Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

"Azercell" yeni "Biznesim" tarif planlarını və "Biznesim Klubu" loyallıq proqramını təqdim edib

28 Aprel 2021, 14:10 (GMT +4)

Bakı, 28 aprel, SalamNews. “Azercell” mobil rabitə operatoru ölkədə biznes ekosisteminin inkişafına dəstək olmaq məqsədi ilə “Azercell Biznes” abunəçilərinə və yeni müştərilərinə yeni “Biznesim” tarif paketləri təqdim edib.

Şirkətdən SalamNews-a verilən məlumata görə, əlçatan və sərbəst ünsiyyət üçün sərhədsiz imkanlar açan “Biznesim” tarifləri indi daha da müştəri yönümlüdür. Hər bir abunəçinin rabitə ehtiyaclarını qarşılamağı hədəfləyən bu tariflər ölkə daxili dəqiqələrdən, limitsiz korporativ zənglərdən və 4G yüksəksürətli mobil internetdən yararlanmaq üçün ən sərfəli şərtlər yaradır. “Biznesim” tarif paketləri ilə yanaşı, “Azercell Biznes” öz korporativ müştərilərini yeni istifadəyə verilmiş “Biznesim Klubu”na dəvət edir. “Biznesim Klubu”nun üzvləri “Biznesim Loyallıq” proqramı ilə yanaşı, bir sıra digər üstünlüklərdən yararlana bilərlər. Belə ki, bu proqram çərçivəsində müştərilər rabitə xərclərinə endirimlər, hədiyyə telefonlar, “Azercell” Akademiyasında unikal təlimlər, korporativ tədbirlərə dəvət və digər eksklüziv təkliflər əldə edəcək.

“Azercell Telekom”un Korporativ Seqment Biznes strukturunun B2B Məhsul Strategiyası və İdarə Edilməsi şöbəsinin rəhbəri Nicat Əliyevin sözlərinə görə, ötən il ərzində şirkətin əsas missiyası ən qabaqcıl və innovativ həllərimiz ilə müştərilərimizin rəqəmsal transformasiyasına dəstək olmaq idi.

“Pandemiya dövründə biznes seqmentinin rəqəmsal texnologiyalara uğurlu keçidini təmin etmək məqsədi ilə biz “Biznesim Veb” həllini, eləcə də sürətli internetdən faydalanmaq imkanı verən “GigaMax” limitsiz internet paketlərini yerli bazara gətirdik. Öz növbəsində, yenilənmiş “Biznesim” tarif planları abunəçilərimizi rahat, etibarlı, əlavə xərclər yaratmayan və təhlükəsiz kommunikasiya xidmətləri ilə təmin edir. Bu tarif planları sayəsində müştərilərimiz gündəlik kommunikasiya və rabitə ehtiyaclarının idarə olunmasına əlavə vaxt və resurslar sərf etməyəcək. Bu üstünlükdən faydalanaraq abunəçilərimiz bizneslərinin inkişafına daha çox diqqət ayırıb müştərilərinə yüksək xidmət göstərməyə davam edə biləcəklər. Mən inanıram ki, yeni “Biznesim” tarif planlarımız çərçivəsində müştərilərimiz ölkənin istənilən yerində effektiv və rahat fəaliyyət üstünlüyündən yararlanacaqlar”, - deyə N. Əliyev qeyd edib.

“Biznesim” tarif paketləri və “Biznesim Klubu” barədə əlavə məlumatı https://www.azercell.com/az/corporate.html səhifəsindən əldə etmək olar. Əlavə məlumat üçün “Azercell”in korporativ müştəriləri üçün nəzərdə tutulan Telefon Mərkəzi (*6050) ilə əlaqə saxlamaq olar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

22 İyun 2021, 11:17 (GMT +4)
MDB ölkələri XİN rəhbərləri müharibə haqqında şeirlər oxuyub - VİDEO

22 İyun 2021, 11:15 (GMT +4)
"Azercell" 100 mindən çox abunəçiyə 5GB aylıq internet paketi hədiyyə edib

