamla səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti səhiyyə nazirinin birinci müavininə verilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

22 İyun 2021, 18:23 (GMT +4)
Burada gördüklərim məni heyrətləndirib - "Qarabağ"ın yeni transferi

22 İyun 2021, 18:02 (GMT +4)
Nazir: “Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini daha üst səviyyəyə qaldıracaq”

22 İyun 2021, 17:52 (GMT +4)
Rayonlararası yeni su bölgüsü qrafikləri hazırlanıb və icrasına başlanılıb

22 İyun 2021, 17:45 (GMT +4)
İtaliyada yeniyetmə COVİD-19 peyvəndinə qarşı çıxan valideynlərini məhkəməyə verəcək

22 İyun 2021, 17:40 (GMT +4)
Taliban Əfqanıstan-Tacikistan sərhədində böyük sərhəd keçidini nəzarətə götürdüyünü iddia edib

22 İyun 2021, 17:31 (GMT +4)
Bakıda yaşayış komplekslərinin 85 %-i kanalizasiya şəbəkəsi ilə təmin olunacaq

22 İyun 2021, 17:21 (GMT +4)
Kür çayının dibi dərinləşdiriləcək

22 İyun 2021, 17:11 (GMT +4)
ABŞ-da atışma nəticəsində üç nəfər ölüb

22 İyun 2021, 17:08 (GMT +4)
Hərbi Prokurorluqda Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçularla görüş keçirilib

22 İyun 2021, 16:57 (GMT +4)
Azərbaycanda indiyədək vurulan COVID-19 əleyhinə peyvəndin sayı 3 milyonu keçib

22 İyun 2021, 16:54 (GMT +4)
Merkel qaçqınlarla bağlı Türkiyə ilə əldə edilən razılaşmanı qorumağın zəruri olduğunu bildirib

22 İyun 2021, 16:46 (GMT +4)
Pakistan baş naziri ölkəsinin əvvəllər Talibanı dəstəkləməsini səhv addım adlandırıb

22 İyun 2021, 16:40 (GMT +4)
Azərbaycanda son sutkada 111 nəfər COVID-19-dan sağalıb, ölən olmayıb

22 İyun 2021, 16:32 (GMT +4)
AQTA 8 xəstəxanada nöqsan aşkarlayıb, sənədlər Baş Prokurorluğa göndərilib

22 İyun 2021, 16:27 (GMT +4)
Hərbi Dəniz Qüvvələrinin taktiki təlimlərində döyüş tapşırıqları icra olunur

22 İyun 2021, 16:20 (GMT +4)
Aprel-may aylarında Avropadan Azərbaycana könüllü qayıdanların sayı açıqlanıb

22 İyun 2021, 16:09 (GMT +4)
Bakı Nəqliyyat Agentliyinin ilk dəfə maliyyə hesabatı açıqlanıb

22 İyun 2021, 15:51 (GMT +4)
Ceyhun Bayramov: "Azərbaycan YUNESKO və BMT QAK-dan cavab gözləyir"

22 İyun 2021, 15:44 (GMT +4)
İnterpol tərəfindən axtarışda olan PKK terrorçusu İraqda ələ keçirilib

22 İyun 2021, 15:33 (GMT +4)
Yəməndə Səudiyyə Ərəbistanına qarşı “Uşaqların böyük aksiyası” keçirilir (VİDEO)

22 İyun 2021, 15:24 (GMT +4)
“Qarabağ uşaqların gözü ilə” müsabiqəsinin qalibləri müəyyənləşib

22 İyun 2021, 15:17 (GMT +4)
Köçəryanın partiyası parlament seçkilərinin nəticələrinə etiraz edəcək

22 İyun 2021, 15:08 (GMT +4)
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi açıqlama yayıb

22 İyun 2021, 15:01 (GMT +4)
Daha bir futbolçu "Qəbələ"dən ayrılıb

22 İyun 2021, 14:59 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxanların sayı 360 min nəfəri keçib

22 İyun 2021, 14:45 (GMT +4)
Şuşada bərk məişət tullantılarının yığılması və zərərsizləşdirilməsi “Təmiz Şəhər” ASC-yə həvalə edilib - SƏRƏNCAM

22 İyun 2021, 14:36 (GMT +4)
İsrail işğal edilən Nablus rayonu ərazisində fələstinlilərin 20 evini sökəcəyini bildirib

22 İyun 2021, 14:32 (GMT +4)
“SABAH” qruplarında müəllim işləmək istəyənlərin qeydiyyatı bu gün yekunlaşır

22 İyun 2021, 14:27 (GMT +4)
Rusiyada koronavirusdan ölənlərin sayı 130 mini keçib

22 İyun 2021, 14:19 (GMT +4)
“Qarabağ” - “Keşlə” matçının başlama vaxtı açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66