Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Azəriqaz” yanında İctimai Şuraya seçkilər keçirilir

30 Aprel 2021, 17:45 (GMT +4)

Bakı, 30 aprel, SalamNews. Bu gün “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuranın yaradılmasına dair seçkilərə start verilib.

Bu barədə SalamNews xəbər verir.

Məlumata görə, seçkilər Birliyin inzibati binasında səhər saat 11:00-dan başlayır və saat 16:00-dək davam edəcək. Namizədlər arasında ölkənin ictimai həyatında kifayət qədər nüfuzu olan tanınmış vətəndaş cəmiyyəti institutu və media nümayəndələri yer alır. “Azəriqaz” İB ilk dəfə olaraq seçki prosesinin “Facebook” sosial şəbəkəsi üzərindən birbaşa yayımla geniş auditoriyaya təqdim etməyi planlaşdırır.

Qeyd edək ki, seçki prosesinə 2021-ci ilin fevral ayının 16-dan başlanılıb. İctimai Şuraya üzv olmaq istəyən namizədlərin qeydiyyatı mart ayının 19-dək davam edib. Ümumilikdə “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuraya 11 üzv yerinə 17 namizəd irəli sürülüb. Sonrakı mərhələdə səsvermə prosesində təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin qeydiyyatı aparılıb və hazırda 71 nəfər səsvermə hüququ əldə edib. Əlavə olaraq qeyd edirik ki, İctimai Şuranın yaradılması ilə bağlı fəaliyyət göstərən Seçki Komissiyası ortalığa çıxan bəzi anlaşılmazlıqlar və texniki problemlərə dərhal reaksiya göstərib və qısa zamanda həmin çətinliklər aradan qaldırılıb.

“Azəriqaz” İB qaz təchizatı sahəsində göstərdiyi xidmətlər üzrə abonent məmnuniyyətinə nail olunmasını, fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunmasını, ictimaiyyətlə səmərəli, qarşılıqlı və faydalı əlaqələrin qurulmasını prioritet vəzifə kimi qəbul edir. İctimai Şura məşvərətçi bir təsisat olmaqla Birliyin işində ortalığa çıxa biləcək hər hansı çətinliklər, abonentlərin narazılıqlarının dərhal müzakirə olunması, problemlərin tez bir zamanda həll edilməsi üçün vacib rol oynayacaq.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"Azəriqaz"ın rəhbərliyi şəhid ailələrini ziyarət edib

"Azəriqaz": Qurban bayramında işçilərimiz növbəli rejimdə iş başında olacaq

“Azəriqaz”ın baş direktoru ona müraciət edən vətəndaşlara özü zəng edəcək

"Azəriqaz"a dair daxil olan müraciətlər 50 %-dək azalıb

“Azəriqaz” məscidin borcu ilə bağlı yayılmış məlumata aydınlıq gətirib

“Azəriqaz” yanında İctimai Şuraya seçkilərin ikinci mərhələsi keçirilir

“Azəriqaz” sahibkarın qaz xəttinə qanunsuz müdaxiləsini ləğv edib

“Azəriqaz” sahibkarın qaz xəttinə qanunsuz müdaxiləsini ləğv edib

“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirib

“Azəriqaz” payız-qış mövsümünə hazırlıq işlərinə start verib

“Azəriqaz”a məxsus 3 000 manat dəyərində boru kəsilərək oğurlanıb

"Azəriqaz" şəhid bacısını işlə təmin edib (VİDEO)

“Azəriqaz”ın əməkdaşlarının “COVID-19”-a qarşı vaksinasiyasına başlanılıb

“Azəriqaz” vətəndaşlara müraciət edib: Qaz çəkilişi üçün ödəniş tələb etmirik

“Azəriqaz”da kadr dəyişikliyi olub

"Azəriqaz" gözlənilən sərt hava şəraiti ilə bağlı müvafiq tədbirlərə başlayıb

“Azəriqaz”: Mülki müdafiə konsepsiyasının hazırlanmasına ciddi ehtiyac var

“Azəriqaz”: Qaz təchizatındakı çətinlik barədə bizi dərhal məlumatlandırın!