22 İyun 2021, 11:10 (GMT +4)
XİN: Azərbaycan UNESCO və BMTQAK-ın missiyasını qəbul etməyə tam hazırdır

22 İyun 2021, 10:57 (GMT +4)
Prezident İlham Əliyev BMT-nin Baş katibinə məktub göndərib 

22 İyun 2021, 10:45 (GMT +4)
Sanksiyalar ləğv edilsə İran yığıb saxladığı 200 milyon barel nefti bazara çıxaracaq - Reuters

22 İyun 2021, 10:35 (GMT +4)
Egey dənizində zəlzələ baş verib

22 İyun 2021, 10:25 (GMT +4)
Azərbaycanda iş və xidmət sahələrində COVID-19 pasportu avqustun 1-dən tələb olunacaq

22 İyun 2021, 10:23 (GMT +4)
İran dondurulmuş pullarının bir qismi ilə 16 milyon doza vaksin aldığını bildirib

22 İyun 2021, 10:22 (GMT +4)
50 nəfərdən çox qonağın iştirak etdiyi toylarda COVID-19 pasportu tələb olunacaq

22 İyun 2021, 10:17 (GMT +4)
Toyda iştirak edəcək qonaqların sayı “icaze.e-gov.az” portalına daxil ediləcək

22 İyun 2021, 10:10 (GMT +4)
Avro-2020: Danimarka və Avstriya 1/8 finala yüksəlib, Rusiya mübarizəni dayandırıb

22 İyun 2021, 10:08 (GMT +4)
Azərbaycanda iyulun 1-dən toyların keçirilməsinə icazə verilib

22 İyun 2021, 10:01 (GMT +4)
Amerikalıların üçdə biri Baydenin seçkilərdəki qələbəsini ədalətsiz hesab edir

22 İyun 2021, 09:57 (GMT +4)
İyunun 22-də xarici valyutaların manata qarşı məzənnələri

22 İyun 2021, 09:46 (GMT +4)
"Azərbaycan dili" fənnindən ikinci imtahan keçiriləcək

22 İyun 2021, 09:33 (GMT +4)
Husilər Yəmən səmasında son üç gündə ikinci PUA-nı vurublar

22 İyun 2021, 09:30 (GMT +4)
Qala qəsəbəsində sürücü qəza törədib

22 İyun 2021, 09:17 (GMT +4)
ABŞ Dövlət Departamenti Ermənistanda keçirilən seçkiləri şərh edib

22 İyun 2021, 09:12 (GMT +4)
Hərbi Dəniz Qüvvələrində taktiki təlim başlayıb

22 İyun 2021, 09:00 (GMT +4)
FHN Bakıda binada baş verən partlayışla bağlı məlumat yayıb

22 İyun 2021, 08:57 (GMT +4)
Əfqanıstanın dörd əyalətində yerli camaat Talibana qarşı hərbi səfərbərlik elan edib (VİDEO)

22 İyun 2021, 08:40 (GMT +4)
Qafqaz Müsəlmanları İdarəsinin sədri İranın yeni seçilmiş prezidentini təbrik edib

22 İyun 2021, 06:25 (GMT +4)
Bu gün İmam Rzanın (ə) mövlud günüdür

21 İyun 2021, 18:01 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

21 İyun 2021, 17:58 (GMT +4)
Lavrov: ATƏT beynəlxalq məsələlərdə daha əhəmiyyətli rol oynaya bilər

21 İyun 2021, 17:55 (GMT +4)
Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiqlənib

21 İyun 2021, 17:45 (GMT +4)
Azərbaycanda son sutkada 49 nəfər COVID-19-dan sağalıb, 28 nəfər yoluxub

21 İyun 2021, 17:40 (GMT +4)
“Azərbaycan dilinin orfoepiya normaları” təsdiqlənib

21 İyun 2021, 17:30 (GMT +4)
Lavrov: Ermənistanda hökumətin qurulmasını gözləyək

21 İyun 2021, 17:20 (GMT +4)
İranda prezident seçkilərinin qalibi İbrahim Rəisi Səudiyyə Ərəbistanını Yəmən müharibəsini dayandırmağa çağırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66