Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyev Azad Rəhimovun vəfatı ilə bağlı nekroloq imzalayıb

01 May 2021, 16:17 (GMT +4)

Bakı, 1 may, SalamNews. Prezident İlham Əliyev gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə bağlı nekroloq imzalayıb.

SalamNews xəbər verir ki, nekroloqda deyilir:

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Arif oğlu Rəhimov 2021-ci il aprelin 30-da ömrünün 57-ci ilində vəfat etmişdir.

Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olmuşdur. O, Bakı şəhəri 134 nömrəli orta məktəbi bitirmiş, 1981–1986-cı illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dili fakültəsində ali təhsil almışdır.

Azad Rəhimov 1986–1987-ci illərdə hərbi xidmət keçdikdən sonra 1987–1990-cı illərdə rayon komsomol təşkilatında katib və birinci katib, 1990–1993-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifələrində işləmiş, 1993-cü ildən dövlət idarəçiliyinə gələnədək sahibkarlıq fəaliyyəti göstərmişdir.

2006-cı ildə Azərbaycan Respublikasının gənclər və idman naziri təyin olunan Azad Rəhimov ömrünün sonunadək bu vəzifəni icra etmiş, həmin illərdə eyni zamanda Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti olmuşdur.

Azad Rəhimov gənclər və idman naziri kimi çalışdığı müddət ərzində daim işgüzarlıq və təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdir. Dərin məsuliyyət hissi və dövlətçilik prinsiplərinə sadiqliyi ona həmkarları arasında böyük hörmət qazandırmışdır. Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri olan idmanın qarşısında dayanan vəzifələrin müvəffəqiyyətlə gerçəkləşdirilməsi üçün qüvvə və bacarığını əsirgəməyən Azad Rəhimov respublikada idmanın maddi-texniki bazasının daha da möhkəmləndirilməsi və kütləviliyinin artırılması, eləcə də idmançılarımızın ən mötəbər yarışlarda iştirakının yüksək səviyyədə təmin edilməsi və ölkəmizin idman şərəfinin beynəlxalq miqyasda layiqincə qorunması işinə töhfələr vermişdir. Azərbaycan gəncliyinin inkişafına dair dövlət proqramları və strategiyalarının hazırlanmasında, habelə gənclərin yaradıcılıq potensialının üzə çıxarılması ilə bağlı tədbirlərin uğurla həyata keçirilməsində onun təqdirəlayiq xidmətləri olmuşdur.

Azad Rəhimovun səmərəli fəaliyyəti yüksək qiymətləndirilmiş və o, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilmişdir.

Tanınmış ictimai-siyasi xadim, bacarıqlı təşkilatçı və səmimi insan Azad Arif oğlu Rəhimovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Adil Əliyev

Eldar Əzizov

Yusuf Məmmədəliyev

Çingiz Hüseynzadə

Ağacan Abıyev

Fuad Hacıyev

Fərid Cəfərov

İlqar Rəhimov


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 İyun 2021, 18:24 (GMT +4)
"Grand Chess Tour": Teymur Rəcəbov Levon Aronyanla heç-heçə edib 

18 İyun 2021, 18:02 (GMT +4)
AMB uçot dərəcəsini sabit saxlayıb

18 İyun 2021, 17:50 (GMT +4)
"Qəbələ" klubu növbəti transferini reallaşdırıb

18 İyun 2021, 17:48 (GMT +4)
Peskov: Türkiyə ilə uçuşların bərpası məsələsinə qərargah baxır

18 İyun 2021, 17:45 (GMT +4)
İsrail qüvvələri İordan çayının Qərbində daha səkkiz fələstinlini həbs edib

18 İyun 2021, 17:35 (GMT +4)
Prezident İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarını təltif edib

18 İyun 2021, 17:20 (GMT +4)
Bakıda avtobusla minik avtomobili toqquşub, yaralanan var

18 İyun 2021, 17:10 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxanların sayı 357 min nəfəri keçib

18 İyun 2021, 17:01 (GMT +4)
"Çukariçki" - "Sumqayıt" matçının vaxtı dəyişdirilib

18 İyun 2021, 16:57 (GMT +4)
Azərbaycan Türkiyənin aparıcı şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

18 İyun 2021, 16:47 (GMT +4)
Əhmədinejad İran prezident seçkilərində səsverməyə qatılmayacağını bildirib

18 İyun 2021, 16:40 (GMT +4)
UEFA milli komandalara xəbərdarlıq edib

18 İyun 2021, 16:37 (GMT +4)
Azərbaycanda son sutkada 148 nəfər COVID-19-dan sağalıb, 60 nəfər yoluxub

18 İyun 2021, 16:27 (GMT +4)
Lavrov Rusiya və ABŞ səfirlərinin geri dönməsini vacib addım adlandırıb 

18 İyun 2021, 16:14 (GMT +4)
XİN başçısı: Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması vacibdir

18 İyun 2021, 16:10 (GMT +4)
Boksçumuz Avropa çempionatında erməniyə qalib gəlib 

18 İyun 2021, 16:03 (GMT +4)
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçılara müraciət edib

18 İyun 2021, 15:54 (GMT +4)
Əfqanıstanın Hərat əyalətində 150 hərbçi Talibanın mühasirəsindən çıxarılıb

18 İyun 2021, 15:49 (GMT +4)
"Qarabağ" - "Aşdod" matçının vaxtı bəlli olub

18 İyun 2021, 15:45 (GMT +4)
Türkiyədə İŞİD-ə maddi dəstək göstərməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

18 İyun 2021, 15:34 (GMT +4)
Azərbaycan “Anadolu Qartalı - 2021” təlimində 4 təyyarə ilə iştirak edəcək

18 İyun 2021, 15:24 (GMT +4)
Azərbaycan düyü idxalını 7 %-dək azaldıb

18 İyun 2021, 15:13 (GMT +4)
Sobyanin koronavirusla bağlı mövcud məhdudiyyətləri 29 iyuna qədər uzadıb

18 İyun 2021, 15:02 (GMT +4)
Prezident İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib

18 İyun 2021, 14:50 (GMT +4)
Laçın və Kəlbəcər ərazilərinə 17 yük maşını mina basdırılmasına görə erməni polkovnik beynəlxalq axtarışa verilib

18 İyun 2021, 14:48 (GMT +4)
Peskov: Rusiya Dağlıq Qarabağdakı vəziyyətlə bağlı bütün tərəflərlə təmasdadır

18 İyun 2021, 14:38 (GMT +4)
Nazirlik: Suriyadan gətirilən 6 qadın və 14 uşağın reabilitasiyası həyata keçirilir

18 İyun 2021, 14:33 (GMT +4)
İranlı namizəd seçkilərdə verilən hər səsi bir ballistik raketə bənzədib

18 İyun 2021, 14:27 (GMT +4)
Lavrov Türkiyənin Azərbaycanda hərbi baza yaradacağı barədə yayılan xəbərləri şayiə adlandırıb

18 İyun 2021, 14:23 (GMT +4)
Könül Nurullayeva AŞPA Komitəsinin videokonfransında iştirak edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66