“Azəriqaz”: Qaz təchizatının fasiləsiz həyata keçirilməsi nəzarətdə saxlanılır

“Azəriqaz” gücləndirilmiş rejimdə çalışacaq

31 İyul 2021, 17:00 (GMT +4)
Bu gün Bakıda 546 küçə dezinfeksiya edilib

31 İyul 2021, 16:45 (GMT +4)
Bakıda iki avtomobil toqquşub, ölən var

31 İyul 2021, 16:40 (GMT +4)
Gürcüstanda son sutkada COVID-19-a yoluxanların sayı 3 mindən çox olub

31 İyul 2021, 16:35 (GMT +4)
“Şahdəniz”dən hasil edilən 98 mlrd kubmetr qaz ixrac edilib

31 İyul 2021, 16:24 (GMT +4)
İranda Qədir-Xum bayramı münasibətilə minlərlə məhbus əfv edilib

31 İyul 2021, 16:23 (GMT +4)
Prezident Ərdoğan meşə yanğınınlarının baş verdiyi bölgələri ziyarət edəcək 

31 İyul 2021, 16:15 (GMT +4)
“Müzəffər Sərkərdə, yenilməz Ordu” adlı vətənpərvərlik tədbiri keçirilib (FOTO)

31 İyul 2021, 16:00 (GMT +4)
Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub

31 İyul 2021, 15:50 (GMT +4)
AÇG və “Şahdəniz”dən 567 mln tondan çox neft hasil edilib

31 İyul 2021, 15:43 (GMT +4)
Bayden Kuba hökumətinə qarşı yeni sanksiyalar vəd edib

31 İyul 2021, 15:40 (GMT +4)
Azərbaycan Ordusunun əsgəri şəhid olub

31 İyul 2021, 15:30 (GMT +4)
FHN-də yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirilib

31 İyul 2021, 15:27 (GMT +4)
Tokio Olimpiadasında COVID-19-a yoluxanların sayı 246-ya çatıb

31 İyul 2021, 15:15 (GMT +4)
Bakıda onlayn yolla "patı" satan şəxs saxlanılıb

31 İyul 2021, 15:02 (GMT +4)
Əlcəzair Səudiyyənin əl-Ərəbiyyə telekanalının nümayəndəliyinin bağlanılması barədə qərar verib

31 İyul 2021, 15:00 (GMT +4)
Sabunçuda dənizdə batan şəxsin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib

31 İyul 2021, 14:50 (GMT +4)
Bu il Azərbaycanda 20,3 mlrd kubmetr qaz hasil edilib

31 İyul 2021, 14:44 (GMT +4)
Rusiyada son sutkada 23 807 koronavirusa yoluxma aşkar edilib

31 İyul 2021, 14:40 (GMT +4)
Azad edilən ərazilərdə 13 911 daşınmaz əmlakın inventarlaşdırılması tamamlanıb

31 İyul 2021, 14:30 (GMT +4)
İlham Əliyev İsveçrə Prezidentinə məktub göndərib

31 İyul 2021, 14:24 (GMT +4)
Çavuşoğlu: Azərbaycandan yanğınların söndürülməsinə kömək üçün 102 nəfər gəlib

31 İyul 2021, 14:20 (GMT +4)
Müəllim olmaq istəyənlər üçün təkrar imtahanların keçiriləcəyi tarix açıqlanıb

31 İyul 2021, 14:11 (GMT +4)
Tokio-2020: Çin medal sıralamasına liderlik edir

31 İyul 2021, 14:10 (GMT +4)
MN: "Azərbaycan Ordusunun atəşkəsi pozması barədə məlumat yalandır"

31 İyul 2021, 14:00 (GMT +4)
Yarım ildə Azərbaycanda 3,3 milyon ton neft emal edilib

31 İyul 2021, 13:52 (GMT +4)
Türkiyə Tokio-2020-də ilk qızıl medalını qazanıb

31 İyul 2021, 13:50 (GMT +4)
Bu il Azərbaycan 14 mln ton neft ixrac edib

31 İyul 2021, 13:40 (GMT +4)
Masallı polisi əməliyyat keçirib, saxlanılan var

31 İyul 2021, 13:38 (GMT +4)
Müəmmər Qəddafinin oğlu son 10 ildə ilk dəfə olaraq kamera qarşısına çıxıb (FOTO)

31 İyul 2021, 13:30 (GMT +4)
Polis akkumulyator oğrularını saxlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66